Xəbər lentiwidget-title-icon

DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR
​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."
Valideyinin qabarmış əllərini nəzərə alaraq sual tərtib edin.
“Yaxşı olardı ki, məzunlar bu qədər sıxışdırılmazdı” - Təhsil ekspertindən ETİRAZ
İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ
Rezidenturaya qəbul imtahanının TARİXİ
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır
DİM kollektivi niyə bu qədər savadsızdır?
Sumqayıt 28 nömrəli məktəbdən sevindirici xəbər
“Bu tip sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi” - Emma İbrahimova
Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik
DİM imtahan keçirib
Sumqayıt məktəblisi turnurin qalibi oldu
Daha çox uşaq bağçaya gedə biləcək - yeni ADDIM
“On minlərlə gənc xaricdə təhsil alıb ölkənin inkişafına töhfə verib”
Xaricdə təhsil üçün dövlət proqramına sənəd qəbulu başlayır – Tarix AÇIQLANDI
"Bu ilki imtahan keçən ilki buraxılış imtahanından çətin olub" - Təhsil ekspertindən RƏY
GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?
Eyni müqavilə iki dəfə? - Təhsil idarəsinin satınalması suallar doğurur - FOTOFAKT
58 mindən çox şagird imtahan verdi
9 nəfərdə mobil telefon aşkandı - imtahandan XARİC edildilər
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Ali təhsildə status problemi - Universitet anlayışı niyə dəyərini itirir?

Tərbiyəsizlikdən ölən gənclərimiz...

Tərbiyəsizlikdən ölən gənclərimiz...

Tərbiyəsizlik ifadəsi dilimizdə ağır sözlərdən sayılır, təhqir həddindədir. Lakin tərbiyəsizlik geniş şaxəli ifadədir. Tərbiyəsizlik insanları təkcə dava-dalaşa, ürəkbulandırıcı hadisələrə aparmır, səssizcə ölümə də aparır.

Biz tərbiyə deyiləndə yalnız başqalarına qarşı münasibətlərin nizamını düşünürük. Yəni övladımıza verdiyimiz tərbiyənin, demək olar ki, tamamını sosial-ictimai münasibətlər üzərindən düşünürük. Qonşunun toyuğuna “kiş” demə, küçədə bağırma, insanları təhqir etmə və s.

Ancaq bu qaçhaqaçda insanın özünə münasibətini tənzimləyəcək heç bir tərbiyəvi plan qurmuruq. Məhz bu səbəbdəndir ki, cavan uşaqlar, tələbələr özlərinə hörmətsizlikdən, diqqətsizlikdən dünyasını dəyişir.

Vizual görünüşə, paltara, ətirə ifrat diqqət göstərən gənclər yatdığı yerə, yediyinə, sevdiyinə diqqət eləmir. Bu müstəvidə tərbiyə görməyən insanlar təkcə uşaqlar, yeniyetmələr deyil. Saqqalı ağaran yüzlərlə adam var ki, hələ də evində əcəl-mayallağı olan istilik qurğularını nataraz şəkildə istifadə edir. Bu səbəbdən payız fəsli ilə başlayıb baharda bitən bir ölüm mövsümü gəlir Azərbaycana: dəm qazı. Bu qazın nəyin dəmi olduğunu anlamayan onlarla gənc növbəti baharı görə bilmir.Az qala, hər gün saytlarda, sosial şəbəkələrdə kiminsə dəm qazından öldüyünü görürük. Sosial şəbəkələrdə qarşımıza pəhləvan kimi gənc oğlanlar çıxır, gözəl-göyçək qız fotoları görürük, üstündə yazılan informasiyanı oxumağa başlayanda düşünürük ki, yəqin burada “Azərbaycanlı tələbə nüfuzlu universitetə qəbul oldu”, “Azərbaycanlı şagird beynəlxalq olimpiadanın qalibi oldu”, “Daha bir gəncimiz dünya çempionu oldu” sözlərini oxuyacağıq. Lakin həmin fotoların əksərinin üstündə bu sözlər yazılır: “Daha bir tələbə dəm qazından öldü”.

- Niyə?

Azərbaycanda ən kasıb müəllimlərdən biri də kimya müəllimləridir. Müəllimlər pulunun böyük hissəsini repetitorluqdan çıxaran peşə sahibləri olduğundan bu gün qəbul imtahanlarında daha çox lazım olan fənləri tədris edənlər yaxşı qazanır.

Kimya isə spesifik fənndir. Olduqca lazımlı olsa da, nədənsə, qəbul imtahanlarında riyaziyyatın, dillərin hegemonluğunun kölgəsində qalır. Ancaq bu kölgə təkcə Lomonosov, Mendeleyevin, Pişnamazzadənin üstünə yox, bugünkü gəncliyimizin məzarlarının üzərinə də düşür.Məsələyə çox uzaqdan gəlmiş kimi görünə bilərəm, amma əmin olun, nəinki şagirdlər, bu gün Azərbaycan əhalisinin 90 faizi dəm qazının nə olduğunu bilmir. İnsanlar hələ də elə düşünür ki, evdə dəm qazı yaranırsa, bunun qarşısını dərhal ala biləcək. Yəni evdən qaz iyi gələcək, yaxud da evə dəm qazı sızanda havanın buynuzu, quyruğu olacaq. Evdə hava boğuq olacaq, olmur.

Dəm qazı karbon qazı deyil ki, siz evdə boğulma hiss edəsiniz. Bu, tamam ayrı qazdır və bunun qarşısı ancaq profilaktika ilə alına bilər. Profilaktika da tərbiyə məhsuludur.

İnsanlara məktəblərdə qəliz düsturlardan, uzun-uzun qəzəllərdən əvvəl bir neçə ölüm həqiqəti öyrədilməlidir. Dənizlə davranış, dəm qazı, narkotik... Bu sahələrdən baba məsləhəti kimi danışmaq lazım deyil. Onları elmi-analoji plastda anlatmaq lazımdır. Dəm qazının qana keçəndə onun qandan qopmamasını əyani göstərmək lazımdır.

Şagird bilməlidir ki, o şirin yuxuda olarkən bir neçə dəqiqə ərzində ölə bilər. Bu tədris, elm hadisəsindən daha çox tərbiyədir. CO2 karbon qazıdır, CO dəm qazıdır deyib keçilməli deyil. Burada söhbət təkcə karbonun valentliyindən yox, müəllimin valideynliyindən gedir.Biz məktəblərdə uşaqlara başqalarını öldürməməyi tərbiyə etməyə çalışırıq, ancaq onlara özlərini də öldürməməyi öyrədirikmi? İnsanın özünü öldürməyi də cinayətdir. Bunun üçün Cinayət Məcəlləsində “Bilmədən öz ölümünə səbəb olma” maddəsi yaradılmalıdır?

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Oxşar xəbərlər

Bütün xəbərlər