Xəbər lentiwidget-title-icon

Nazir müavini Türkmənistanda beynəlxalq olimpiadanın açılışında - Fotolar
Təhsil sistemimiz niyə bərbatdır?
Yeni geosiyasi dərslər və Azərbaycan TƏCRÜBƏSİ
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?
Günel Aslanova ATU-dan öz istəyi ilə ayrıldı
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub
Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq
Fəridun Qurbanov Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi BAŞLADI
Hicablı şagirdləri kim və niyə məktəbə qoymur?
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?
Bu universitetlərdən pedoqoji ixtisasların çıxarılması təklifi etirazla qarşılandı: "Haqsızlıqdır"
Bu universitetlərdən pedoqoji ixtisasların çıxarılması təklifi etirazla qarşılandı: "Haqsızlıqdır"
“Qazaxıstan müəllimi nüfuzdan salmaqla yox, onun sosial statusunu yüksəltməklə təhsil islahatı apardı...”-EKSPERT
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi BAŞLADI
Şəki və Gəncə kolleclərinə yeni rəhbər TƏYİNATLARI
Daha bir şəxsə elmi dərəcə verildi - TANIYAQ
100-dən çox mütəxəssis təhsildə qiymətləndirmə təlimlərində iştirak edir
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”dərn
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub - FOTO
Yazı işlərinin yoxlanılması sistemi - DİM praktik məşğələlər keçirir
DİM dərslikləri YOXLAYIR - 600-dən çox vəsait monitorinqdən keçib
​"SENSASİYA! Sumqayıt Təhsilində Dərnək Fırıldağı: Direktor Reyhan Yunisova Haqqında Şok İddialar"

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 12 sentyabr saat 18:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanın I mərhələsi - muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər.

1.Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından "İmtahana buraxılış vərəqəsi"ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını pms@dim.gov.az ünvanına göndərə bilərlər.

Oxşar xəbərlər

Bütün xəbərlər