Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin şagirdləri üçün keçirilən "Heydər Əliyev şagirdlərin gözü ilə" esse müsabiqəsinə qatılmaq istəyən şagirdlərin yazılarının qəbulu aprelin 25-də başa çatacaq.
Bu barədə "tehsil.media"a BDU-dan məlumat verilib.
Müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin öyrənilməsi, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və azərbaycançılıq ideologiyasını təbliğ etməkdir. Müsabiqəyə qatılmaq istəyən şagirdlər yazılarını (Arial şrifti, 14 ölçüdə, intervalı 1,5, 6-8 səhifə həcmində; Azərbaycan, rus və ingilis dillərində) bdu.volunteer@mail.ru elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin qalibləri mükafatlandırılacaq.