Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Qazi müəllimlər təltif olunub - FOTO

Qazi müəllimlər təltif olunub - FOTO

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi iştirakçısı olan müəllimlərlə görüş keçirilib.

Bu barədə "tehsilmedia.info" a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 18 nömrəli tam orta məktəbdə təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər salnaməsindən, hərbçilərimizin cəsarətindən və qəhrəmanlığından, Zəfər Gününün təntənəli səkildə qeyd edilməsindən söz açıb. O bildirib ki, Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror tədbirlərinin reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər gənclərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.

Mehriban Vəliyeva Vətən müharibəsində müəllimlərin, təhsil işçilərinin Azərbaycanın müasir tarixindəki müstəsna rolundan danışıb. Qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın bütövlüyü, Vətənimizin müdafiəsi uğrunda savaşan qəhrəman müəllimlərimizi tanımalıdır.

BŞTİ-nin müdir müavini Anar Məmmədov Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu və xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb.

Vətən müharibəsi iştirakçılarından 180 nömrəli tam orta məktəbin müəllimi Əli Abbasov və 221 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov Qarabağ zəfərini yazanlar sırasında onların da payı olmasından qürur duyduqlarını ifadə ediblər.

Paytaxt məktəblilərindən ibarət xorun ifasında Zəfər Gününə həsr olunmuş “Qələbə” və “Ey vətən oğlu” mahnısı səsləndirilib.

Zəfər Günü ilə əlaqədar qazi müəllimlərə BŞTİ tərəfindən təşəkkürnamələr təqdim olunub.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova, şəhid Əlihüseyn Məmmədovun anası, 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova, 167 nömrəli tam orta məktəbin şəhid məzunu Taleh Yusifovun anası, həmin məktəbin müəllimi Süsən Yusifova, idarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Sarayında 8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunmuş “ZəfərFest-3” yaradıcılıq sərgi-festivalında iştirak ediblər.

Qazi müəllimlər təltif olunub - FOTO
Qazi müəllimlər təltif olunub - FOTO
Qazi müəllimlər təltif olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər