Xəbər lentiwidget-title-icon

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI

Şəhid Ülvi Bünyadzadənin şeirlər kitabı təqdim edilib

Şəhid Ülvi Bünyadzadənin şeirlər kitabı təqdim edilib

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Lahor Dövlət Kollec Universitetində yeni yaradılmış Azərbaycan-Urdu Araşdırma Mərkəzində bir sıra görüşlər keçirib, seminarlarda məruzələrlə çıxış edib.

AMEA-dan "tehsilmedia.info" a bildirilib ki, Azərbaycan-Urdu Araşdırma Mərkəzinin ilk fəaliyyəti azərbaycanlı şair, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirlər kitabının tərcüməsi və kitab kimi nəşr edilməsi olub. Kitaba “Ön söz”ün müəllifi Lahor Dövlət Kollec Universitetinin Urdu şöbəsinin əməkdaşı Almas Khanum, şeirlərin tərcüməçisi isə Pakistanın gənc şairi Həmmad Niyazidir.

Ülvi Bünyadzadənin “Daş altında bitən çiçək” adlı şeirlər kitabının təqdimatı Azərbaycan-Urdu Araşdırmalar Mərkəzində keçirilib. Görüşdə Mərkəzin əməkdaşları və universitetin tələbələri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidi Ülvi Bünyadzadə haqqında film nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Mərkəzin direktoru, Urdu bölməsinin müdiri professor Saimə İrəm Azərbaycan-Urdu Araşdırma Mərkəzinin yaradılmasında və fəaliyyətinin dəstəklənməsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rolunu xüsusi vurğulayıb, kollektiv adından ona təşəkkürünü bildirib.

“Daş altında bitən çiçək” kitabının ideyasından söz açan Saimə İrəm şəhidlərlə bağlı tarixi kitabların ictimaiyyətə təqdim olunmasının qürurverici olduğunu qeyd edib.

Daha sonra Həmmad Niyazi kitabdakı şeirlərlə bağlı təəssüratını bölüşüb. O, bu şeirlərin pakistanlı gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində əhəmiyyətli rol oynayacağını söyləyib. Həmmad Niyazı 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin başqa şeirlərini də pakistanlı oxuculara çatdırmaq arzusunda olduğunu bildirib. O, tərcümə etdiyi şeirlərdən bir neçəsini səsləndirib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinin fəaliyyətinin belə bir kitabın təqdimatı ilə başlanmasının rəmzi məna daşıdığını söyləyib. O, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş ilk şəhidlərdən olan Ülvi Bünyadzadənin şeirlərinin fəlsəfi yükündən bəhs edib.

Azərbaycanlı alim sözünü Nazim Hikmətin belə bir fikri ilə tamamlayıb: “Tərcüməçi şairin ürəyini hissələrə ayırır və sonra onu təkrar birləşdirir. Ürək yenə həmin ürəkdir, sadəcə çatlarla. Mən şadam ki, Ülvi Bünyadzadənin ürəyi indi də urdu oxucuları üçün vuracaq”.

Lahor Dövlət Kolleci Universitetinin rektoru professor Əhməd Adnan isə çıxışında Ülvi Bünyadzadənin şeirlərinin dərin məzmunundan, öz zamanını qabaqlamasından danışıb. O, şeirlərdə Ülvinin təsvir etdiyi təbiəti gördüyünü, Vətəni üçün narahat olan gəncin həyəcanını hiss etdiyini, həyatın hər üzünü anlamaq istəyən şairin düşüncələrini izlədiyini söyləyib.

Rektor bu cür nəşrlərin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib, gələcəkdə belə kitabların təqdimatının sayının artmasını, digər şair və mütəfəkkirlərin də əsərlərinin tərcümə olunmasını arzu edib.

Tədbirin sonunda azərbaycanlı şairin doğma dilində olan şeir kitabları Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinə təqdim edilib.

Qeyd edək ki, Könül Bünyadzadə Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kollec Universiteti arasında 2022-ci ilin dekabrında imzalanmış memoranduma əsasən Lahor şəhərində elmi ezamiyyətdədir.

Oxşar xəbərlər

Bütün xəbərlər