Xəbər lentiwidget-title-icon

Gələcəyin ailə modeli necə olmalıdır? – müzakirə aparıldı
Buraxılış imtahanlarında dəyişikliklər olacaq - DİM sədri detalları açıqladı
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ

Türkiyəli yazıçılar Ədəbiyyat Muzeyində olublar - FOTO

Türkiyəli yazıçılar Ədəbiyyat Muzeyində olublar - FOTO

Türkiyənin tanınmış şairi, publisist və tədqiqatçısı Şükrü Sunay Akın yaxın məsləkdaşları Ali İhsan Genç və Samet Karahasanoğlu ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Bu barədə "tehsilmedia.info"a Ədəbiyyat Muzeyindən məlumat verilib.

Bildirilib ki, muzeyi böyük maraqla gəzən ziyarətçilər qədim və zəngin Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə tanış olaraq, klassik və müasir şair və ədiblərin həyat və yaradıcılığı haqqında məlumatlar əldə ediblər.

Qonaqları muzeyin zəngin ekspozisiyası ilə filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova tanış edib.

Ekspozisiya zallarını gəzən Sunay Akın Türkiyənin tanınmış şairi Nazim Hikmətə və Azərbaycanın Xalq şairi Rəsul Rzaya sevgisini gizlədə bilməyib, onların şeirlərindən misralar səsləndirib.

Dünyanın hər yerində müxtəlif muzeyləri gəzdiyini qeyd edən şair öz ədəbiyyatını, mədəniyyətini və tarixini belə bir əzəmətli binada birləşdirib dünyaya tanıdan ikinci bir muzey görmədiyini söyləyib.

Sunay Akın sonda muzeyin “Rəy kitabı”nda öz təəssüratlarını bölüşüb: “Qibtə etdim, həsəd apardım! Bunları yazarkən həm çox sevincliyəm, həm də kədərli. Sevincliyəm ona görə ki, Azərbaycan belə gözəl, şair və yazıçılarının əsərləri ilə dolu bir muzeyə sahibdir. Kədərliyəm, ölkəmin belə bir muzeyə sahib olmadığı üçün!..”

Qeyd edək ki, Sunay Akın şəxsiyyəti və yaradıcılığı Türkiyədə hədsiz sevgi qazanıb. Şair “Yazarların İstanbulu”, “İstanbulun Nazim planı”, “Kırdığımız oyuncaqlar” və s. kitabların müəllifidir. Həmçinin TRT 2 və CNN türk kanallarında “İzler”, “Axşama doğru” proqramlarının müəllifi və aparıcısı olub. Sunay Akın Almaniyada Oyuncaq Muzeyini gəzdikdən sonra 2005-ci ildə Türkiyədə ailəsinə məxsus beşmərtəbəli imarətdə İstanbul Oyuncaq Muzeyini yaradıb. O, bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Almaniyada dünyanın ən böyük oyuncaq muzeyi Nürnberq Oyuncaq Muzeyində sərgi açıb.

Türkiyəli yazıçılar Ədəbiyyat Muzeyində olublar - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər