Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Ömrünü xalqına həsr edən Dahi Lider

Ömrünü xalqına həsr edən Dahi Lider

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin anım günüdür. 
Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Hakimiyyətdə olduğu 34 il ərzində Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir. 
SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.
Tarix sübut etdi ki, yalnız Heydər Əliyev nüfuzu, Heydər Əliyev siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi yaradıb-möhkəmləndirmək qüdrətinə malik idi. Böyük öndərin dühasının yenilməzliyi onda idi ki, o, ömrü boyu xalqa arxalanmış, həyatının mənasını xalqa xidmətdə görübdü.Bu baxımdan “Mən bütün ömıümü xalqa bağışlayıram” amalı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyət missiyasının hərəkətverici qüvvəsi idi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına qayğısı xüsusi yer tutur. Ümummilli Lider cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə on  mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.

1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ölkəni parçalanmaqdan, məhv olmaqdan qorumuş, xalqımızın xilaskarına çevrilmişdir. Ümummilli lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük strateji layihələrin həyata keçirilməsinə başlamışdır. Ümummilli Lider sosial-iqtisadi siyasətdə köklü dəyişikliklər etməklə bərabər, nizami ordunun yaradılması istiqamətində də davamlı addımlar atırdı. Məhz həmin dövrdə qurulan ordu torpaqlarımızın işğaldan azad olunacağına inamı artırırdı.

Heydər Əliyev əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qarabağın işğaldan azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Bu gün  Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.  Dahi şəxsiyyətin Özü qədər inandığı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günə  30 illik işğala son qoydu və erməni faşizmini məhv etdi.
Müasir Azərbaycan dövlətinin qurucusu, adı tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin vəfatından illər ötsə də onun əziz xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcəkdir!
Ulu Öndər Heydər Əliyevi qürur, hörmət və ehtiramla anırıq!
Allah Ulu Öndərə rəhmət etsin!

Lamiyə Həsənzadə 
Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin direktoru

Oxşar xəbərlər

Bütün xəbərlər