Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Müslümün gül camallı Badigülcamalı

Müslümün gül camallı Badigülcamalı


Badigülcamal. Bu nə ad? Görən kim qoymuşdu bu adı ona? Gül camalına, sərv boyuna, ala gözlərinə, şux qamətinə necə də yaraşırdı bu ad. Elə bu gül camalı 18 yaşlı Müslümü Məcnun etmədimi?..
“Bu sevda baş tutmaz. Mən səndən dörd yaş böyüyəm. Özü də ərdə olmuşam” – deyə Badigülcamal ilk dəfə Müslümə yox cavabı versə də, gözü-könülü hələ də onda idi. Elə Müslümün məhəbbəti qəlbində onu başqasına ərə verdilər.
Taleyinmi qisməti idi, ya Badigülcamalın gecələr xəlvətcə xısın-xısın tökdüyü göz yaşlarınınmı o, cəmi bir neçə ayın gəlini oldu. Əri vəfat edən Badigülcamal qara libasda ata evinə döndü...
Müslümsə hələ də qəlbində bu sevdanı yaşadır və bir gün ona qovuşmaq arzusu ilə yaşayırdı.
Badigülcamal Tiflisdə məşhur Terequlovların ailəsində doğulub, böyüyüb-başa çatmışdı. “Rus-tatar” məktəbindən sonra Birinci Qızlar Seminariyasında oxuyan Badigülcamal seminariyada təkcə yaxşı oxumağı ilə deyil, gözəlliyilə də çoxlarının diqqətini cəlb etmişdir. Mehriban, şən, hazırcavab olan Badigülcamal qardaşı Əlinin seminariya yoldaşlarının da sevimlisi idi.
...1904-cü ilin əvvəlləri. Müslüm Maqomayev əziz dostu Üzeyir Hacıbəyli ilə bir neçə aydan sonra Seminariyanı bitirəcək. Çoxları buna sevinsə də nə Müslüm, nə də Üzeyir bəy sevinmirdi. Çünki hər ikisinin ilk sevdası burada – Tiflisdə idi. Onlardan ayrılmaq hər ikisi üçün çox çətin idi. Amma getməli idilər. Seminariyanın qayda-qanunu belə idi, hara göndərsəydi orada da gedib işləməli idilər.
5 avqust 1904-cü ildə Qafqaz Tədris İdarəsindən Müslümə belə bir məktub gəlir ki: “Müəllim Əbdül Müslüm Maqomayev – Siz 1904-cü il sentyabrın 1-dən Bekovic kəndindəki Prixod məktəbinə müəllim təyin edilirsiniz”.
Müslüm bunu istəməsə də, Bekovicdə çox könülsüz fəaliyyətə başlayır. Bir il burada çətinliklə qalan Müslüm ərizə yazıb Azərbaycana köçürülməsini xahiş edir. Xoşbəxtlikdən onu Lənkərana üç sinifli məktəbə müəllim təyin edirlər. 1905-ci ilin sentyabrından burada müəllimliyə başlayan Müslüm yenə də rahatlığını tapmır ki, tapmır. Sevgi dolu ürəyi, duyğuları, düşüncələri, ilhamı qalır Tiflisdə – Badigülcamalın yanında. Bir müddət cavabsız qalan məktublarına birdən cavab gəlir. Çox xəsisliklə yazılan məktub cəmi iki-üç cümlədən ibarətdir: “Aldım məktubunuzu. Sağ olun. Tiflisdə havalar pis keçmir. Vaxtınız olanda yazın”. Bu cümlə Müslümü ruhlandırdı, qanadlandırdı, qəlbində qəribə bir inam yaratdı. Yenə Tiflisə məktub yağışı başladı. Sonra isə Müslüm “qanadlanıb uçur” Tiflisə doğru. “Görünür, dünyada talelərin cazibəsi deyilən bir sehr var imiş”.
1906-cı ilin 4 avqustu.Tiflisdə sünni məscidində Qroznı şəhərinin sakini Əbdül Müslüm Maqomed oğlu Maqomayevlə tiflisli Badigülcamal Həsən qızının qanuni nigaha girən günü. XOŞBƏXT bir ailənin təməl daşının qoyulduğu gün. 31 il qoşa ömür sürməyi qismət edən gün. Sonra amansız ölüm Müslümü canı qədər sevdiyi Badigülcamalından alaraq, onu 25 il Müslümsüz qoyacaqdı...
İndi isə onların xoşbəxt günləridir. Müslüm musiqi ilə daha mükəmməl məşğul olmaq üçün can atır Bakıya. Bunun üçün üz tutur Qafqaz Tədris İdarəsinə. “Bu şəhadətnamə verilir Rusiya İmperiyasının tələbəsi Əbdül Müslüm Maqomayevə. O, Bakı şəhər gimnaziyasında evdə dərs deyəcək müəllim kimi yoxlanılmış, yazı və coğrafiyadan şifahi imtahanlarda yaxşı bilig göstərmişdi. Buna görə də Əbdül Müslüm Maqomayevə yalnız öz həmdinlərinin evlərində coğrafiya dərsi demək şərti ilə ev müəllimi rütbəsi götürməyə icazə verilir.
Tiflis, 24 iyun 1909-cu il”.
Beləliklə, 1911-ci ildə Müslüm ailəsilə birlikdə köçür Bakıya. Bakıda Sabunçuda “Səadət” məktəbində işləyən Müslümü bir il sonra “Nicat” cəmiyyəti türk operasına drijor dəvət edir. Bir neçə il keçir, qəzetlər, jurnallar Müslümdən yazır, teatrlarda operaları bir-birini əvəz edir...
Tale ikinci dəfə Badigülcamalın üzünə gülmüşdü. Müslümlə, övladları Cəmaləddin və Maqomədlə çox xoşbəxt idi. Müslümün evcanlılığı, ailəyə bağlılığı ona daha xoş gəlirdi. İşləri nə qədər çox olsa da, Badigülcamala, uşaqlara qayğısını, diqqətini hər an büruzə verirdi, onların ən kiçik istəyini yerinə yetirməyə can atırdı. Axı indi Müslüm çox hörmətli, məşhur bir adam idi. Hər yerdə hamı onu hörmətlə, izzətlə qarşılayırdı. Bütün bunlar Badigülcamalın içində bir rahatlıq yaratdı.
...18 sentyabr həm Müslümün, həm də Üzeyir bəyin doğum günü idi. Badigülcamal bu günü gözəl qeyd etmək üçün az qala bir ay əvvəl hazırlıqlara başlardı. Bu ziyafət əvvəl böyük bacanaq Müslümgildə, sonra isə Üzeyir bəygildə davam edərdi. Necə xoşbəxt günlər idi. Badigülcamal pərvanə kimi fırlanardı Müslümün başına, hər bir istəyini həmən yerinə yetirərdi...
1937-ci ilin dəhşətli bir yay günü. Ağır və uzun sürən xəstəlik VƏRƏM böyük bəstəkar, sevimli ömür-gün yoldaşı, mehriban ata – Müslümü əbədi olaraq gülcamallı sevgilisindən, əziz övladlarından, mehriban qohumlarından, dostlarından ayırdı.
1903-cü ildə 18 yaşında Müslüm Badigülcamala yazdığı məktubun sonunda belə bir cümlə yer alıb: “Əzizim, bağışlayın ki, qala bilmədim”. Onda Badigülcamal hələ Maqomayeva deyildi, Terequlova idi. Onda Müslümün Badigülcamalın yanında qala bilməməsi onu bu qədər yandırıb-yaxmamışdı. İndi isə Badigülcamal üçün həyat donmuşdu. Çünki o, hər şeyini-sevgi dolu xoş günlərini, könül dünyasını itirmişdi!
Müslümün gül camallı Badigülcamalı

Qərənfil Dünyaminqızı,Əməkdar jurnalist

Oxşar xəbərlər


Bütün xəbərlər

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün