Lənkəranda zəlzələ olub.
tehsil.media xəbər verir ki, hadisə təxminən saat 11:03 radələrində qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4.9, dərinliyi 10 km olub.