Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
tehsil.media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.