Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

240 saylı məktəbdə Esmira Məmmədovanın yol verdiyi QANUN POZUNTULARI..

240 saylı məktəbdə Esmira Məmmədovanın yol verdiyi QANUN POZUNTULARI..

Bakı şəhəri Nəsimi rayonundakı 240 nömrəli məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilmişdir. Hal-hazırda məktəbdə Azərbaycan və rus bölmələrində 1514 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. Müəllimlərdən 2 nəfəri “Əməkdar müəllim” adına layiq görülmüş, 4 nəfər müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Məktəb Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iki dəfə - 2008/2009 və 2014/2015-cı tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə məktəbə 3 mərtəbəli, 25 sinif otağından ibarət 500 nəfərlik müasir tələblərə cavab verən tədris korpusu tikilib istifadəyə verilmiş, lazımi avadanlıqla tam təchiz edilmişdir. Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir edilmişdir. Məktəbdə əsaslı təmir işlərinin aparılması ilə əlaqədar Respublika Prezidenti cənab İlham Əliyev məktəbdə olmuşdur. Məktəbə 1993-cü ildən Məmmədova Esmira Əşrəf qızı rəhbərlik edir.Təhsil Nazirliyi tərəfindən E.Ə.Məmmədova "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Məktəbin devizi: “Məktəb üçün deyil, həyat üçün öyrətmək!” – dir. 2015/2016-cı tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Sağlam təhsil, sağlam millət” və tam orta təhsil səviyyəsində təmayülləşmə pilot layihəsi üzrə siniflər fəaliyyət göstərir. O cümlədən , məktəbdə məktəbəqədər hazırlıq qrupları təşkil edilmişdir. TQDK-nın statistik məlumatında təsdiq edildiyi kimi məktəb ali məktəblərə tələbə qəbulunun nəticələrinə görə ardıcıl olaraq Respublikanın ən yaxşı məktəbləri siyahısına daxil edilmişdir. Son illərdə məktəbi fərqlənmə attestatı ilə bitirmiş və qızıl medala layiq görülmüş məzunlarımızın hamısı yüksək ballarla ali məktəblərə qəbul olunmuşdur. 2 nəfər məzunumuz məktəbi qızıl medalla bitirmiş,5 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür . Məktəbin 144 nəfər məzunu respublika üzrə “Ən yaxşı məzun” siyahısına daxil edilmişdir. 24-25 may 2016-cı il tarixləridə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə məktəbimizdə “Açıq dərs” layihəsi həyata keçirilmişdir.

Bütün bu sadalananlar üzərinə məktəbdə baş verən qanunsuzluqları nəzərə alsaq deyilənlərlə əks mütənasiblik təşkil edildiyinin şahidi olmaq olar. Heç kimə sirr deyil ki 11 illik şagirdlərin kənar hazırlıq kurslarına cəlb edilməsi halları günü-gündən artmaqdadır. Bakunews.az-a daxil olan məlumatlarda məhs bu yöndədir. 240 saylı məktəbdə davamiyyət pozuntusuna səbəb olan hallarla bağlı araşdırma apararkən məktəbdə təhsil normativlərinə uyğun olmayan hallar diqqətimizi cəlb etdi. Belə ki, orta məktəbdə təhsilin normal qaydalarda keçirilməməsi şagirdlərə bilik verilməsi əvəzinə başqa halların olması faktları gözlə görünəcək dərəcədədir. Məktəbdə qeyri-qanuni pul yığılması Direktor tərəfindən 9-11 sinif şagirdlərin hazırlıqlara cəlb edilməsi və dərslərdə iştirakına rüşvət qarşılığı izinlər verilməsi hallarının mövcudluğu ilə bağlı redaksiyamıza məlumatlar verilməkdədir.

Məsələ ilə bağlı araşdırmamız davam etdiyindən hələlik tam şəkildə məlumat verə bilmirik. Növbəti yazılarımızda bütün bunların geniş və silsilə araşdırmanı sizə təqdim edəcəyik.

Rubrika.az

Oxşar xəbərlər

Bütün xəbərlər