Xəbər lentiwidget-title-icon

ETN niyə çörəyi çəkməçiyə verir?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu gün Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
Firudin Qurbanovun növbəti yalanları
Qadınların ailə məsələlərinə görə karyerada geridə qalması bizi narahat edir
Oğlanlar daha çox texniki, qızlar isə humanitar sahəyə yönəlir - Nazir müavini
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi
Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır - Nicat Məmmədli
"Blockchain Memorial System" layihəsinin təqdimatı olub
Şagirdlər ali təhsil mühiti ilə tanış oldu
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu
Müəllimlərə niyə bayram mükafatı verilmir? - maaşları artırılsa...
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub
Komitə sədri Araz Paşayev açıqladı:Fevral ayında 980 üzv sanatoriyalara göndərilib
Təhsilin Qənimi: MÜTDA-nın "Cib" və "Əmr" Siyasəti
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR
8 Martda müəllimlərə hədiyyə qadağası: tapşırıq VERİLDİ
Növbəti tədris ilindən yeni kurikulum tətbiq olunacaq Xarici təhsil
DİM-də TOEFL iBT imtahanı keçirilib
Təhsildə idman məsələsi problemə çevirilib
Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

İnternat məktəbinin müəllimi Qərbi Azərbaycanlıları təhqir edib - " Sən ermənisən"

İnternat məktəbinin müəllimi Qərbi Azərbaycanlıları təhqir edib - " Sən ermənisən"

İnternat məktəbinin müəllimi Qərbi Azərbaycanlıları təhqir edib - " Sən ermənisən"

Bu barədə jurnalist Savalan Talıblı özünün Facebook hesabında məlumat yayıb. O , qeyd edib ki , Sağlamlıq İmkanları Məhdud 3 saylı xüsusi internat məktəbinin müəllimi məktəbdə öz həmkarına ” sən ermənisən” deyib. Bununla bağlı adıçəkilən məktəbin direktoru Tariyel Əkbərov təhqir edən müəllim barədə demək olar heç bir ölçü götürməyib.

Qeyd edək ki, internat məktəbinin direktoru Tariyel Əkbərov Sağlamlıq imkanları Məhdud 3 saylı xüsusi internat məktəbindən qabaq Masallı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vəzifədə çalışanda işində verdiyi nöqsanlara, vəzifə səlahiyyətlərini aşma və etik davranış qaydalarını pozduğuna görə rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərova ”Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini, 25.1 və 25.2.1-ci maddlərini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 və 6.8-ci bəndlərini rəhbər tutaraq intizam qaydalarına uyğun olaraq “töhmət” elan olunub. Həmçinin, Tariyel Əkbərov Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvlüyündən xaric olunub.

Savalan Talıblı “Yeni Gundem”– ə bildirib ki , direktor həmkarını təhqir edən müəllimin birmənalı olaraq müdafiəsinə qalxıb. Əlavə olaraq Bahar Kazımovaya artıq dərs saatı verib. İyirmi il təcrübəsi olan müəllimlərin isə məktəbdə dərs saatları azalıb. Dərs saatlarının azalmasına görə direktora müraciət edən müəllimlər də töhmət alıb. Töhmətlə işdən qovulan direktor bugün dərsləri kəsilən müəllimlərə töhmət verib , işdən qovmaqla hədələyir.

Yenigündem.az Savalan Talıblının paylaşdığı statusu olduğu kimi təqdim edir :

Direktor Tariyel Əkbərov Qərbi azərbaycanlıları təhqir edən müəllimin müdafiəsinə yaman qalxıb. Facebook səhifəsində Qərbi Azərbaycana aid foto və videolar paylaşan direktor görünür özünü belə sığortalayır. Qərbi Azərbaycanı “sevən” direktordan soruşmaq lazımdır ki, bugünə qədər məktəbdə Qərbi Azərbaycana aid bir tədbir keçiribmi? Necə deyərlər, təhqir olunan müəllim əlahəzrət fakt kimi ortadadır.

Qərbi azərbaycanlıları təhqir edən müəllimə töhmət vermeyə əli qalmayan direktor Tariyel Əkbərov birnəfəsə digər müəllimlərə töhmət verir. Bu arada onu qeyd edim ki, haqqında bəhs etdiyim direktor Tariyel Əkbərov Sağlamlıq imkanları məhdud 3 saylı xüsusi internat məktəbindən qabaq Masallı rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vəzifədə çalışanda isə işində verdiyi nöqsanlara, vəzifə səlahiyyətlərini aşma və etik davranış qaydalarını pozduğuna görə rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərova ”Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini, 25.1 və 25.2.1-ci maddlərini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 və 6.8-ci bəndlərini rəhbər tutaraq intizam qaydalarına uyğun olaraq “töhmət” elan olunub. Həmçinin, Tariyel Əkbərov Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvlüyündən xaric olunub.

Əlavə fakt olaraq qeyd edim ki , adıçəkilən məktəbin direktor muavini məktəbdə bu məsələyə görə xüsusi canfəşanlıq edir. Müəllimləri məni əlehimə qaldırmağı israrla məcbur edir. Buradan həmin direktor müavininə demək istəyirəm ki , gedib direktorun ad günü üçün 20 manatdan pul yığma kampaniyasına başçılıq etsin. Hələlik çox bilib az danışıram. Məni polislə və digər qurumlarla hədələməyə cəhd eləməsin. Mən dövlətin pulunu , müəllimlərin dərs bölgüsünü yemirəm , və haqqı pozulan müəllimlərin üzünə sizin kimi asanlıqla durmuram. Vaxtı çatanda bildiklərimi də paylaşacam. Hələlik bu qədər .

Oxşar xəbərlər

Bütün xəbərlər