Xəbər lentiwidget-title-icon

"Bu ilki imtahan keçən ilki buraxılış imtahanından çətin olub" - Təhsil ekspertindən RƏY
GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?
Eyni müqavilə iki dəfə? - Təhsil idarəsinin satınalması suallar doğurur - FOTOFAKT
58 mindən çox şagird imtahan verdi
9 nəfərdə mobil telefon aşkandı - imtahandan XARİC edildilər
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Ali təhsildə status problemi - Universitet anlayışı niyə dəyərini itirir?
Özəl məktəblərdə sertifikasiya - “Həmin müəllimlər imtahandan keçməlidir”
Təhsildə rasionallaşma: struktur dəyişiklikləri və strateji boşluqlar.
Deyirdilər "evdə otur, bozbaşını bişir" - Bolt sürücüsü Gülnar Kazımzadə
Suraxanı rayonunda qanunsuzluq
Təhsilin Zərif Gücü: Son 5 İlin Uğur Salnaməsi
​"Təhsilin 'Zərif' Qulları: Rəqəmlər arasında itən qadın müəllim nüfuzu"
Biliklə Zərifliyin Görüşdüyü Gün: 8 Mart
Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır
"Kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…-NİYƏ?..”
Azərbaycan Tibb Universitetində 37 min manatlıq "alış-veriş" - duş-aftafa şlanqları, arko kranlar, sifonlar və.s
Sumqayıtda Qadınlar Günü münasibətilə tədbir keçirilib - Fotolar
GDU-da görüş - Doktorant və dissertantların elmi fəaliyyəti diqqət mərkəzində
BMU-da qadınlara həsr olunan tədbir keçirilib
Universitetlərdə professor-müəllim heyətinin neçə faizi qadınlardan ibarətdir? – SORĞU
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!  
Eşqi Bağırovdan şikayətlər artmağa davam edir...
ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.

Perspektiv əməkdaşlıq istiqaməti davam edir

Perspektiv əməkdaşlıq istiqaməti davam edir

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Ölkələr arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Ona görə də ölkə rəhbəri İlham Əliyev qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır.

Prezident İlham Əliyev rəhbərliyi dövründə hər zaman Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır.

Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir.

Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik müqaviləsinin şərtlərinə uyğun olaraq qarşılıqlı fəaliyyət haqqında Bəyannamə çərçivəsində münasibətlərimiz davam edir.

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir.

Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Ötən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam fəaliyyətə başlamsı isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq.

“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan üzərindən keçməsi səbəbindən ötən müddətdə dövlətimiz tərəfindən böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakının cənub hissəsində yeni beynəlxalq ticarət limanının inşası xüsusi əhəmiyyət daşıyır. Son illər limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər Bakı Dəniz Ticarəti Limanının beynəlxalq statusunu bir qədər gücləndirir. Bundan əlavə, Ələt-Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olubDəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə bu həcmin 10 milyon tona qədər artırılması planlaşdırılır. Yeri gəlmişkən, hazırda İrana, əsasən, taxıl məhsulları və meşə materialları, əks istiqmətdən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s. daşınır.

"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan Respublikasının həm xarici, həm də daxili iqtisadi maraqlarına cavab verir. Yeni İpək Yolunun Transxəzər hissəsindən keçən bu dəhliz regionda qüvvələr balansını yaxşılaşdırmaqla yanaşı, Süveyş kanalına və ümumilikdə, dəniz yoluna alternativ bir marşrut olduğundan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu marşrutun istifadəyə verilməsi ilə Xəzər dənizində xarici ticarət fəaliyyəti ilə yanaşı, Xəzəryanı ölkələrin logistikasına investisiyaların axını da artır.

Perspektiv əməkdaşlıq istiqaməti davam edir, yeni logistik layihələr işlənir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir.

Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətlə inkişafa davam edəcək

Oxşar xəbərlər

Bütün xəbərlər