Xəbər lentiwidget-title-icon

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI

Yeni eranın təhsili. Nəyi, necə, nə vaxt edək? - dos. İlham Əhmədov

Yeni eranın təhsili. Nəyi, necə, nə vaxt edək? - dos. İlham Əhmədov


Məlum olduğu kimi ölkədə bir çox sahələrdə ciddi islahatların aparılması zərurəti yaranıb. Müəyyən islahatlar planlaşdırılır. "Yeni Era"nın yaradılması barədə ciddi söhbətlər gedir. Ən çox islahatlara ehtiyac olan sahələrdən biri də təhsil sistemidir. ETN təhsil sektorunda "Yeni Era"nın yaradılması barədə görəsən nələr planlayır? Hər hansı ideya, strateji yol xəritəsi varmı? Bu barədə konkret məlumatlarımız olmasa da bəzi təkliflər verə bilərik.
Bu sahədə çox ciddi işlər görülməlidir, beynəlxalq təcrübə öyrənilməlidir.
Bizim üçün indiki dönəmdə TC və RF-nın təcrübəsi maraqlı ola bilər.
Problemlərin kökü və identikliyi baxımından RF-nın təcrübəsi daha maraqlıdır. Çünki, TC elm və təhsil baxımından güclülər dəstəsində, RF və biz isə aşağı eşalondayıq.
RF-da da təhsildə ciddi böhran var və bu problemlərin bizə uyğunluğu daha çoxdur. Ona görə RF təcrübəsinə diqqət edək.

RF-da elm və təhsilin durumu ölkədə ciddi narahatlıq doğurur. Akademiklər, sıravi müəllimlər, valideynlər öz narazılığını mütəmadi olaraq KİV-lərdə bildirirlər. Ölkə prezidenti hər il bir neçə dəfə elm-təhsil ictimaiyyətinin iştirakı ilə bu sahənin problemlərini müzakirə edir.
RF EA-nın həqiqi üzvü R. Niqmatulin, akademiyanın müxbir üzvü A. Savvateyev v.s. alimlər konkret faktlar və təkliflərlə dəfələrlə RF ETN-ə, Maarif Nazirliyinə, son vaxtlar isə ölkə rəhbərliyinə müraciətlər etmişlər.
Maraqlıdır ki, onlarda bu sahədə söz sahibləri sanballı alimlərdir və orada tənqidə görə də heç kimə “gözün üstə qaşın var” deyən yoxdur. Digər tərəfdən son 30 ildə RF ETN təhsil lahiyələrinə (onun elmi, metodik, informasiya təminatına) milyadr dollarlarla investisiya qoyub, proseslər şəffaf aparılıb, nəticəvi olub. İnternet üzərindən hansı universitetlərə və ya qurumlara nə vaxt, hansı layihələr verildiyi, onun maliyyə tutumu, alınan nəticələri aydın görmək mümkündfür.
Bizdə isə məlum deyil hansı işlər aparılıb, nə nəticələr alınıb, bunlara nə vəsait israf olunub v.s. Nazirin MM-də çıxışlarında hərdən bəzi rəqəmləri səsləndirilir (məsələn, “ bu il ərzində 500 layihəyə 600 milyon manat sərf etmişik” kimi ). Amma nazirliyin öz saytında, mətbu orqanında və digər mənbələrdə bu barədə heç bir məlumat və açıqlamalar yoxdur. ETN bunu dövlət sirri hesab edir? Məhz belə qeyri şəffaf əməliyyatların nəticəsində son illər artan təhsil büdcəsi müqabilində təhsildə real inkişaf olmadı, əksinə oldu.
RF-nın bəzi təhsil mütəxəssisləri öz ölkələrinin rəhbərliyinə müraciət edərək "təhsilin xilası üçün fövqəladə addımlar atılması" nı təklif edirlər. Maraqlananlar üçün məqalənin adını qeyd edirik: “Принять экстренные меры, чтобы спасти образование”.

