Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

ADNSU-da Startup Bootcamp proqramı üzrə Orientasiya tədbiri keçirilib

Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzi” və "Eazi start” Startap məktəbinin təşkilatçılığı ilə Startup Bootcamp Orientasiya layihələrinin təqdimatı keçirilib.

ADNSU-dan "tehsilmedia.info"a bildirilib ki, ARİİM "Araşdırma və Təhlil” bölməsinin rəhbəri Aysel Sadıqova açılış mərasimində çıxış edərək layihənin məqsədi, təlimlərin mövzusu və startaplardan danışıb. Layihənin məqsədinin ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi olduğunu deyən A.Sadıqova innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startup üzrə biliklərinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru Rasim Abdullayev Bootcamp-ın məqsədi, hədəfləri, tələbələrin startap ideyalarına dəstək verilməsi, komandaların formalaşdırılması və bazar imkanlarının araşdırılması haqqında tələbələrə ətraflı məlumat verib. Startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləyən bu cür layihələrin əhəmiyyətindən danışan R.Abdullayev ADNSU-da əlverişli startap mühitinin olduğunu və startap ideyalarına, həmçinin bu ideyaların regional potensialının inkişafına dəstək verən hər cür şəraitin olduğunu deyib.

Gənclərin startap layihələrindən danışan "Eazi start” Startap məktəbinin koordinatoru, dosent Elviz İsmayılov Bootcamp-ın tələbələrin startap ideyalarının yaradılması və mövcud startapların təkmilləşdirilməsi baxımından xüsusi maraq kəsb etdiyini qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 1 ay davam edəcək bootcampda tələbələrdə startapçı və sahibkar düşüncənin formalaşması, düşüncə tərzi, marketinq: bazar təhlili və araşdırması, komandanın qurulması və inkişafı, biznes plan və maliyyə planı, layihələrin idarə edilməsi, dizayn və prototipləşdirmə, emosional zəka mövzularında və s. təlimlər təşkil olunacaq.

Proqram 4 həftə ərzində 8 təlim mövzusu ilə həftənin III gün 11:30-13:00 və 13:30-15:00 V gün 11:30-13:00 və 13:30-15:00 saatlarında peşəkar mentorların iştirakı ilə keçiriləcəkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər