Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

“Yerbol - Qarabağ şəhidi” kitabının təqdimatı keçirilib

“Yerbol - Qarabağ şəhidi” kitabının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) qazaxıstanlı yazıçı, ictimai xadim və araşdırmaçı Nəsihə Gumarqızının I Qarabağ müharibəsində Azərbaycana gələrək işğalçı Ermənistana qarşı savaşa qatılıb şəhid olmuş Yerbol Barımbetov haqqında yazdığı “Yerbol - Qarabağ şəhidi” kitabının təqdimatı keçirilib.

Bu barədə "tehsilmedia.info" a MEK-dən məlumat verilib.

Bildirilib ki, təqdimat mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru professor Məmməd Əliyev müxtəlif dinlərin və etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanın əsrlərdən bəri qardaşlıq diyarı kimi tanındığını, ölkədə multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrildiyini vurğulayıb.

“İstər birinci Qarabağ müharibəsində, istərsə də Aprel, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində milli mənsubiyyətindən asılı olmayaraq hər kəs çiyin-çiyinə vuruşdu. Cəsarətli, qorxmaz gənc qazax oğlu haqqında yazılan bu kitab çox dəyərlidir və bir azərbaycanlı olaraq igid Yerbolla qürur duyuram. O, bizim qəhrəmanımız, türk dünyamızın oğludur. O, bizim qəlbimizdə əbədi xatırlanacaq və bu kitab MEK-in fondunda öz layiqli yerini tutacaq”,- deyə baş direktor qeyd edib.

Kitabın müəllifi Nəsihə Gumarqızı çıxış edərək Azərbaycanın igid əsgər və zabitlərinin haqq-ədalət savaşında nümayiş etdirdiyi şücaətlərin onun qəlbində sonsuz qürur hissləri doğurduğunu, Azərbaycanın Qarabağdakı zəfəri, Şuşanın fəthi barədə hər yerdə, ən müxtəlif auditoriyalarda böyük həvəslə söz açdığını, Qazaxıstan mətbuatında bu barədə tez-tez məlumatlar yazdığını vurğulayıb. “Bəli, Azərbaycan əsgəri yenilməz və qüdrətlidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Azərbaycanın Qarabağdakı Zəfəri bütün Türk dünyasının tarixi qələbəsidir”,- deyə müəllif qeyd edib.

“Yerbol - Qarabağ şəhidi” kitabı haqqında məlumat verən müəllif bildirib ki, bu kitab-albom gənc ömrünü könüllü olaraq qardaş Azərbaycan xalqına, işğal altında olan torpaqların erməni quldur dəstələrindən azad edilməsinə həsr edən Yerbol Barımbetovdan bəhs edir. 19 yaşlı qazaxıstanlı dəfələrlə ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, Kəlbəcər, Tərtər, Murovdağ istiqamətində düşməni izləyib, 8 dəfə düşmən xətlərinin arxasında olub, mühasirəyə alınıb. Tərtər rayonunun müdafiəsində xüsusi rol oynayıb. Növbəti döyüş tapşırığını yerinə yetirərkən həlak olan Yerbol, onun döyüş yoldaşları, o cümlədən komandir, Milli Qəhrəman, polkovnik Eldar Ağayev Bakıda İkinci Fəxri xiyabanda dəfn olunublar.

Yerbolun xatirəsini əsas tutduğuna görə Azərbaycan xalqına, onun əsgər yoldaşlarına minnətdarlığını bildirən Nəsihə Gumarqızı bu kitabı Birinci Qarabağ müharibəsinin bütün şəhidlərinə, iştirakçılarına, bu müharibədə oğullarını itirmiş analara ithaf etdiyini vurğulayıb.

Tədbir iştirakçıları kitab haqqında təəssüratlarını bölüşüblər.

Təqdimat mərasimində Azərbaycanın tanınmış ictimai xadimləri, Qazaxıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yazıçılar, şəhid ailələrinin üzvləri, şəhid Yerbolun döyüş yoldaşları və qardaşı Nurbolu Turexanulı iştirak ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər