Xəbər lentiwidget-title-icon

Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA
Araz Paşayev Təhsil İnstitutunun direktoru təyin olunacaq? - İDDİA
Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...
Tramp administrasiyası Harvard Universitetini məhkəməyə verib
Bakıda qadın müəllim qətlə yetirilib: əri saxlanıldı - YENİLƏNİB
Məleykə Abbaszadə vəzifəsindən azad olunur? – RƏSMİ
Texnologiya Universitetinin Rektoru Yaşar Ömərov 500 manat müəllimlərdən tələbi var…
Qazaxda həmkarlar tərəfindən bayram süfrəsi açıldı
Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı...
“Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb
“Parla” təqaüd və inkişaf proqramına qoşulan tələbələrlə
Səhiyyə Nazirliyindən bayramla əlaqədar MÜRACİƏT
“Elmi etika kodeksi” təsdiqlənib
“Beş-altı universitetdən başqa, digərləri beynəlxalq rəqabətə hazır deyil”

Sabahdan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

Sabahdan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən bildirilib ki, respublikanın 33 şəhər və rayonda təşkil edilmiş imtahanda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4043 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 653 imtahan rəhbəri, 5021 nəzarətçi, 704 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi ayrılıb.

Bu gün, həmçinin Laçın, Füzuli və Zəngilan rayonlarında buraxılış imtahanı keçirilib. DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə imtahan keçirib.

İmtahanda ümumilikdə 63 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

DİM növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə DİM-in saytında tanış ola bilərlər.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (PDF formasında) isə DİM-in internet saytında müvafiq xidməti vasitəsilə ödəniş əsasında əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Oxşar xəbərlər

Bütün xəbərlər