Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Tarix İnstitutu ilə ADPU arasında memorandum imzalanıb

Tarix İnstitutu ilə ADPU arasında memorandum imzalanıb

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə universitetdə “Heydər Əliyev 100 il: Müasir dövrdə elm və təhsilin inteqrasiyası” adlı elmi-praktik konfrans keçirilib.

İnstitutdan "tehsilmedia.info"a bildirilib ki, konfransı açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov müasir dövrdə elm və təhsilin inteqrasiyasının günümüzün tələbi olduğunu qeyd edərək, Azərbaycanda mövcud olan universitetlərlə AMEA-nın institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, elmi kadrların hazırlanması, müasir tələblərə cavab verən dərsliklərin yazılması, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi və digər məsələlər ADPU ilə Tarix İnstitutu arasında əməkdaşlığı zəruri edən əsas amillərdəndir.

Tədbirdə çıxış edən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov qeyd edib ki, Azərbaycanda yeni elmi ənənələrin və milli tarix konsepsiyasının formalaşdırılması üçün gənc, intellektual və dünya tarix elminin nəzəri istiqamətlərini dərindən bilən gənc kadrlara böyük ehtiyac var. Məhz bu kadrların elmi müstəviyə gəlməsində universitetlər ilkin elmi baza rolunu oynayırlar. Professor Kərim Şükürov həmçinin rəhbərlik etdiyi Tarix İnstitutu ilə ADPU arasında elmi əlaqələrin nəzəri və praktiki tərəflərindən, əməkdaşlıq çərçivəsində görüləcək işlərdən, Tarix İnstitutunun elmi imkanlarının təhsil sisteminə transformasiya perspektivlərindən danışdı.

Tədbirdə Tarix İnstitutunun şöbə müdirləri professor Şahin Fərzəliyev, professor Tofiq Mustafazadə, professor Mais Əmrahov, elmi katib dosent Ellada Bəkirova, dosent Mübariz Ağalarlı, ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevinc Əliyeva və digər natiqlər öz çıxışlarında Azərbaycanda elm və təhsilin inteqrasiya problemləri, ali təhsil müəssisələri ilə AMEA arasında elmi əməkdaşlığın perspektivləri haqqında danışıblar.

Sonda Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumda tərəflər arasında elmi tədqiqatların əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, tarix elmi sahəsində elmi yeniliklərin və innovasiyaların tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, professor-müəllim heyətinin, elmi işçilərin, doktorant, magistrant və tələbələrin təcrübə mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak, müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması və s. kimi məsələlər istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər