Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

Türkiyənin media mənsubları Ədəbiyyat Muzeyində olublar

Türkiyənin media mənsubları Ədəbiyyat Muzeyində olublar

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin media mənsubları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar. Türkiyənin media mənsubları COP29 çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.

Muzeyin direktoru akademik Rafael Hüseynov Türkiyə mediasının gənc təmsilçiləri ilə görüşüb. Onları “İstiqlal zalı” ilə tanış edən akademik Rafael Hüseynov muzeyin tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qurucuları, eləcə də 1919-1920-ci illərdə onların bu binada fəaliyyətindən danışıb. Direktor, həmçinin Azərbaycan mətbuatının yaranması, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşrindən söz açıb.

O, ziyarətçilərə müəllifi olduğu, İmadəddin Nəsimi irsinə həsr olunan və dörd dildə nəşr edilən “Zamansız və məkansız” və dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Yoxdan var” kitablarını hədiyyə edib. Bundan başqa, qonaqlara Məhsəti Gəncəvinin portret-oçerkinə və muzeydəki xalçalara dair açıqca dəstləri təqdim olunub.Media nümayəndələri muzeyin ekspozisiyasında Azərbaycan milli mətbuatının tarixini əks etdirən “Əkinçi”, “Kəşkül”, ipək parça üzərində nəşr olunmuş “Həyat”, “Nicat” qəzetləri, həmçinin 1906-cı ildə nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının orijinal nümunələri və digər eksponatlarla tanış olublar.

Sonda muzeyin rəylər və təəssüratlar kitabında Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına dair ətraflı məlumat aldıqlarını qeyd edən media təmsilçiləri “Bir millət, iki dövlət” olaraq Azərbaycanı və xalqımızı çox sevdiklərini bildiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər