Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

“Müəllimlərə olan təzyiqlər onların performansını zəiflədir”

“Müəllimlərə olan təzyiqlər onların performansını zəiflədir”

Bu gündən etibarən müəllimlərin sertifikatlaşdırma imtahanının müsahibə mərhələsi başlayır. Müsahibə zamanı bəlli olur ki, müəllimlərdə özlərinə inam, güvən hissi zəifdir. Onlar bu prosesdən çəkinir, qorxur və həyəcanlanırlar. Halbuki, müsahibədə onlara hər gün tədris etdikləri fənn barədə suallar təqdim olunur.

Müsahibədən çəkinmədən, həyəcanlanmadan keçmək, özgüvəni artırmaq üçün müəllimlər nələr etməlidirlər?

Mövzu ilə bağlı açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyeva bildirib ki, müəllimlərə olan təzyiqlər onların performanslarını zəiflədir:

“Özgüvənsizliyin təməlində hər zaman insanın özünə inamının olmaması dayanır. Müəllimlər öz bilik və bacarıqlarına inanmırlar, güvənmirlər, özlərini yetərsiz hesab edirlər. Təbii ki, bu sadəcə müəllimlərin mənəvi ruh halıyla bağlı deyil, indiki təhsil sistemimizdə bu bir neçə əsas amildən də qaynaqlanır.Paytaxtda və böyük şəhərlərdə təhsil müəssisələrinin maddi texniki bazası, peşəkar inkişaf sahəsində təlim və kurslara əlçatanlıq mövcuddur, lakin regionlarda yaşayan bir çox müəllim bu formada peşəkar dəstək və təlim ala bilmir, inkişaf edə bilmir və bu onların öz bilik və bacarıqlarına olan inamı zəiflədir.
Müəllimlərə olan daimi təyziqlər və yüksək gözləntilər onların performansını zəiflədir. Cəmiyyətin, məktəbin, eləcə də dərs dedikləri şagirdlərin müəllimlərdən olan yüksək gözləntisi, onların uğursuz olmaq qorxusunu tətikləyir və özunə inamını azaldır. Müsahibə zamanı bu cür qorxu və təşviş müəllimlərin özünü tam şəkildə ifadə etməməsinə gətirib çıxarır. Həmçinin müəllimlərin son dövrlərdə kütləvi şəkildə tənqidə məruz qalmaları, davamlı nəticə əsaslı qiymətləndirmələrin aparılması, sertifikasiya prosesinin təşkili də əlavə stres yaradır. həmçinin onlara özlərini dəyərsiz hiss etdirir. Son zamanların sürətli islahatları, təhsil proqramlarının və nəzəri yanaşmaların sürətlə dəyişməsi müəllimlərin bu dinamikayla ayaqlaşa bilməməsinəə gətirib çıxarır. Onlar müasir tədris tələblərinə uyğunlaşmaqda çətinlik çəkir. Bu zamanda özlərini həm yetərsiz, həm də inamsız hiss edirlər.
Buna görə də hər bir müəllim dönüb özünə baxmalı, bilik və bacarığını, təcrübəsini real şəkildə dəyərləndirməli, öz üzərində işləməli və müəllim kimi peşəkar inkişafı prioritet istiqamət olaraq seçməlidir. Davamlı təcrübə mübadiləsi öz bilik və bacarıqlarına, inam və özgüvəni artırmaqda onlara kömək olacaq.

Əziz müəllimlər, dərindən bildiyiniz mövzulara güvənin, ehtiyac duyduğunuz sahələri inkişaf etdirin. Ən əsası iç səsinizlə danışın. Bu həm özunüzə güvənmənin, həm də müsahibədə uğurunuzun əsasını təşkil edəcək. Sizin hər biriniz dəyərli və bizim üçün qiymətlisiniz. Bunu unutmayın”.

Oxşar xəbərlər

Bütün xəbərlər