Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

MİQ və Sertifikasiya imtahanlarındakı PROBLEMLƏR. HAQSIZLIQ OLMASIN!

MİQ və Sertifikasiya imtahanlarındakı PROBLEMLƏR. HAQSIZLIQ OLMASIN!

Təhsildə boşluqların olması göz önündədir. MİQ və Sertifikasiya imtahanlarında hələ də ədalətsizlik olması özünü doğruldur.
Nəzərə almaq lazımdır ki, müəllimlər cəmiyyətin ən ziyalı kəsimidir. Müəllimlər bu sahə üzrə əziyyət çəkmiş, hər kəs gəzib əylənəndə universitetə hazırlaşmış, hər kəs həyatını yaşayanda, yatanda durub universitetə getmiş və bir çox imtahanlardan sonra diplom əldə etmişdir. Bütün bunlara rəğmən onlara bir heç kimi yanaşmaq və ya imtahan adı ilə onların əziyyətlərini, zəhmətlərini heçə saymaq, eynilə cəmiyyətdə müəllim şərəf və ləyaqətini endirmək düzgün sayılmır.
MİQ və Sertifikasiya sualları hazırlanarkən suallar meyarlara əsasən asan, orta, çətin, ən çətin səviyyəsində salınmır. Bu müəllimləri çox məyus edir. Sertifikasiyanın ədalətsiz keçirilməsi də MİQ imtahanlarının çətinləşməsinə və müəllimlərin işsizlik problemlərinin aha da artmasına səbəb olur. Onsuz da Univeristetlərdə qəbul və buraxılış ildən-ilə artır. İşsiz müəllim ordusu getdikcə böyüyür.

Nəzərə alsaq ki, sertifikasiyada xəstəlik və ya həqiqətən çox önəmli bir səbəbdən iştirak edə bilmədikdə dövlət heç bir tədbir görmür və həmin şəxsi nəzərə almır. Bu gün abituriyentlər üçün yaradılan ikinci şans fürsəti müəllimlər üçün də təmin edilməlidir. Söhbət 1 il şans verilməsindən getmir. Əgər həqiqətən məqsəd müəllimləri yoxlayıb iş üçün uyğun olmayanları təhsildən uzaqlaşdırmaqdırsa, bu qədər ədalətsiz olmamalıdır. Sertifikasiyada müəyyən səbəblərdən iştirak etmə problemi olanlar nəzərə alınmalıdır. Çünki yaş da öz sözünü deyir. Bu gün səhhətində problem olan, əməliyyat olan, imtahan günü ağır itki yaşayan müəllimlər iştirak etməsi təmin edilmir. Bu müəllimlərə qarşı haqsızlıqdır. Ən azından bu tip istisna hallar nəzərə alınmalı və müəllimin iştirakı təmin edilməlidir. Çünki illərin əziyyəti, zəhməti heç sayıla bilməz. Yenidən şərait yaradılsın bu kimi hallarda. Həqiqətən savad problemi varsa, bəli, işdən çıxarılsın.

Eyni zamanda MİQ imtahanlarının ildə bir dəfə keçirilməsi və 1 il bu sahə üzrə yenidən hazırlaşmaq, 12 ay işsiz qalmaq düzgün yanaşma deyil. DİM-də qanunvericilik imtahanları kimi heç olmasa 3 aydan bir müəllim olmaq istəyənlər üçün bu fürsət təmin olunmalıdır. Ədalətlilik bu olar. Müəllimləri kəsmək üçün bəhanə edəcəyinizə, onları həqiqətən yoxlamaq və bu şansı vermək üçün düzgün yol müəyyənləşdirmək məqsədəuyğundur.

Keçən il müəllimlər sualları izah etdilər. Daha doğrusu izah etməyə cəhd etdilər. Böyük bir biabrçılıq yarandı. Çünki savadsız müəllimlərin dövlət qurumlarında vəzifədə çalışıb, əslində savadsızların savadlıları imtahan etməsi gülünc bir hal yaratdı. Üstəlik bu il 8 iyun suallarının paylaşılması, qalan heç bir imtahanın verilməməsi də daha bir uğursuzluğu və təhsildəki biabırçılığı göz önünə qoydu.

Bundan əlavə müəllimlər dəyərləndirilib buna uyğun təhsilə cəlb edilməli və bir müəllimin illərinin əziyyəri heçə sayılmamalıdır. Bunun üçün təhsil İnstitutu kankret iş görməlidir. Yalançı keçirilməyən təlimlərlə deyil. Dövlət bunu düzgün təmin etməlidir. Məzuniyyət verməli, şərait yaratmalı və institut səviyyəsində müəllimin bilikləri artırılmalıdır. Kəsib atmaq və ya görməzdən görmək yox, problem həlletmək lazımdır. Bu gün hansısa ölkənin modelini anidən bizim ölkəmizə tətbiq etmək yox, özünküləşdirmək lazımdır. Əks halda bu mədəni pul qaçaqçılığından başqa bir şey deyil.

İndi isə sertifikasiya müsahibə mərhələsi üçün ard-arda yalanlar və yanlışlıqlar sadalanır. Artıq test mərhələsindən keçmiş müəllimlər metodika üzrə dəyərləndirilir və səriştəliliyi yoxlanır. Belə halda yenə də təhsili siyasətə çevirənlər dil müəllimlərinin akademik biliklərinin qiymətləndiriləcəyi yalanını ortaya atır. Müəllimləri təşvişə salırlar. Müəllimlərin dil bacarıqlarını ön plana gətirib hazırlıqdan pul qazanmaq istəyirlər. Bu biabrçılığa göz yummaq lazım deyil. Müəllimlər reading, speaking, writing üzrə qiymətləndirilmir. Müəllimlər verilmiş 5 meyar üzrə qiymətləndirilməlidir.METODİKA SƏRİŞTƏLİLİYİ YOXLANILMALIDIR. Kiminsə maddi marağına xidmət etməməlidir! Müəllimləri aldatmaq düzgün yanaşma deyil.

Bu kimi problemlərin tezliklə həll edilməsi və Təhsilin siyasətdən daha çox düzgünlük və şəffaflıqla idarə edilməsini ümid edirik.

Oxşar xəbərlər

Bütün xəbərlər