10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb.
Oxu.Az xatırladır ki, hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballistik raketlərdən atəşə tutulması qeyd olunub.
"Raket insanlar yaşayan binaya tuş gəlib və onu tamamilə dağıdıb. Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatıblar. Hücum nəticəsində şəhərdəki infrastruktura ciddi ziyan dəyib. Ümumilikdə 31 mənzil tamamilə dağıdılıb, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil dağılıb. Hücum nəticəsində 10 nəfər həlak olub, 40 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqlar da vardı. Ermənistan hücum üçün məsuliyyəti inkar edib", - deyə rəsmi məlumatda vurğulanıb.