Xəbər lentiwidget-title-icon

“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub

Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanına qeydiyyat elan edilib

Məlum olduğu kimi, bu ildən etibarən ali təhsil müəssisələrinin musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər nəzəriyyə fənlərindən test imtahanı verəcəklər.

Bu barədə "tehsilmedia.info"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə imtahanların kağız daşıyıcılar vasitəsilə, musiqi ədəbiyyatı fənni üzrə isə elektron qaydada keçirilməsi nəzərdə tutulub. İmtahanlarda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq. 

Abituriyentlərdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyəsinin qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi real imtahan mühitində sınaq imtahanları təşkil edir. Sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddәti vә digәr amillәr eynilә qәbul imtahanlarındakı modelә uyğunlaşdırılır vә demәk olar ki, abituriyent özünü real imtahanda olduğu kimi hiss edir. Bununla da abituriyentin öz biliklərini tam nümayiş etdirməsi üçün şərait yaradılır.

Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanı 16 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində (DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında) keçiriləcək. Qeydiyyat prosesi 19 aprel saat 10:00-dan 15 may saat 10:00-dək davam edəcək. İmtahanda iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

Xatırladırıq ki, Musiqi ədəbiyyatı 18 (İnstrumental ifaçılıq- violin, fleyta, klarnet – BMA), 20 (instrumental ifaçılıq - fortepiano, orqan, klavesin – BMA), 21 (İnstrumental ifaçılıq - viola, truba, saksofon – BMA), 24 (Akademik vokal), 27, 75 (Dirijorluq), 29 (Bəstəkarlıq), 30 və 73-cü (Musiqişünaslıq) qabiliyyət imtahanı komissiyalarında imtahan fənlərindən biridir.

Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanının isə 27 may 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulub. Bu imtahanlar üçün qeydiyyat tarixi yaxın vaxtlarda elan ediləcək.

Nəzəriyyə imtahanlarının qiymətləndirməsi hər fənn üzrə 10 ballıq şkalada aparılır. Qeyd edək ki, qeydiyyatdan keçdiyi qabiliyyət imtahanı komissiyasına uyğun nəzəriyyə fənlərindən minimal müsabiqə balını yığa bilməyən abituriyentlər ixtisas imtahanlarına buraxılmayacaq. Qabiliyyət komissiyaları üzrə nəzəriyyə imtahanlarının minimal müsabiqə balları yaxın vaxtlarda dərc ediləcək "Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi Qabiliyyət İmtahanları” jurnalının 1-ci nömrəsində veriləcək.

Doğru cavablandırılan
tapşırıqların sayı

 Qiymətləndirmə
 (balla)

 28-30

 10

 25-27

 9

 22-24

 8

 19-21

 7

 16-18

 6

 13-15

 5

 10-12

 4

 7-9

 3

 4-6

 2

 1-3

 1

 0

 0

DİQQƏT! 

Elektron sınaq imtahanından qeydiyyatdan keçmiş abituriyentlər 16 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) imtahanda iştirak edəcəklər. İmtahan saat 10:00-da başlanır. Abituriyent imtahanın başlanmasından ən az 1 saat öncədən imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən abituriyent şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyəti təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər