Xəbər lentiwidget-title-icon

TəhsilPlus kartları ilə bağlı regional təhsil idarələrinin direktorları ilə görüş keçirilib
Buraxlış və qəbul imtahanları birləşdirlir?- AÇIQLAMA
Naxçıvan Təhsil Nazirliyi və bp əməkdaşlığa başlayır
Sertifikatlaşdırılma prosesinə cəlb olunacaq fənlər - SİYAHI
Naxçıvanda orta məktəbdə müəllim şagirdə TƏCAVÜZ ETDİ - Nazirlik ört-basdır etməyə çalışsa da...
Prezident Ayazın arzusunu gerçəkləşdirdi: Ailəsinə "KamAZ" hədiyyə etdi
Nazir müavini Türkmənistanda beynəlxalq olimpiadanın açılışında - Fotolar
DİM və ETN: hansı daha şəffaf, etimadlı və innovativdir?
Hicablı şagirdləri kim və niyə məktəbə qoymur?
Nazir müavini Türkmənistanda beynəlxalq olimpiadanın açılışında - Fotolar
Təhsil sistemimiz niyə bərbatdır?
Yeni geosiyasi dərslər və Azərbaycan TƏCRÜBƏSİ
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?
Günel Aslanova ATU-dan öz istəyi ilə ayrıldı
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub
Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq
Fəridun Qurbanov Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi BAŞLADI
Hicablı şagirdləri kim və niyə məktəbə qoymur?
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?
Bu universitetlərdən pedoqoji ixtisasların çıxarılması təklifi etirazla qarşılandı: "Haqsızlıqdır"
Bu universitetlərdən pedoqoji ixtisasların çıxarılması təklifi etirazla qarşılandı: "Haqsızlıqdır"
“Qazaxıstan müəllimi nüfuzdan salmaqla yox, onun sosial statusunu yüksəltməklə təhsil islahatı apardı...”-EKSPERT
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi BAŞLADI

Goranboy təhsilində nələr baş verir?

Goranboy təhsilində nələr baş verir?

Doğrusu bu sualın cavabını hələ özümüz anlamaq üçün bir neçə gün düşünməli, cərəyan edən prosesləri təkrar-təkrar gözdən keçirməli olduq. Sonunda belə başa düşdük ki, Goranboy təhsilində tabe olduqları Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən əlavə, rayonun özündə də hərə bir "patron"dur. Təhsil şöbəsinin müdiri bir ağadır, məktəb direktorları - xüsusilə də Turab Məmmədov adına Hazırəhmədli kənd orta məktəbinin direktoru Təranə Cəbrayılova da bir ağa...

"DogruXeber.az" bildirir ki, bu bizim Hazırəhmədli kənd sakini və sözügedən orta məktəbin keçmiş müəllimi Aybəniz Əliyevanın redaksiyamıza müraciəti zamanı verdiyi məlumatlardan gəldiyimiz qənaətdir.

Aybəniz xanımın sözlərinə görə onun çalışdığı məktəbdə əvvəllər təsərrüfat müdiri işləyən Neman Eminov işə düzəltmək adı ilə çox insanlardan pul alıb və vədinə xilaf çıxaraq, yığdığı külli miqdarda məbləği mənimsəyib.

Xanım bildirir ki, oğlanlarını işə düzəltmək adı ilə 9.000 (doqquz min) manat da ondan alıbmış.
Kimdir bu Neman Eminov?

Yuxarıda da qeyd etdiyimiz kimi o, 2024-cü ilin birinci yarısına qədər Goranboy rayon Hazırəhmədli kənd orta Turab Məmmədov məktəbində təsərrüfat müdiri işləyib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşadığı, həbsdən çıxandan sonra yenidən cəmiyyətə adaptasiya olmaq istədiyi, yenidən təhsil sahəsində çalışmaq istədiyi, lakin rayon təhsil şöbəsinin Xəyal Məmmədovdan əvvəlki müdirinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin keçmiş müdiri Anar Qədimaliyevin ona yalan vədlər verərək ələ saldığı barəsində bu şəxsin özünün hələ 2021-ci ildə mətbuatda dərc olunmuş müraciətləri var. Hətta, həmin müraciətin sonunda daha çox şeylər bildiyinə dair keçmiş müdir Seymur Nazarova işarə vurması, həmçinin Anar Qədimaliyevin öz bibisi oğlu Röyalı özünün sürücüsü olduğu halda, həm də Gəncə şəhər 22 saylı tam orta məktəbinə texniki şöbəyə işə qəbul etdirdiyini və Təhsil sahəsi üzrə aidiyyatı olmasa da icra başçısı Məhərrəm Quliyevin də söz sahibi olmasını xüsusi qeyd edərək, belə bir sual vermişdi.
"Mən anlamıram, VƏZİFƏLİ ŞƏXS nə qədər cinayət etməlidir ki, həmin vəzifəli şəxsi vəzifəsindən uzaqlaşdırsınlar, etdiyi cinayətə görə əməlinə hüquqi qiymət versinlər. Bu qədər özbaşnalıq olarmı..?"Haqlı və yerində verilmiş sual...

