Xəbər lentiwidget-title-icon

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

Məşhur türkiyəli professorlar bu dəfə təlimi BDU-da keçdilər - FOTOLAR

Məşhur türkiyəli professorlar bu dəfə təlimi BDU-da keçdilər - FOTOLAR

Ötən gün Bakı Dövlət Universitetində (BDU) “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində jurnalistika fakültəsinin tələbələri və jurnalistlər üçün təlimlər keçirilib.

Təlim Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zivəroğlu, fakültənin Azərbaycan, İngilis, Rus dili bölmələrinin tələbələri və müəllim heyəti, təhsil jurnalistləri iştirak ediblər.

Vüqar Zifəroğlu Türkiyəli professorlara qeyd edilən mövzuda təlimlərin zəruriliyini vurğulayıb. O, bundan sonra da belə təlimlərə ehtiyac olduğunu diqqətə çatdırıb.

Təlimçilər isə Türkiyənin məşhur təhsil adamları, Anadolu Universitetinin professoru, SODİMER rəhbəri, Levent Eraslan və Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal, Azərbaycan Psixologiya Akademiyasının (APAK) rəhbəri Səbinə Cəbrayılova olublar.

O, qeyd edib ki, təlimin əsas məqsədi jurnalistika üzrə təhsil alan tələbələrin media savadlılıqlarını artırmaqdır.

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı jurnalistlərin yeni mediaya uyğunlaşmasında müəyyən problemlərin olduğunu qeyd edib. Söyləyib ki, onların psixoloji cəhətdən proseslərə hazır olmaması fəaliyyətlərinə mənfi təsir edir.

SODİMER rəhbəri, professor Levent Eraslan tələbələr üçün “Yeni media və Təhsil jurnalistləri” mövzusunda müzakirələr keçirib.
Professor sosial media alətləri inkişaf etdikdən sonra onun ənənəvi mediaya böyük rəqib olduğuna diqqət çəkib:
“HazIrda vətəndaş jurnalistikası inkişaf etməkdədir. İnternetə çıxışımız olduğu bu zamanda hər birimiz jurnalist rolunu oynayırıq. Şahidi olduğumuz hadisə barədə bütün təfərrüatları sosial şəbəkələrdə paylaşa bilirik. Artıq dövr bizi məcbur edir ki, yeni platformalarla işləməyi bacaraq. Sosial medianın üstünlüklərindən biri də hər kəs tərəfindən əlçatan olmasıdır. Bu vasitələr məlumatların daha tez, operativ şəkildə kütləyə çatdırılmasına xidmət edir. Artıq Türkiyədə jurnalistlər xəbərləri “Youtube” platforması üzərində paylaşırlar. Burada əsas məqam sosial media ilə düzgün və diqqətli işləməkdir. Biz nəzərə almalıyıq ki, paylaşdığımız məlumatlar sürətlə yayılacaq və geniş kütlələrə təsir edəcək. Yaydığımız informasiyanın doğruluğunu isbat edə bilməliyik”.
Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünalın sözlərinə görə, jurnalistlər kiberhücmlardan qorunmaq üçün tanıyıb güvənmədiyi şəxslərin suallarını cavablandırmaqdan yayınmalıdırlar:
“Qeyd etdiyimiz kimi, hər kəsin sosial şəbəkələrə çıxışı var. Bu platformalar fəaliyyətimizdə bizi bir çox nüansla təmin etsə də, xoşagəlməz hadisələrin yaşanmasına da səbəb ola bilər. Məsələ burasındadır ki, əgər biz işimizi sosial mediaya daşıyırıqsa, buranı maksimum dərəcədə güvənli etməli, şifrələrimizin əlçatımlılığını minimum səviyyəyə endirməliyik”.
Təlimin növbəti mərhələsində Azərbaycan Psixologiya Akademiyasının (APAK) rəhbəri, psixoloq Səbinə Cəbrayılova jurnalistlərin psixoloji hazırlığı ilə bağlı mühim məqamlara toxunub:
“Jurnalistlərin müəyyən psixoloji keyfiyyətləri olmalıdır. Biz bir çox hallarda media nümayəndələrinin müsahibələrə hazırlıqsız getdiyini müşahidə edirik. Mütləqdir ki, onlar müsahibə alacaqları şəxs barədə ətraflı məlumat toplasınlar. Onların vəzifəsi, öncədən harada işlədikləri, təhsili, nə ilə məşğul olduqları, hobbiləri və s. barədə məlumatlı olmaq müsahibə zamanı jurnalistlərə böyük dəstək olur”.
Psixoloq qeyd edib ki, bəzən jurnalistlərin emosiyalarını müsahibə prosesinə yansıtdıqlarına şahid oluruq:
“Jurnalist realist olmalı, emosiyalarını idarə etməyi bacarmalıdır. Məsələn müsahibimiz başına gələn bədbəxt hadisə barədə danışıb, duyğusallaşırsa, ona arxa-arxaya digər sualları vermək olmaz. Ona empatiya ilə yanaşmaq lazımdır. Lakin burada digər mühüm məqamlardan biri jurnalistin həmin duyğusal vəziyyətə qapılıb, öz emosiyalarını büruzə verməsidir. Bu artıq qeyri-peşəkarlıqdır”,- deyə qeyd edib.
Müzakirə şəklində davam edən təlimin sonunda psixoloq S.Cəbrayılova tərəfindən tələbələrin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər