Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Təhlükəsiz İnterneti Necə Təmin Edək? – Beynəlxalq Təhlükəsiz İnternet Günü

Təhlükəsiz İnterneti Necə Təmin Edək? – Beynəlxalq Təhlükəsiz İnternet Günü

Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir.

Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında qeyd olunur. Tədbirlər qeyri-hökumət təşkilatı olan INSAFE (European Safer Internet Network – Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir. INSAFE – Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. INSAFE təşkilatı Avropanın 26 ölkəsinin təhsil nazirlikləri nümayəndələrinin daxil olduğu European Schoolnet konsiliumu tərəfindən idarə edilir.

Beynəlxalq Təhlükəsiz İnternet Günü

Bəs internetdən təhlükəsiz şəkildə istifadə üçün nə etmək olar?

Hər bir yerdə, hər bir sahədə şifrələrinizin sistem tərəfindən verilən “default” şifrələr olaraq qalmamasına diqqət edin! (serverlərdə, saytlarda, maillərdə, proqram təminatlarında, internetə bağlandığınız modemlərdə, routerlərdə, access-pointlərdə, Wi-Fi, kompüterlərdə, telefonlarda, Smart TV-lərdə, və s.)
Şifrələrinizi seçərkən klaviaturada düzülən ardıcıl hərf, rəqəm, simvollardan istifadə etməyin!
Şifrələrinizdə şəxsi məlumatlar istifadə etməyin! (telefon nömrələri, ad, soyad, doğum tarixi, yaşadığı yer, maşın nömrəsi, markası, övladınızın adı, telefon markası, ləqəbiniz və s.)
Müxtəlif hesablarda eyni şifrələrdən istifadə etməyin! (Bir çox insan müxtəlif maillərində və ya hesablarında eyni şifrələri istifadə edirlər. Bu isə yolverilməzdir)
Şifrələrinizi mütamadi olaraq dəyişin! Normal dəyişilmə müddəti 3 ay nəzərdə tutulur.
Hər hansı bir internet resursunu bir yerdən başqa yerə keçirərkən mütləq şifrələrini dəyişin və əvvəlki serverdən “backup”ınızı silin!

Şifrələrinizi heç bir zaman kağıza yazıb kompüterinizin ekranına yapıştırmayın!
Şifrələrinizi heç bir zaman hər hansı .txt, .word, .xls və s. fayllara yazıb kompüterinizdə saxlamayın!
Şifrələrinizi heç bir zaman browser-lərinizin keşində saxlamayın! (avtomatik browser yaddaşında)
“Doubleauthentication” (ikiqat identifikasiya) olan sistemlərdən istifadəyə üstünlük verin! Məs.: Şifrə + sms xəbərdarlıq xidmətindən istifadə edə bilərsiniz.
Bütün bunları nəzərə almaqla, internet istifadəsi zamanı daha az təhlükə ilə qarşılaşa bilərsiniz.

Oxşar xəbərlər

Bütün xəbərlər