Bundan sonra ya Neman Eminovun müraciətinin əvvəlində müəllimliyi özünə şərəf bildiyi, həmçinin valideynlərinin yaşlı və xəstə olduqlarını qeyd edərək, insanların" mərhəmət damarına basma" taktikası işinə yaradı, ya Anar Qədimaliyevə vurduğu işarə, ya da təhsil şöbəsinin müdirinin dəyişməsi - Seymur Nazarovun işdən azad edilərək, yerinə Xəyal Məmmədovun gəlməsi ona düşərli oldu ki, təhsil sahəsində yenidən iş verildi.
Beləliklə Qızılhacılı kənd sakini olan Neman Eminov Hazırəhmədli kənd orta məktəbində təsərrüfat müdiri olaraq işə başladı. Amma, belə məsəl var, "huylu huyundan vaz keçməz". Yenə də çalışdı, vuruşdu, qazamata qayıtmağın yolunu tapdı.

İşə düzəltmək vədləri ilə pullarını alıb mənimsədiyi adamlar onun barəsində şikayətçi oldular və barəsində yenidən cinayət işi başlandı.
Aybəniz Əliyevanın sözlərinə görə Neman Eminov öz izahatında topladığı puldan Təranə Cəbrayılovaya da verdiyini təsdiqləyib.

Kimdir Təranə Cəbrayılova?

Əvvəl Turab Məmmədov adına orta məktəbdə direktoru əvəz edən bu xanım heç bir imtahan və müsabiqədən keçmədən artıq həmin məktəbin direktoru təyin edilib.Məlumata görə bu gənc xanımı Goranboy rayon icra hakimiyyəti himayə edir və elə icra hakimiyyətinin tapşırığı ilə də çalışdığı sahədə "sürətlə irəliləyir".

Aybəniz Xanımın vurğuladığı kimi, dələduzluqda ittiham edilən Neman Eminov yığdığı pulları Təranə Cəbrayılova ilə bölüşübsə, Təranə Cəbrayılovanın hazırda gələcəyimizi etibar etdiyimiz orta məktəbdə rəhbər vəzifədə çalışması, rayon təhsil şöbəsinin müdiri Xəyal Məmmədovun heç nə olmamış, yaxud heç nə bilmirmiş kimi davranması, Neman Eminovdan fərqli olaraq, onunla bir məktəbdə işləyən Nemanı Təranə Cəbrayılovanın "tanımıram" deməsi müəyyən şübhələr doğururYeri gəlmişkən, Aybəniz Əliyevanın sözlərinə görə Təranə Cəbrayılovanın rəhbərlik etdiyi orta məktəbdə, Sertifikasiya imtahanında 16 bal toplayan birinə sosial pedaqoq işi verilib, heç bir imtahanda iştirak etməyən musiqi müəllimi isə kitabxanaçı təyin olunub. Lakin, özü də bilmədən qeyri-rəsmi olaraq bir müddət kitabxana müdiri işləyən musiqi müəllimi indi rəsmi şəkildə Neman Eminovun yerinə təsərrüfat işləri üzrə müdür təyin olunub.

Elə bu təyinatın özü də müəyyən şübhələr doğurur.

Qeyd: Məlumatlar çox olduğundan mövzunu davam etdirəcəyik və silsiləsi şəkildə Neman Eminovu məqsədli işə qəbul etdiyi deyilən şəxslərin kimliyi, Təranə Cəbrayılovanın kimlərdən nə qədər rüşvət alaraq hansı işlərə düzəlməsində iştirak etdiyi və onu rayon icra hakimiyyətində kimin himayə etdiyi, təhsil şöbəsinin müdiri Xəyal Məmmədovun bütün bu məsələlərin harasında əsas yer tutduğu barəsində iddiaları, eləcə də Aybəniz Əliyevanın sözlərinə görə saxta əməllərini ifşa etdiyi üçün Təranə Cəbrayılovanın onu məhkəməyə verdiyi və məhkəmənin qərarı barəsində məlumatları təqdim edəcəyik.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Oxşar xəbərlər

Bütün xəbərlər