Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

ARTİ-nin təşkilatçılığı ilə ACER təşkilatı tərəfindən keçirilən təlimlərə start verilib

ARTİ-nin təşkilatçılığı ilə ACER təşkilatı tərəfindən keçirilən təlimlərə start verilib

Təhsil İnstitutu və Avstraliyanın Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində 7 oktyabrda Təhsilalanların səriştə əsaslı qiymətləndirilməsi təlimlərinə start verilib. Təlimlərin keçirilməsində məqsəd qiymətləndirmə çərçivə sənədinin hazırlanması, tapşırıqlar üçün təlimatların və stimulların seçilməsi, çoxseçimli tapşırıqların və yaradıcı cavab tələb edən tapşırıqların hazırlanması, testlərin tərtibi üzrə təlimatlar və keyfiyyət təminatı daxil olmaqla, test dizaynı və tapşırıq yazılması istiqamətində müəllimləri inkişaf etdirməkdir.

Təlimin ilk günü ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyev, ACER nümayəndəsi və digər məsul şəxslər hər iki qurum arasındakı əməkdaşlığın və sözügedən təlimlərin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzu ediblər. İlk gün təlim proqramı ümumi sessiyalarla yanaşı, üç kiçik qrupda (oxu, riyaziyyat və təbiət) domenə (sahələrə) spesifik sessiyaları əhatə edəcək. Tədris dili, riyaziyyat və təbiət elmləri üzrə tədris aparan müəllimlər Beynəlxalq Qiymətləndirmə Tədqiqatlarını araşdırmaqla qrup müzakirələrinə cəlb olunacaqlar. Riyaziyyat əsaslı sessiyalarda iştirakçılar PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarını, Avstraliyanın Milli Qiymətləndirmə Proqramlarını: Savadlılıq və Riyaziyyat (3, 5, 7 və 9-cu siniflər üçün), İbtidai Təhsil Müəllimliyi tələbələri üçün Avstraliya Savadlılıq və Riyaziyyat Testinin (LANTITE) riyazi savadlılıq çərçivələrini araşdıracaqlar.

Təbiət əsaslı sessiyalarda iştirakçılar PISA (2025) və TIMSS (2023) kimi beynəlxalq çərçivələri, Avstraliyanın Milli Qiymətləndirmə Proqramı: Təbiət (6-cı və 10-cu siniflər üçün) və ABŞ-nin orta məktəblər üçün Növbəti Nəsil Təbiət Standartları kimi milli proqramları ətrafında diskussiya aparacaqlar. Dil/savadlılıq sessiyalarında iştirakçılar PISA kimi beynəlxalq tədqiqatlarının oxu çərçivələrini, Cənub-Şərqi Asiya İbtidai Təhsil Ölçmələri (SEA-PLM) kimi regional proqramlardan oxu və yazı çərçivələrini, LANTITE-dən savadlılıq çərçivəsini müzakirə edəcəklər. I günün nəticəsi olaraq iştirakçılar qiymətləndirmə çərçivələrinin hazırlığına və icrasına necə rəhbərlik edildiyini anlamaqla yanaşı hər üç fənn üzrə qiymətləndirmə tapşırıqlarının mövcud çərçivələrə uyğunlaşdırmaq təcrübəsinə sahib olacaqlar.

Qeyd etmək lazımdır ki, təlimlər 7-11 oktyabr tarixlərində baş tutacaq. Yekunda iştirakçılar sertifikatla təltif olunacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər