Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

LDU elm və təhsilin inteqrasiyasında yeni mərhələdə...

Ali təhsil

27-03-2024, 11:08

LDU elm və təhsilin inteqrasiyasında yeni mərhələdə...


Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişləndirilmişdir. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır”.

Bu ilin fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Elm və təhsil naziri Emin Əmrullayev elmin hədəflərini açıqlayarkən bildirib ki, hazırda bizim ən böyük hədəfimiz Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır: “Bu, olduqca çağırışlarla dolu bir məqsəddir. Çünki sentyabr ayında min nəfər gənci Xankəndidəki Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Antiterror tədbirlərindən 1 il keçməmiş hədəfimizə nail olmağı planlaşdırırıq. İlk növbədə, həm ali təhsil müəssisələrimizin, həm də elm adamlarımızın üzərinə böyük məsuliyyət düşür. Biz bu işdə birlik göstərməliyik. Çünki bu, milli layihədir”.
Emin Əmrullayev çıxışında vurğulayıb ki, elmin inkişafı naminə gənclərə verilən imtiyazlar artırılmalı, müəyyən güzəştlər edilməlidir:

“Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik".

Bu gün Lənkəran Dövlət Universitetində (LDU) tələbə-gənclərin hərtərəfli inkişafı, müasir meyarlara uyğun ali təhsil almaları, əmək bazarının tələblərinə cavab verən rəqabətə davamlı kadr kimi yetişmələri, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, fəal həyat mövqeyinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai həyatda təşəbbüskarlıqlarının stimullaşdırılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün bütün mümkün tədbirləri görməyə çalışırıq.

Artıq bu istiqamətdə müəyyən uğurlara da nail olmuşuq. Son illərdə Lənkəran Dövlət Universitetinə 59 nəfər fəlsəfə doktoru proqramına qəbul olunub, 19 nəfər universitet əməkdaşı isə respublikanın nüfuzlu ali təhsil müəssisələrinə elmlər doktoru proqramına məqsədli təhkim edilib. Sevindirici haldır ki, artıq onlardan 16 nəfəri dissertasiya işlərini müdafiə edərək fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi alıb. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 19 nəfər universitet əməkdaşına dosent və professor elmi adı verilib. Lənkəran Dövlət Universitetində son illərdə qəbul olunmuş magistrantlardan 459 nəfər magistr dissertasiya işlərini müdafiə edərək müvafiq diplom almışdır.Hazırda ali təhsil müəssisələrinin qarşısına qoyulan ən vacib məsələ elmi-tədqiqat fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, modern qaydada təşkilidir. Universitetimizdə bu istiqamətə də xüsusi diqqət yetirlir. Son illərdə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən professor-müəllim heyəti tərəfindən müxtəlif aktual istiqamətlər üzrə 681 elmi-tədqiqat işi aparılıb. LDU ilə dünyanın- Avropanın, qardaş Türkiyənin, MDB məkanının nüfuzlu Ali təhsil müəssisələri və elmi təşkilarları arasında 70 beynəlxalq statuslu, respublikanın nüfuzlu ali təhsil müəssisəsi və elmi təşkilatları arasında isə 23 ikili elmi-tədqiqat müqaviləsi həyata keçirmişdir.

Lənkəran Dövlət Universitetində keçirilən Elmi konfransların say və keyfiyyət dəyişilmələrində də müsbət tendensiyaya nail olmuşuq. Belə ki, son illərdə LDU-da 38 Elmi konfrans keçirilmişdir ki, bunlardan 12-si Beynəlxalq indeksli konfrans olmuş və həmin konfransların işində dünya ölkələrinin müxtəlif nüfuzlu ali təhsil müəssisələri və elmi təşkilatları iştirak etmişdir. Konfrans materiallarında dərc olunan elmi əsərlərin sayı 4110 olmuşdur.Lənkəran Dövlət Universitetində + “Humanitar elmlər”, “Riyaziyyat və Təbiət elmləri” və “Texnika və Aqrar elmləri” olmaqla 3 Elmi jurnal dərc olunur. Elmi jurnallarda 4 dildə (Azərbaycan, Türk, İngilis, Rus) məqalələr nəşr edilir. Jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dövri nəşrlər sisteminə, eləcə də İndex Copernicus, Erih Plus və E-Library (РИНЦ) beynəlxalq indeks sisteminə daxildir. Belə ki, son illərdə Elmi Xəbərlər jurnallarında 559 məqalə nəşr olunmuşdur.

Son illərdə Lənkəran Dövlət Universitetinin professor-müəllim heyətinin Web of Science və Scopus indeksli jurnallarda 139 elmi məqalə nəşr etməsini və həmin məqalələrə dünya üzrə 598 istinad verilməsini bu istiqamətdəki fəaliyyətimizin məntiqi uğuru hesab edirəm. Tələbələrin elmə və tədqiqat işlərinə yönləndirilməsində Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin (TEC) xüsusi rolu var ki, onun xətti ilə müxtəlif fakültələr və istiqamətlər üzrə 1033 tələbə elmi-tətqiqat fəaliyyəti ilə məşğul olur. TEC tərəfindən Universitetdə müxtəlif Elmi konfranslar keçirilmiş və konfrans materiallarında tələbələrin 248 elmi tezisi nəşr olunmuşdur.
Elm işlər ilə bağlı gələcək hədəflərimizə gəlincə isə bildirmək istəyirəm ki, əsas hədəfimiz, elmi jurnallarımızı web of science və scopus indeks bazalarına daxil etmək, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəriciləri (H indeksi) daha da yaxşılaşdırmaq, aktual spesifik elmi-tədqiqat işləri kommersiyalaşmaq, eləcə də universitetimizi elmi istiqamət üzrə QS beynəlxalq reytinqində dünya universitetləri sıralarına daxil etməkdir.

Müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi artdıqca bütün dünyanın inkişaf etmiş dövlətləri bu sahəyə xüsusi diqqət yetirirlər. Çünki insan elm və təhsillə yüksəlir, dövlət elm və təhsil sahəsində yetişdirilən kadrların, insan kapitalının əldə etdiyi nailiyyətlərlə tanınır. Bu baxımdan LDU-da elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə inkişafı gələcək inkişafımızın əsas prioriteti olaraq qalır.

Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.

Oxunub: 270
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

22-01-2024, 10:51

Elm və Təhsil Nazirliyi ilə birgə elmlə bağlı dinləmə keçirilməsi təklif olunub

Ali təhsil

13-12-2023, 16:45

Elm və təhsil naziri BMU-da olub

Elm və təhsil

29-11-2023, 12:11

Emin Əmrullayev: Alimlərimizin statusu olduqca vacib məsələdir

Ali təhsil

29-11-2023, 12:10

Nazir Qarabağ Universitetinin yaradılmasından danışıb

Elm və təhsil

9-12-2023, 14:16

“Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik”

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Bugün, 12:34
“Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
Bugün, 12:33
Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
Bugün, 12:32
Aşan avtomobildə ölən şəxs müəllimi imiş
Bugün, 12:31
Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
Bugün, 12:30
Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
Bugün, 12:30
Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • Bugün, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • Bugün, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • Bugün, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • Bugün, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • Bugün, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • Dün, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • Dün, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • Dün, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • Dün, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • 2-08-2025, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • 1-08-2025, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • 1-08-2025, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • 1-08-2025, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • 1-08-2025, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • 1-08-2025, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • 1-08-2025, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • 1-08-2025, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • 1-08-2025, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə