Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Laçın şəhərində müasir kitabxana istifadəyə verilib

Laçın şəhərində müasir kitabxana istifadəyə verilib

Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir kitabxananın açılışı olub.

tehsilmedia.info AZƏRTAC-a istinadən xəbər verir ki, “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi funksionallığındadır.

Açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirə şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim və şagird heyəti də qatılıb.

“Simurq”u elə bura gələn ziyalıların, jurnalistlərin oxuyub təsirindən çıxa bilmədiyi kitablar zənginləşdirəcək. İlk olaraq bu addımı Məsim Məmmmədov atıb. O, ən sevimli, dəyərli kitabını kitabxanaya hədiyyə edib.

“Simurq”un adının hekayəsi də maraqlıdır. Belə ki, ad elə orada yaşayanların təklifi ilə, vaxtilə Laçın şəhərinin əsasını qoymuş Tağı Şahbazi Simurqun şərəfinə verilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası da işə öz töhfəsini verib və “Simurq”a 185 kitab göndərib.

Açılış mərasimində Azərbaycanın ən böyük mobil kitab tətbiqi “Audiokitab”ın kitablar və onların müəllifləri ilə bağlı keçirdiyi oyun-müsabiqədə məktəblilər fəal iştirak ediblər. Burada hər həftə kitab təqdimatları, uşaqlar üçün bu gün start verilən “Audiokitab” müsabiqələri keçiriləcək.

Açılış, həmçinin “Mən səni araram” adlı konsert ilə də yadda qalıb. Konsertdə bəstəkar, pianoçu Sevda Rəhimova, tarzən Zəfər Əhmədli, pianoçu Şahin Yahyazadə, caz pianoçu İsa Bağırov, zərb alətləri ifaçısı Məhəmməd İbrahimli çıxış ediblər.

Böyük kitabxanaların, qalereyaların açılacağı şəhərdə səyyar kitabxanalar da olacaq. Əhalinin kitaba, mütailəyə olan ehtiyacı nəzərə alınaraq, müxtəlif nəqliyyat vasitələri ilə hərbi hissələrə, köç həyata keçirilmiş yaşayış yerlərinə kitablar göndərilərək.

Kinoteatr, kinopavilyondan sonra bu kitabxananın da şəhərin mədəniyyət mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Şəhərdə qurulacaq böyük kitab mərkəzləri hazır olana qədər sözügedən kitabxana sakinlərin ehtiyaclarını qarşılayacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər