Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

UNEC-də “Elm günləri” yekunlaşıb

UNEC-də “Elm günləri” yekunlaşıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” yekunlaşıb.

UNEC-dən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru professor Ədalət Muradov “Elm günləri” çərçivəsində UNEC-də elmi fəaliyyətin müxtəlif istiqamətləri üzrə geniş müzakirələrin təşkil olunduğunu bildirib. Rektor müzakirələr zamanı aşkarlanan zəif cəhətlərin aradan qaldırılması ilə bağlı müvafiq qərarlar verildiyini diqqətə çatdırıb.

Professor Ədalət Muradov elm sahəsində əldə olunan uğurlardan da danışıb. O, universitetin alimlərinin 1975-ci ildən 2024-cü ilədək “Web of Science” və “Scopus” platformalarında dərc olunan məqalələrinin 63 faizinin məhz son 5 ilin payına düşdüyünü qeyd edərək, bu statistikanı çox böyük uğur adlandırıb. Qeyd olunub ki, AMEA-nın tədqiqat institutları da daxil olmaqla, UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrinin sayına görə ölkədə 1-ci yerdədir.

Ədalət Muradov məqalələrə istinad sayına görə elm sahəsində beynəlxalq şəbəkələşmənin olmamasını mənfi hal kimi qiymətləndirib.

Sonra UNEC-in elm üzrə prorektoru dosent Fariz Əhmədov “Elm günləri” çərçivəsində keçirilən müzakirələr və onların nəticələri barədə yekun hesabatla çıxış edib. O bildirib ki, “Elm günləri”ndə tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi, elmi jurnalların və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi, tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi, magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, elmin rəqəmsallaşdırılması, tələbələrin tədqiqat bacarıqlarının artırılması yolları ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda, sadalanan sahələr üzrə mövcud problemlərin aradan qaldırılması ilə bağlı qərarlar qəbul edilib.

Tədbirdə “2023-cü ilin elmmetrik göstəriciləri. İnfoqrafik məlumat” kitabının təqdimatı da olub.

Sonda elmi fəaliyyəti ilə fərqlənən UNEC əməkdaşları, tələbə və tədqiqatçıları, tədqiqat mərkəzləri, kafedraları təşəkkürnamələrlə təltif olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər