Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Bu gün Azərbaycanda Elm Günüdür

Mədəniyyət

27-03-2024, 11:12

Bu gün Azərbaycanda Elm Günüdür


Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir.Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı. AMEA-nın elmi müəssisə və qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Prezidentin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə AMEA-nın yeni Nizamnaməsi təsdiq edildi.

Xatırladaq ki, 2022-ci ildə təhsil tarixinə daha bir parlaq səhifə yazıldı – Ermənistanın işğalından azad olunmuş Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə zəng çalındı. İşğaldan azad edilmiş ərazilərdə, həmçinin 2023-cü ildə 7 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.

Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.

Oxunub: 241
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

8-02-2024, 11:50

İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının 300 illiyi münasibətilə təbrik etdi

Elm və təhsil

11-10-2023, 12:12

İsa Həbibbəyli Qazaxıstan Elmlər Akademiyasının fəxri üzvü seçilib

Elm və təhsil

10-11-2023, 15:45

Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Gündəm

10-01-2024, 11:30

Rəsulzadənin 140 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı hazırlanacaq

Gündəm

5-10-2023, 10:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Araşdırma
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Elm və Təhsil
Bugün, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Bugün, 13:29
I sinfə elektron qəbul davam edir
Bugün, 13:26
1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bugün, 07:37
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Hadisə
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
Son xəbərlər
  • Bugün, 16:59
    Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
  • Bugün, 13:29
    I sinfə elektron qəbul davam edir
  • Bugün, 13:26
    1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
  • Bugün, 07:55
    Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
  • Bugün, 07:37
    Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
  • Dün, 15:09
    Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
  • Dün, 10:38
    Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
  • Dün, 10:37
    Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
  • Dün, 10:35
    I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
  • Dün, 10:25
    Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
  • Dün, 10:23
    Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
  • 18-06-2025, 23:13
    İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
  • 18-06-2025, 20:42
    Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
  • 18-06-2025, 17:16
    Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
  • 18-06-2025, 17:05
    DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
  • 18-06-2025, 13:45
    Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  • 18-06-2025, 12:51
    Sertifikatlaşdırma prosesinə start verilib
  • 18-06-2025, 12:50
    Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib
  • 18-06-2025, 12:49
    Cənub bölgəsində bu qədər müəllim sertifikasiyadan KEÇƏCƏK
  • 18-06-2025, 12:48
    MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI
  • 18-06-2025, 12:47
    Bu müəllimlər sual hazırlamaq üçün DİM-ə dəvət olunur - RƏSMİ
  • 18-06-2025, 11:58
    İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq
  • 18-06-2025, 11:57
    Psixoloqlar müsahibəyə cəlb olunacaq
  • 18-06-2025, 11:56
    Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
  • 18-06-2025, 11:55
    Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır - Məleykə Abbaszadə
  • 18-06-2025, 11:38
    Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
  • 17-06-2025, 19:13
    Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!
  • 17-06-2025, 18:31
    Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB
  • 17-06-2025, 18:30
    100-dən çox müəllim sertifikasiyada könüllü iştirak edəcək
  • 17-06-2025, 18:29
    Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK - YENİLİK
  • 17-06-2025, 18:28
    “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
  • 17-06-2025, 18:26
    Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
  • 17-06-2025, 15:15
    Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
  • 17-06-2025, 15:14
    6030 müəllim təlimlərdən keçib
  • 17-06-2025, 14:48
    6030 müəllim təlimlərdən keçib
Daha çox
18-06-2025, 20:42
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
14-06-2025, 16:55
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
18-06-2025, 23:13
İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
18-06-2025, 17:05
DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
14-06-2025, 11:00
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə