Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb

Magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur.
Bu barədə "tehsilmedia.info"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq.



























