Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Abşeronun başçısı dövlətə sədaqətlə xidmət edir: Fərzəliyevə çamur atanların planları necə fiaskoya uğradı?

Köşə

25-11-2023, 11:37

Abşeronun başçısı dövlətə sədaqətlə xidmət edir: Fərzəliyevə çamur atanların planları necə fiaskoya uğradı?


Azərbaycan Prezidenti İlham Əliyev öz açıqlamalarında dəfələrlə bəyan edib ki, “Nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir".

Biz Qarabağ məsələsindən tutmuş, daxili və xarici siyasətdə atılan bütün addımlara kimi bu sözün əmələ çevrildiyinin şahidi olmuşuq. Bəli, Prezident öz sözündə sadiqdir və hansı addımı nə vaxt atmaq lazım olduğunu da yaxşı dərk edir. Xarici siyasətdə baş verənlər göz qabağındadır. Qarabağ kimi nəhəng bir problemi Əliyev öz siyasi iradəsi və qətiyyəti sayəsində həll edib. Yatıb yuxumuzda belə xəyal edə bilməyəcəyimiz arzularımız gerçəkləşib. Ən əsası, dünya Azərbaycanın gücə çevrilməsi ilə barışmaq məcburiyyətində qalıb. Bütün bunlar Əliyevin Prezident seçildiyi 20 il ərzində xarici siyasətdə gördüyü işlərin pik nöqtəsi sayıla bilər. Ancaq prioritet təkcə xarici siyasətlə yekunlaşmır. Ölkə başçısı daxildəki problemləri də diqqət mərkəzində saxlayır, kadr məsələlərinə çox böyük önəm verir, məmur özbaşınalığı və korrupsiya hallarına qarşı mübarizədə çox ciddi mövqe sərgiləyir.
Elə bunun nəticəsidir ki, son bir neçə il ərzində işinin öhdəsindən gələ bilməyən, etimadı doğrultmayan, Prezidentin tapşırıqlarını yerinə yetirmək əvəzinə öz şəxsi mənafeyini güdən onlarla məmur barəsində ölçü götürülüb. Eyni zamanda korrupsiya və rüşvətxorluqla məşğul olan icra başçıları, nazirlər və müəssisə rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib. Qısacası, bütün bu istiqamətlərdə görülən işlər göz qabağındadır və əlavə şərhə ehtiyac yoxdur.

Bu gün yüksək vəzifə tutan, dövlətə və dövlətçiliyə xidmət edən bir çox məmurlar məhz etimadı doğrultduqları üçün öz postlarını qoruya biliblər. Belə məmurlardan biri də Abşeron kimi böyük rayona rəhbərlik edən Abdin Fərzəliyevdir.Uzun müddət Nərimanov rayonuna rəhbərlik edən Fərzəliyev haqqında indiyədək yerli mediada bir çox əsassız və uydurma ittihamlar səsləndirilsə də, icra başçısı humanistlik göstərərək heç bir reaksiya sərgiləməyib. Bəli, Fərzəliyev məhkəməyə müraciət edə, haqqında yazılan uydurma ittihamlara görə, "qələm əhli"ni cəzalandıra bilərdi. Amma icra başçısı daha vacib işlərə vaxt ayırmağa, Prezidentin tövsiyə və tapşırıqlarını yerinə yetirməyə çalışıb. "Sarı mətbuat" isə "klanlararası savaş"ın alətinə çevrilərək əsassız ittihamlar və iddialar irəli sürməkdən yorulmayıb. Təbii ki, söhbət peşəkar jurnalistikadan və peşəkar jurnalistlərin yazdıqlarından getmir. Məsələ reketlik etməklə 5-10 manat pul qazanmağa çalışan "jurnalist"lərin təxəyyülündən çıxan "materiallar"dan gedir. O materiallar ki, heç bir fakta söykənməyib və əsası-sübutu olmayıb. Ancaq "sarı mətbuat"ın yazdıqlarına inansaq, o zaman Fərzəliyevin "dünyanın yarısına sahib olduğunu" görməliydik. Hərçənd, uzun müddət Nərimanov rayonunun, indi də Abşeronun icra başçısı olan Abdin Fərzəliyev sadə həyat tərzi ilə seçilən, cəmiyyət arasında olan, şəhid ailələri və qazilərə xüsusi diqqət yetirən bir məmur kimi tanınır.

Təəssüflər olsun ki, "klanlararası savaş"ın qurbanına çevrilən, özü isə bu kimi məsələlərdən uzaq duran icra başçılarından biri də məhz Abdin Fərzəliyev olub. O, hər zaman Prezidentin verdiyi tapşırıqları yerinə yetirmək üçün səy göstərib. Lakin Fərzəliyevi həzm edə bilməyənlər, onun dövlət və dövlətçilik üçün çalışmasından narahat olanlar daim icra başçısına çamur atmağa çalışıb. Elə bunun nəticəsidir ki, Fərzəliyevi Mehdiyev-Həsənov tandemi ilə bağlamaqdan çəkinməyiblər. Hətta Mehdiyev və Həsənov vəzifədən çıxarılan zaman Fərzəliyevin də öz postu ilə vidalaşacağını, həbs olunan icra başçılarının aqibətini yaşayacağını deyənlər də tapılıb. Bütün bunlar azmış kimi onu "ən varlı icra başçısı" kimi təqdim edənlər də az olmayıb. Ancaq bütün məkrli planlar fiaskoya uğradı. Abdin Fərzəliyevə çamur atmaq istəyənlərin özləri quyuya düşdülər. Prezident isə Fərzəliyevə etimad göstərərək onu Abşeron kimi böyük bir rayona icra başçısı təyin etdi. Bu, Fərzəliyevin sədaqətli və düzgün xidmətinin nəticəsi kimi dəyərləndirilə bilər.

İndi də Abdin Fərzəliyevi gözü götürməyənlər onun haqqında əllərində saxladıqları media qurumları vasitəsilə şər-böhtan yazdırmaqdan çəkinmirlər. Bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatı əlində bayraq edənlər bununla Fərzəliyevə yenidən çamur atmağa çalışırlar. Hərçənd İcra Hakimiyyətlərində bu kimi əməliyyatların keçirilməsi adi haldır və günahı olanların cəzalandırılması dövlət tərəfindən mütəmadi şəkildə həyata keçirilir. Fərzəliyev isə işinin başındadır. Bu, o deməkdir ki, ona qarşı həyata keçirilən məkrli kampaniya yenidən fiaskoya uğrayıb. Necə deyərlər, "dəyirman öz işindədir, çax-çax baş ağrıdır".
Qeyd edək ki, Abdin Fərzəliyev istər Nərimanov rayonuna, istərsə də Abşerona rəhbərlik etdiyi dönəmdə hər iki rayonun abadlaşması, inkişaf etdirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün çalışıb. Ən əsası isə Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqları doğru-düzgün formada yerinə yetirib. Bununla yanaşı, Fərzəliyevi yaxından tanıyanlar onun şəhid ailələrinə və qazilərə xüsusi münasibət sərgilədiyini, onlarla vaxtlı-vaxtında görüşdüyünü, problemlərini dinlədiyini və həlli üçün əlindən gələni əsirgəmədiyini vurğulayırlar. Eyni zamanda Fərzəliyev Abşeronda məmur özbaşınalığına son qoyan icra başçısı kimi də tanınır. Bütün bunlar onun dövlətə, dövlətçiliyə və Prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyini deməyə əsas verir.

Oxunub: 718
Paylaş:
Digər xəbərlər

Ali təhsil

14-10-2023, 12:25

ADU-da İlham Əliyevin prezident seçilməsinin 20 illiyinə həsr edilmiş tədbir keçirilib

Elm və təhsil

27-04-2023, 13:13

"Heydər Əliyev və Azərbaycan təhsili" adlı layihǝ uğurla davam etdirilir - VİDEO

Elm və təhsil

6-10-2023, 13:52

Türkiyənin “Hürriyet” qəzetində Prezident İlham Əliyevə həsr olunan məqalə ilə bağlı seminar keçirilib

Ali təhsil

19-10-2023, 09:30

Dövlət İdarəçilik Akademiyasında XİN əməkdaşları üçün təlim keçirilib

Gündəm

15-06-2023, 14:19

Yüksək Texnologiyalar Parkında Milli Qurtuluş Günü qeyd edilib

Araşdırma
Nazirlik təhdid üstünə təhdid yağdırdı! MÜƏLLİMLƏRİN TELEFONLARI SUSMADI!!!
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Elm və Təhsil
Bugün, 01:25
Nazirlik təhdid üstünə təhdid yağdırdı! MÜƏLLİMLƏRİN TELEFONLARI SUSMADI!!!
Dün, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Dün, 13:29
I sinfə elektron qəbul davam edir
Dün, 13:26
1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
Dün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Dün, 07:37
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Hadisə
19-06-2025, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
Son xəbərlər
  • Bugün, 01:25
    Nazirlik təhdid üstünə təhdid yağdırdı! MÜƏLLİMLƏRİN TELEFONLARI SUSMADI!!!
  • Dün, 16:59
    Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
  • Dün, 13:29
    I sinfə elektron qəbul davam edir
  • Dün, 13:26
    1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
  • Dün, 07:55
    Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
  • Dün, 07:37
    Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
  • 19-06-2025, 15:09
    Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
  • 19-06-2025, 10:38
    Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
  • 19-06-2025, 10:37
    Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
  • 19-06-2025, 10:35
    I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
  • 19-06-2025, 10:25
    Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
  • 19-06-2025, 10:23
    Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
  • 18-06-2025, 23:13
    İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
  • 18-06-2025, 20:42
    Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
  • 18-06-2025, 17:16
    Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
  • 18-06-2025, 17:05
    DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
  • 18-06-2025, 13:45
    Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  • 18-06-2025, 12:51
    Sertifikatlaşdırma prosesinə start verilib
  • 18-06-2025, 12:50
    Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib
  • 18-06-2025, 12:49
    Cənub bölgəsində bu qədər müəllim sertifikasiyadan KEÇƏCƏK
  • 18-06-2025, 12:48
    MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI
  • 18-06-2025, 12:47
    Bu müəllimlər sual hazırlamaq üçün DİM-ə dəvət olunur - RƏSMİ
  • 18-06-2025, 11:58
    İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq
  • 18-06-2025, 11:57
    Psixoloqlar müsahibəyə cəlb olunacaq
  • 18-06-2025, 11:56
    Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
  • 18-06-2025, 11:55
    Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır - Məleykə Abbaszadə
  • 18-06-2025, 11:38
    Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
  • 17-06-2025, 19:13
    Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!
  • 17-06-2025, 18:31
    Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB
  • 17-06-2025, 18:30
    100-dən çox müəllim sertifikasiyada könüllü iştirak edəcək
  • 17-06-2025, 18:29
    Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK - YENİLİK
  • 17-06-2025, 18:28
    “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
  • 17-06-2025, 18:26
    Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
  • 17-06-2025, 15:15
    Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
  • 17-06-2025, 15:14
    6030 müəllim təlimlərdən keçib
Daha çox
18-06-2025, 20:42
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
14-06-2025, 16:55
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Dün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
18-06-2025, 23:13
İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
18-06-2025, 17:05
DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
14-06-2025, 11:00
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə