Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Türkiyənin tarixinə mobillik səfəri

Türkiyənin tarixinə mobillik səfəri

Zamanın müxtəlif dövrlərində çəkini bilirsənmi? Qədim Yunanıstanda, antik Romada yaşasaydın, hansı ağırlıqda olacaqdın? İstanbuldakı Pera muzeyi ziyarətçilərinə belə bir maraqlı təcrübə təklif edir. Tərəziyə çıxan ziyarətçi öz çəkisini hansı dövrdə hansı vahidlə ölçüldüyünü və nə qədər olduğunu öyrənir.

tehsilmedia.info əlbəttə, muzeyin əsas funksiyası tarixi öyrətmək, mədəni irsin qorunmasına xidmət etmək, təhsil mərkəzi kimi fəaliyyət göstərmək, ictimaiyyəti maarifləndirməkdən ibarətdir. Amma müasir dövrdə quru vitrinlər, sıra ilə düzülmüş eksponatlarla kimsənin, xüsusilə də gənclərin diqqətini cəlb etmək çətin məsələdir. Odur ki, muzey idarəediciləri fərqli və cəlbedici metodlardan istifadə edirlər. Muzeylər həm istirahət etmək, həm əylənməyə imkan verən ekspozisiyalar təşkil edir, mərasimlər keçirirlər.

Avropa İttifaqının maliyyə dəstəyi və Beynəlxalq Jurnalistlər Şurasının təşkilatçılığı ilə baş tutan mediaturun məqsədi məhz bu cür yeni metodları təqdim edən muzeylərin işləri ilə tanış olmaqdan ibarət idi. Səfər proqramına Osmanlı tarixinin inciləri – Sultanahmet məscidi, Ayasofya məscidi, Topqapı sarayı, Dolmabağça sarayı ilə yanaşı, modern muzeylərlə tanışlıq da daxil idi.

Onlar arasında Pera Muzeyi və Rahmi Koç muzeyi xüsusilə diqqət cəlb edirdi. Muzey Netflix serialına görə bütün dünyada məşhurlaşan Pera otelinin qarşısındakı küçədə yerləşir. Burada Osmanlı-Roma dövrünün memarlıq nümunələrindən ibarət üç daimi və bir neçə müvəqqəti sərgi təqdim olunur. Muzey həm yeni məşhurlaşmış, həm də artıq tanınmış sənətkarların ekpozisiyalarına ev sahibliyi edir. Perada Türkiyənin qastronomik mədəniyyətini təşkil edən qəhvə içilməsi qaydaları, istifadə olunan qablar, adi rəsm əsərləri çox orijinal formada təqdim edilir. Muzeyin kolleksiyasında Osmanlı hakimiyyəti dövrünə aid 10.000-dən çox eksponat var. Bura tarixi və modern əsərlər, keramik və çini qablar, yüzlərlə sənətkarların əl işləri, İstanbulun XIX əsrə aid fotoları daxildir..

Çox böyük sahəni əhatə edən Rahmi Koç muzeyi isə illərdir ki, dünyanın hər yerindən turistləri cəlb edir. Burada dünyanın hər yerindən qədim avtomobillər kolleksiyası, real ölçüdə gəmilər, Türk sultanlarının səyahətə çıxdığı nəqliyyat vasitələri təqdim olunur. Qeyd edək ki, bu muzey məkanından ödənişli tədbirlərə ev sahibliyi etmək üçün istifadə olunur ki, bu da onların həm görmə qabiliyyətinə, həm də əlavə gəlirə müsbət təsir göstərir.

BJŞ-nin xarici media departamentinin təşkilatçılığı ilə muzeylər üzrə keçirilən mediaturda Türkiyənin və digər ölkələrin KİV nümayəndələri iştirak edirdi. İndiyədək bir neçə dəfə İstanbulun əsas muzeyləri və tarixi yerlərini gəzsəm də, bu səfərdə yeni cəlbedici məkanlar kəşf etdim. Məsələn, Uludağın ətəyində yerləşən 700 illik tarixi olan Cumalıkızık kəndini ilk dəfə ziyarət etmək imkanı yarandı. Hər həftə minlərlə ziyarətçisi olan bu kənd artıq turistlərə öyrəşib. İki il öncə Cumalıkızk həftəsonunda 50 minə yaxın turisti qəbul etməsi ilə rekorda imza atmışdı.

2014-cü ildə UNESCO Dünya İrs siyahısına daxil edilən Cumalıkızıkın tarixi 1300-cü illərə aiddir. Osmanlı dövrünün keçmişinə səyahət imkanı verən kənd daş döşəməli dar küçələri, rəngarəng evləri və tarixi quruluşu ilə diqqət çəkir. Kənddə tarixi hamam, Bizans dövründən qalan kilsə qalıqları da var. Ziyarətçilər kənddəki evlərdən birinə daxil olub, həmin dövrdəki sakinlərin yaşayış şəraiti ilə tanış ola bilirlər. Kəndin muzeyində isə ötən əsrlərdən indiyədək qalan toy adətləri, qədim fotolar təqdim olunur. Düşünürəm ki, bu yaxınlarda UNESCO-nun Dünya İrs siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu” qoruğunun idarəolunmasında Cumalıkızık dağ kəndinin təcrübəsindən yararlanmaq olar.

Avropa İttifaqının mobillik qrantı sayəsində baş tutan səfərim zamanı ümumilikdə 10-a yaxın muzey və tarixi məkanları ziyarət etmək, yerli menecerlərə görüşmək imkanı yarandı. Təcrübə mübadiləsi, yeniliklərin tətbiqi, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından çox faydalı olan bu səfərin yaratdığı imkanlardan gələcəkdə peşə fəaliyyətimdə yararlanacağıma inanıram.

Oxşar xəbərlər

Bütün xəbərlər