Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Dendrologiya İnstitutunun elmi şurasının iclasında dissertasiya işi müzakirə edilib

Dendrologiya İnstitutunun elmi şurasının iclasında dissertasiya işi müzakirə edilib

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "tehsilmedia.info"a institutdan məlumat verilib.

Bildirilib ki, iclasda institutun əməkdaşı Vüsalə Bədəlovanın biologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün təqdim etdiyi “Passiflora cinsinə aid bəzi növlərin Abşeronda introduksiyası, bioekoloji xüsusiyyətləri və fitokimyəvi tədqiqi” mövzusunda dissertasiya işi müzakirə edilib və növbəti mərhələdə müdafiəyə təqdim edilməsi qərara alınıb.

Tədqiqat işinin əsas məqsədi Abşeronun quru subtropik iqlim şəraitində Passiflora L. cinsinə aid bəzi perspektivli növlərin introduksiyasının, iqlimləşdirilməsinin və bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, farmakoqnostik tədqiqi, tərkibindəki bioloji aktiv maddələrin təyini, komponent tərkibi, qida sənayesində, tibdə və yaşıllaşdırmada tətbiqidir. Tədqiq olunan növlərin tərkibindəki bioloji aktiv maddələr müasir üsullarla bitkidən ayrılaraq komponent tərkibinin kəmiyyət və keyfiyyət göstəriciləri araşdırılıb. Alınan bioaktiv maddələrin antimikrob aktivliyi və funqsid xassələrinin müqayisəli tədqiqi Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin müasir tipli laboratoriyalarında aparılaraq elmi əsaslarla öyrənilib.

Aparılan tədqiqat işlərinin nəticələrinə əsasən Azərbaycana ilk dəfə gətirilərək introduksiya edilən, lakin dünyada geniş şəkildə müxtəlif sahələrdə istifadə olunan etnobotanik, Passiflora L. cinsinə aid olan 4 növ bitkinin bioekoloji və farmakoqnostik tədqiqi nəticəsində kifayət qədər xammal ehtiyatı və tərkibində bioloji fəal maddələr kompleksi olan, yeni dərman preparatlarının hazırlanması baxımından perspektivli hesab edilən, xarici ölkələrdən gətirilən növlər seçilib. Hazırda müxtəlif bioloji və farmakoloji fəallığa malik olan birləşmələrin məqsədyönlü sintezinə üstünlük verilir. Bu baxımdan antifunqal və antimikrob fəallığa malik yeni birləşmələrin sintezi aktuallıq kəsb edir. Bu səbəblə əlaqədar olaraq tərkibində flavanoid olan birləşmələr sintez edilib. Nəticədə ilk dəfə olaraq ölkəmizdə passiflora cinsinə aid bəzi növlərin antimikrob, antifunqal aktivlikləri müasir metodlarla öyrənilib, mikrobioloji və aktiv funqisid təsirli olmaqla antifunqal preparat kimi istifadəsi təklif edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər