tehsil.media saytına daxil olan informasiyada Balaken rayon Qarahacılı kənd orta məktəbində şagirdlər aylığa buraxılması xəbəri qeyd edilmişdir. Belə ki, məktəbdə şagirdlərin adları getsə də, özləri başqa yerlərdədir və dərsə qətiyyən gəlmirlər. Bunlardan Osmanov İslam Hizbulla oğlu və Kərimov Süphan Elman oğlu da faktiki gəlməyən şagird nümunələrindədir. Hansı ki, şagird Bakıda VII mikrorayonda Qapı-pəncərə sexində işləyir.
Direktor əvəzi Zibeydə xanımla əlaqə saxladıq. Məlumatın yalan olduğunu qeyd etdi. Amma reallıq budur ki, şagirdin iş yeri, müdiri, şəkilləri-hər şey var.