Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib

BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Ulu Öndərin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, məzunu olduğu Bakı Dövlət Universitetinin yüksəlişindəki xidmətlərindən, müasir və güclü Azərbaycan dövlətini bərqərar etmək yolundakı misilsiz fəaliyyətindən danışıblar.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, millət vəkili, akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinə verdiyi dəyər, klassik irsə qayğısı barədə məlumat verib. O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın yalnız XX əsr tarixinin deyil, milli tariximizin ən əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib: “Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək dayanıb”.

Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq fəlsəfəsini milli dövlətçilik ideologiyası səviyyəsinə qaldırıb. Bu ideologiya milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.
Tədris işləri üzrə dekan müavini, ərəb filologiyası kafedrasının dosenti Tərlan Məlikov müasir Azərbaycanın təhsil sisteminin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

Daha sonra fakültənin gənc doktorant və magistrantlarının “Ərəb əlyazma fondları”, “Xətib Təbrizinin “Kitab Əl-Kafi” əsəri”, “İmadəddin Nəsiminin dilində alınma sözlər”, “Azərbaycan və yapon dillərində feillərin ekvivalentliyi”, “Məsud Səəd Salman “Divan”ı klassik yaradıcılıq modeli kimi”, “Holokost mövzusu Aharon Appelfeldin yaradıcılığında”, “İbri dilində hərbi terminologiyanın inkişaf tendensiyaları”, “Müasir türk ədəbi dilində cümlə anlayışı” kimi mövzularda məruzələri dinlənilib.

Oxşar xəbərlər

Bütün xəbərlər