Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

BDU-da Respublika elmi-praktik konfransı keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanın müasir inkişafının coğrafi məsələləri: Böyük Qayıdış, qlobal inteqrasiya və regional inkişaf" mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilib.

Bu barədə "tehsilmedia.info"a BDU-dan bildirilib.

Coğrafiya fakültəsinin TEC sədri İmran Bayramov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətləri, uğurlu elm-təhsil siyasəti barədə məlumat verib. Sonra Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Məqsəd Qocamanov tələbə və gənc tədqiqatçıların elmi araşdırmalara marağının yüksək olmasına diqqət çəkərək, bu sahədə görülən işlər, tələbə elmi dərnəklərinin fəaliyyəti və elmlə təhsilin inteqrasiyasından söz açıb.

Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Əfqan Talıbov konfransa Coğrafiya fakültəsi ilə yanaşı, BDU-nun digər fakültələri, ölkənin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və xarici müəlliflərdən məqalə və tezislərin qəbul olunduğunu  diqqətə çatdırıb.

Konfransın plenar iclasında Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov, Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyevin çıxışları dinlənilib. Natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi kursundan, müstəqillik illərində Azərbaycan Respublikasının mütərəqqi inkişafından söz açaraq, müasir dövrdə qlobal inteqrasiya və regional inkişaf məsələrinə toxunublar.

Sonra tələbə və magistrlərin məruzələri dinlənilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs magistri Əmanət Abbaslı "Şuşa şəhərinin mövcud turizm potensialının inkişaf etdirilməsində problemlər və onların həllində animasiyanın rolu”,  BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs magistləri Məlahət Qocayeva "Azərbaycanın ekoloji problemlərinin təhlili",  Kəmalə Məmmədova "Lənkəran rayonunun əsas qida ehtiyatlarının qiymətləndirilməsi", III kurs tələbəsi Hökümə Orucova "Mineral resources and economical development of the territories freed from occupation" adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Qarabağ və Şərqi Zəngəzurun təbii, mineral və xammal ehtiyatları, turizm potensialı, onların iqtisadiyyatın dayanıqlı inkişafına təsiri qiymətləndirilib. Həmçinin şəhər və kəndlərdə ətraf mühitə təsir edən amillər, onların qiymətləndirilməsi və ekoloji problemlərlə mübarizə tədbirləri barədə məlumat verilib, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Sonda "Ekvatordan Qütblərə” elmi-populyar jurnalının və "Azərbaycan coğrafiyası” kitabının təqdimatı keçirilib, konfransda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.

Konfrans öz işini bölmələr üzrə davam etdirib.

Oxşar xəbərlər

Bütün xəbərlər