Xəbər lentiwidget-title-icon

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI

“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov, “Bilim Bakı” mərkəzinin müdiri Ahmet Kose, “İnci” şirkətlər qrupunun nümayəndəsi Vüsal Əliyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən MÜTDA-nın direktor müavini Mehriban Vəliyeva müsabiqədə qalib gələn bütün iştirakçıları təbrik edib. Mütaliənin faydalarından bəhs edən M.Vəliyeva cəmiyyətə sağlam şəkildə adaptasiya olmağın, sosial münasibətlərdə uğur qazanmağın, qərar qəbuletmə və dinləmə bacarığının inkişafının məhz kitablardan keçdiyini diqqətə çatdırıb.

M.Vəliyeva şagirdləri mütaliəyə həvəsləndirmək istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini söyləyib. Bildirib ki, təhsilalanların mütaliə vərdişlərini təkmilləşdirmək, oxu, yazı və təxəyyül bacarıqlarını inkişaf etdirmək, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsini artırmaq, istedadlı şagirdləri vaxtında üzə çıxarmaq və onlara dəstək olmaq baxımından “Düşünən şagird” müsabiqəsi mühüm əhəmiyyətə malikdir.

“Qarabağ” futbol klubunun dünənki oyununa toxunan M.Vəliyeva vurğulayıb ki, gənclər bu gün və gələcəkdə ölkəni təmsil edən əsas qüvvə kimi özünə inamlı olmalıdır. Dəyərlərimizi qorumaq, Vətəni təmsil etmək isə hər kəsin borcudur. Bütün bunların açarı isə elmdə, kitabdadır.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid intellektual, savadlı, mədəni nəsillərin formalaşması üçün ən əsas vasitələrdən birinin mütaliə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bədii ədəbiyyatlar, müəyyən sahələrə aid biliklərin əhatə olunduğu dərsliklər və sair məhz uşaqların dünyagörüşünün zənginləşdirilməsinə xidmət edir. Bu baxımdan məlumat və bilik dairəsini genişləndirmək, inkişaf etdirmək üçün kitabların rolu əvəzsizdir.

Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən şagirdlərə diplomlar təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.
Həmçinin qaliblərə “İnci” şirkətlər qrupunun və Azərbaycan Yazıçılar Birliyinin hədiyyə kitabları da təqdim olunub.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər