“Qida mühəndisliyi” mövzusunda tələbələrlə görüş
Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qida mühəndisliyi” mövzusunda tələbələrlə görüş keçirilib.
Bu barədə tehsilmedia.info - a ADNSU-dan məlumat verilib.
Çıxış edənlər tədbirin qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün əhəmiyyətini vurğulayıblar.
Görüşdə dünyada qida çatışmazlığı və həmçinin qida israfçılığı, qida məhsullarının düzgün saxlanılması texnologiyası, qida məhsullarının müasir idxal prosesi və bu kimi digər vacib məsələlərdən danışılıb, tələbələrin sualları cavablandırılıb.




























