Xəbər lentiwidget-title-icon

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...

Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...

Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır?
Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib...

Poliqon xəbər verir ki, buraxlış imtahanları başa çatdıqdan sonra sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sərt tənqidlərə məruz qalıb. Məleykə Abbaszadənin ünvanına ağır ittihamlar səsləndirənlərdən biri də jurnalist Taleh Sahsuvarlı olub.

Mövzunun aktuallığını nzəərə alaraq Taleh Sahsuvarlının sosial şəbəkədə paylaşdığı fikirlərini təqdim edirik:

“Dövlət İmtahan Mərkəzinin daha bir rüsvayçılığı: Azərbaycan dilini bilməyənlər Azərbaycan dilindən test yazır!!!

Əziz dostlar, təvazökarlıqdan uzaq olsa da, mən özümü Azərbaycan dilinin bütün ölkədə ən yaxşı bilicilərindən sayıram. Qrammatika-filan çoxdan unutmuşam, sizə söhbət edirəm zəngin dilimizin məntiqindən. Əminəm ki, başda Məleykə Abbaszadə olmaqla DİM-in cəmi testoloqları (özlərinə "testoloq" deyirmişlər) yığışsa, qurduğum bir cümləni qura, duyduğum bir cümləni duya, yazdığım bir cümləni yaza bilməzlər.

Amma və lakin... Özümüzün də, övladlarımızın da ömrünü çürüdür bu qurum. Özü də təkcə ömrünü yox! Buna gələcəm...

Həm də Azərbaycan dilində qandıqları qrafa olmadan tərtib etdiyi suallarla. Bu gün buraxılış imtahanlarında məzunlara verilən suallardan biri belədir:
“Hansı cümlələrdə mübtəda vəzifəsində olan o, bu əvəzliklərindən sonra vergül düzgün qoyulmayıb”?

Cavablara keçməzdən öncə cümlədə mübtəda vəzifəsini bir balaca izah edim.

“O meşədə azdı” cümləsində mübtəda yoxdur, çünki işarə meşəyə edilir. İşarə əvəzliyi “hansı” sualına cavab verir, bu suala cavab verən İƏ-dən sonra vergül qoyula bilməz.

“O, meşədə azdı" cümləsində isə, əvəzlik mübtəda vəzifəsi daşıyır, KİM sualına cavab verdiyi üçün əvəzlikdən sonra vergül qoyulur.

Bu fərqi bildikdən sonra, icazənizlə, Azərbaycan dilinin qrammatikasında iki prinsipial qaydaya da nəzər yetirək.

Məleykə Abbaszadə, öncə Sizə deyirəm:

QAYDA 1: Əvəzliyin konkret mənası mətnlə bağlı olaraq meydana
çıxır.

QAYDA 2: Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini
daşıyır.

Baxın: Rahilə Mehdiyeva, ANA DİLİ – II (Dərs vəsaiti)

İndi DİM-in testindəki əvəzliyin əvəz etdiyi nitq hissələrini aydınlaşdırmaq üçün vergülsüz cümlə quraq.

1.“Bu jurnalistlərin marağını ifadə edir”. Təqdim olunan cümlədə MÜBTƏDA yoxdur. Təsəvvür edin, iclas gedir və əlimi uzadaraq deyirəm: “Bu jurnalistlərin marağını ifadə edir”.

2. “Bu, jurnalistlərin marağını ifadə edir”. Bu cümlədə isə MÜBTƏDA var!!!

DİM bu qaydanı haradan öyrənib, harasından çıxardıb bilmirəm, amma bu gün yayımladığı izahda belə deyir: “Bu, jurnalistlərin marağını ifadə edir” cümləsində bu mübtədasından sonra əvəzlik işləndiyi üçün vergül qoyulmamalıdır.

Azərbaycan dilinin qrammatikası isə deyir: “Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur”.

“Hər kəs” nə feil, nə də köməkçi nitq hissəsi deyil, əvəzlikdir, mürəkkəb əvəzlik olaraq da ƏSAS NİTQ HİSSƏSİDİR!

NƏTİCƏ: Bu gün buraxılış imtahanlarının 36-cı sualında yer alan tapşırığın cavabı DOĞRU DEYİL, ən yumşaq halda şübhəlidir.

Hüququn “In dubio pro reo” prinsipinə görə, bu sualın cavabı bütün Azərbaycan məzunlarının lehinə həll olunmalı və Siz də şəxsən çıxıb üzr istəməlisiniz!!!
P.S: Bu gün imtahanlarda Zəngəzuru ermənilərə “inqilab hədiyyəsi olaraq” bağışlayan Nəriman Nərimanovu “ideallaşdıran” mətn təqdim etməkdə məqsədiniz nədir, Məleykə Abbaszadə?”.

Qeyd edək ki, dünənki buraxılış imtahanlarında 57 437 şagird iştirak edib.

Poliqon.info

Oxşar xəbərlər

Bütün xəbərlər