Xəbər lentiwidget-title-icon

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

DİM ADA Universitetinə qəbul olmaq istəyənlərə müraciət etdi

DİM ADA Universitetinə qəbul olmaq istəyənlərə müraciət etdi

ADA Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya TOEFL IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya Duolingo English Test üzrə minimum 95 balı olan abituriyentlər də buraxılacaqlar

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ingilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya “ADA” Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. I və II qruplar üzrə ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya TOEFL IBT üzrə minimum 75 və ya Duolingo English Test üzrə minimum 105 balı olan abituriyentlər də buraxılacaqlar.

İngilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya ADA Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Riyaziyyat”, “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, və “Maliyyə” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:Abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün martın 1-dən 15-dək aparılmış sənəd qəbulu müddətində “Abituriyentin elektron ərizəsi”ni doldurub təsdiq etdirmiş olmalıdırlar.

- İyunun 25-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”-un saytı (//www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və ADA Universitetinə (kod 7799) göndərirlər;

- Mayın 29-dan iyunun 25-dək SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) elektron qaydada təqdim etməklə DİM-in internet saytı vasitəsilə qeydiyyatdan keçirlər;

-İyunun 25-dək ADA Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və ADA Universitetinə elektron şəkildə göndərirlər.
ADA Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından "məqbul" almaları, tam orta təhsil müəssisələrinin Azərbaycan bölməsini bitirən abituriyentlərin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) tədris dili (Azərbaycan dili) fənnindən 50 bal və yuxarı nəticə göstərməkləri tələb olunur.

ADA Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

Oxşar xəbərlər

Bütün xəbərlər