Xəbər lentiwidget-title-icon

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
Ruminiyada Buxarest İqtisad Universiteti TƏQAÜDLÜ YAY proqramını elan edib
BMU tələbələri festivalın yekun konsertində çıxış ediblər
Elm və Təhsil Nazirliyinin əməkdaşı Heydər Əliyev zirvəsini fəth edib
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI

MDU-da Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

MDU-da Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

İyunun 14-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info"a universitetdən məlumat verilib.

Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov əlamətdar tarixi gün münasibətilə universitet kollektivini, tələbə və magistrantları təbrik edib.

Otuz il əvvəl iyunun 15-də xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən Ş.Bayramov bu önəmli tarixi hadisəni böyük qurtuluşa və tarixi Zəfərə gedən yolun başlanğıcı kimi xarakterizə edib. Bildirib ki, məhz Ulu Öndərin uzaqgörən və qətiyyətli siyasəti, titanik və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan xaosdan, sosial, iqtisadi və siyasi böhrandan, vətəndaş qarşıdurmasından və nəhayət müstəqil dövlət kimi məhv olmaq təhlükəsindən qurtulub. Dünya şöhrətli siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin idarəçilik məharəti və təcrübəsi sayəsində ictimai-siyasi sabitliyə, dinamik, dayanıqlı və hərtərəfli inkişaf yoluna qədəm qoyan Azərbaycanın beynəlxalq arenada nüfuzu artdı və müstəqilliyi dönməz surətdə gücləndi.

Milli Qurtuluş Gününün xüsusi təntənə ilə qeyd edilməsini Ümummilli Liderə sonsuz minnətdarlığın ifadəsi olduğunu bildirən rektor, müasir Azərbaycanın memarı Heydər Əliyevin əziz xatirəsini xalqımız tərəfindən daim böyük ehtiramla yad ediləcəyini söyləyib. Etibarlı və parlaq gələcəyimizə işıq salan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənclər arasında təbliğinin önəmini diqqətə çatdıran Ş.Bayramov bu baxımdan “Heydər Əliyev İli” çərçivəsində MDU-da təşkil edilən müxtəlif formatlı çoxsaylı tədbirlərin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra,15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU əməkdaşlarından Mətanət Yusifova “Azərbaycan xalqının taleyini dəyişən xilaskarlıq qayıdışı”, Gülər Əjdərzadə “Milli qurtuluşdan tarixi zəfərə aparan şanlı yol”, Ayna Babazadə “Ulu Öndər Heydər Əliyevin siyasi irsi milli sərvətimizdir”, Şəlalə Quliyeva “Azərbaycanın beynəlxalq münasibətlər sisteminin “Yol Xəritəsi”nin müəllifi: Heydər Əliyev” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Heydər Əliyev ili” çərçivəsində MDU-da müxtəlif formalı tədbirlər həyata keçirilir.

MDU-da Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

MDU-da Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

MDU-da Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

MDU-da Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər