Məktəbimizdə "Suverenlik və Konstitusiya İli" çərçivəsində, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir təşkil olundu. Tədbiri çıxıs sözü ilə məktəbin direktoru Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət açıq elan etdi.
Tədbirin əsas məqsədi şagirdlərə suverenlik və konstitusiya anlayışlarının mahiyyətini aşılamaq, Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin rolunu təbliğ etmək olmuşdur. Tədbir çərçivəsində şagirdlər müstəqil Azərbaycanın Konstitusiyasının yaranma tarixi və əhəmiyyəti ilə bağlı məlumatları bölüşmüş, ümummilli liderimizə və dövlətçiliyimizə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, rəqslər və xalq mahnıları ilə çıxış etmişlər.
Sonda məktəbin tarix müəllimi Vətən Hüseynov və digər müəllimlər bu əlamətdar gün münasibətilə şagirdləri təbrik etmiş, onlara Vətənimizin müstəqilliyinin qorunmasında həm bilik, həm də vətənpərvərliklə möhkəm dayanmağı tövsiyə etmişdir.