Məktub belə başlayırun: ” Təhsil sistemi böhranlı hala gəlib. Ciddi alimlər, vicdanlı, qayğıkeş insanlar artıq xeyli müddətdir həyəcan təbili çalır, həll yolları təklif edirlər. Onlayn olaraq nazirliyə və ölkə rəhbərliyinə müraciətlər edirlər. Ənənəvi, klassik rus təhsilinin vətənpərvərlərinin verdiyi bu təkliflər eşidəcəkmi?! Təhsil sisteminin deqradasiyasının əsas səbəblərini göstərən bu mətnlər və videolar ünvanına çatacaqmı?”
Daha sonra 5 istiqamət üzrə RF təhsil sisteminin problemləri xarakterizə edilir. Bu istiqamətlərin qısa xülasəsi belədir:
“ 1. Rəqəmsallaşma ideyalarının səmərəsiz tətbiqi.
2. Məktəb fəaliyyətinin bütün sahələrində formalizmin yüksək həddi (məktəb müəllimləri müxtəlif formatlı hesabatlarla həddən artıq yüklənir. Hesabat dərsdən daha vacib hesab edilir. Yeni mövzunu izah etməyə vaxt olmasa da hesabat verməyə vaxt tapın. Hesabata məmurun ehtiyacı var, amma uşaqlar hələ gözləyər v.s.).
3. Müəllim çatışmazlığı (aşağı əmək haqqı, ağır iş yükü, attestasiyanın alçaldıcı forması, qeyri-adekvat valideyn tələblərinə qarşı həssaslıq, ayrı-ayrı şagirdlərin kobudluğuna və həyasızlığına qarşı gücsüzlük).
Kifayət qədər müəllim və mütəxəssislərin azlığı səbəbindən uyğunlaşdırılmış proqramlar və ümumi təhsil proqramları üzrə uşaqlara eyni vaxtda dərs verə bilməyəcəyi inklüzivlik təhsil. Fiziki və əqli problemləri olan, sağlamlıq imkanları məhdud uşaqlar izdihamlı siniflərdə (30-40 şagird) birgə oxuyurlar, burada rus dilini bilməyən miqrant uşaqları da otura bilərlər. Burada adi uşaqlara qarşı humanist münasibət necə yaradılsın? Faktiki olaraq sıfıra meyilli olanda təhsilin hansı keyfiyyətindən danışmaq olar?!

4. Müxtəlif ictimai strukturlardan və bürokratik idarələrdən əhəmiyyətsiz fəaliyyətlər təlıb edilməsi (yalnız altı ay ərzində müxtəlif imlalar: coğrafi, etnoqrafik, ekoloji, RF Konstitusiyasını bilmək, maliyyə savadlılığı, 2-ci Dünya Müharibəsi hadisələri və tarixləri və s. ). Onlarla bağlı məktəblərdən hesabat tələb olunur. Hər cür cari hadisələr, tədbirlər.
5. Müəllimlərin attestasiyası. Müəllim diplomunun heç bir dəyəri qalmayıb, çox vaxt attestatların, transkriptlərin, cədvəllərin, diplomların, sertifikatların və təkmilləşdirmə kurslarının dəyəri daha çoxdur.əkisi var, bal əlavə edirlər.
Təhsil sistemində burada qeyd edilənlərdən də çox problemlər var. Müəllimlər, valideynlər bu problemləri bilir və görürlər.”
RF-nın təhsilində olan problemlərin çoxu elə bizim təhsil sistemimizdə də mövcuddur. Bu problemləri eşitməyimiz, bu haqda düşünməyimiz, islahatların istiqamətini müəyyən etmək üçün faydalı ola bilər, bu tövsiyyələr bizim ölkəmizdə də təhsilin inkişafına yardım edə bilər.
İlkin olaraq təhsil siyasəti istiqamətində bu işlər görülməlidir:
1. ölkənin təhsil sisteminin səviyyələr üzrə monitorinqi
2. ölkənin təhsil siyasətinin monitorinqi
3. təhsil infrastukturunun monitorinqi
4. təhsilin rəqəmsallaşdırılması vəziyyətinin monitorinqi
5. təhsil islahatları və onun elmi təminat sisteminin səmərəliliyi, proseslərin kadr təminatının auditi v.s.
Eyni ilə də elm istiqamətində, elm-təhsil, elm-innovasiya, innovativ fəaliyyət, rəqəmsallaşma v.s. məsələlərin monitorinqi aparılmalıdır.
Əslində bütün bu kimi təşəbbüslər nazirliyin və ATM-nin tərkibində olan, təhsil tədqiqatları aparan qurumlar tərəfindən hazırlanmalıdır, amma bu qurumların fəaliyyəti son illər hiss edilmir. Təhsil yönümlü bir neçə yeni ETİ ya tədqiqat mərkəzləri, ən azı ATM nəznində bu təyinatlı yeni qurumlar yaradılmalıdır.
Keçən il eşitdik ki, ETN-nin nəznində " təhsilin proqnozlaşdırılması problemləri" adlı elmi tədqiqat laboratoriyası varmış. 10 ildir ki, fəaliyyətdədir. Amma bu haqda heç yerdə heç bir məlumat tapmaq mümkün deyil. Bu kimi problemlərin araşdırılması və proqnozlaşdırılması bu “məxfi” laboratoriya"ların tədqiqat obyekti olmalıdır.
Yeni eraya keçiddə əsas yük təhsil sisteminin üzərinə düşür.
30 il ərzində heç cür həll edilməyən problemlər az vaxtda həll etməlidirlər. Əks halda səmərəsiz təhsillə “yeni era”ya keçmək istəsək də, hələ çox illər yerimizdə sayacağıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib