Təhsil Media
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
“Müxtəlif istiqamətlər üzrə bir çox müsabiqələr keçirilsə də, bu müsabiqə öz mahiyyəti və Azərbaycanın gələcək nəslinin tərbiyəsindəki rolu ilə xüsusi əhəmiyyət daşıyır”.
Aztəhsil.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir müsabiqə qaliblərini təbrik edərək bildirib ki, Ulu Öndərin adını daşıyan belə bir müsabiqənin qalibi olmaq onların həyat boyu fəxr edəcəkləri mühüm nailiyyətdir:
“Bu nailiyyəti əldə etdiyinizə görə hər birinizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, bu uğur sizin Azərbaycanın gələcək inkişafına töhfə verən vətəndaş kimi formalaşmağınızda mühüm rol oynayacaq”.
Emin Əmrullayevin sözlərinə görə, 20 ildən çoxdur ki, keçirilən müsabiqə Azərbaycan təhsilinin ənənəvi layihələrindən birinə çevrilib. Nazir müsabiqənin təşkilində iştirak edən Yeni Azərbaycan Partiyasına, eləcə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına təşəkkürünü ifadə edib.
Nazir vurğulayıb ki, müsabiqənin əsas məqsədi Ümummilli Liderin ideyalarını, milli kimlik, milli ideologiya, təhsil, iqtisadiyyat və dövlətçiliklə bağlı fikirlərini gənc nəsil arasında təşviq etməkdir.
Onun sözlərinə görə, təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri şagirdlərə bilik və bacarıqlar qazandırmaqdırsa, digər mühüm məqsəd onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşdırılmasıdır:
“Yeni nəslin milli ideoloji mühitdə inkişafına töhfə vermək baxımından Ulu Öndərin irsinin öyrənilməsi olduqca vacibdir”.
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
"Artıq bir gündür ki, birinci sinfə elektron qəbul başlayıb və yüz minə yaxın uşaq qeydiyyatdan keçib”.
Aztəhsil.az xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu, ciddi bir göstəricidir. Yüz minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib.
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin istehsalat təcrübəsinə cəlb olunması məqsədilə “SOCAR Downstream Management” MMC-nin tərəfdaşlığı ilə “Peşədən İstehsalata Körpü” (PİK) adlı yeni layihəyə start verilir.
Aztəhsil.az xəbər verir ki, yeni təşəbbüsün əsas məqsədi peşə təhsili alan tələbələrə nəzəri biliklərini real istehsalat mühitində tətbiq etmələri üçün şərait yaratmaq, onların praktiki bacarıqlarını inkişaf etdirmək və əmək bazarına səriştəli kadr olaraq hazırlamaqdır.
Razılaşmaya əsasən, elektrik, avtomatika və torna-frezer ixtisasları üzrə təhsil alan tələbələrin müvafiq istehsalat sahələrində təcrübə proqramına cəlb olunması nəzərdə tutulur. Tələbələr müasir sənaye prosesləri ilə yaxından tanış olmaq və real iş mühitində peşə vərdişlərini təkmilləşdirmək imkanı əldə edəcəklər.
EATDA-nın direktoru THE sammitində çıxış edib
“Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetləri Sammiti” İtaliyanın Milan şəhərində öz işinə başlayıb.
Aztəhsil.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova sammit çərçivəsində təşkil olunan “Məzunların məşğulluğuna yeni baxış” adlı panel sessiyada çıxış edib.
Çıxış zamanı sözügedən istiqamətlər üzrə icra olunan pilot layihələr, universitetlərin SABAH qruplarında sahibkarlıq modulunun tədrisi, həmçinin Yüksək Texnologiyalar Parkında yaradılması planlaşdırılan texnoloji transfer mərkəzləri və innovasiya ekosistemi üzrə nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib.
Sessiyada həmçinin ali təhsildə məşğulluq anlayışının strateji yanaşmalar əsasında formalaşdırılması, tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və işəgötürənlərlə əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Direktorlar üçün adaptasiya proqramına START verilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən yeni təyin olunan ümumtəhsil müəssisələrinin direktorları üçün adaptasiya proqramına start verilib.
Aztəhsil.az xəbər verir ki, proqramın məqsədi yeni təyinat alan direktorların idarəetmə bacarıqlarını formalaşdırmaq, təhsil qanunvericiliyinin düzgün tətbiqini təmin etmək, məktəbdaxili proseslərin səmərəli təşkili üzrə biliklərini artırmaq, həmçinin liderlik və qərarvermə bacarıqlarını inkişaf etdirməkdir.
Proqramın açılış tədbirində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, yeni təyin olunan məktəb direktorları, onlara kurator kimi təyin edilən təcrübəli direktorlar və təlimçi qismində fəaliyyət göstərəcək əməkdaşlar iştirak ediblər.
Açılış tədbirində çıxış edən idarə müdiri Elçin Kərimov adaptasiya proqramının əhəmiyyətindən bəhs edərək qeyd edib ki, yeni təyin olunan direktorların fəaliyyətə daha hazırlıqlı başlaması, idarəetmə sahəsində bilik və bacarıqlarının gücləndirilməsi ümumi təhsil müəssisələrində səmərəli idarəetmənin təmin olunmasına xidmət edir. O bildirib ki, proqram çərçivəsində iştirakçılar təhsil sahəsində normativ-hüquqi sənədlərlə işləmək, məktəbdaxili idarəetməni düzgün qurmaq, kollektivlə effektiv ünsiyyət və liderlik bacarıqlarını inkişaf etdirmək istiqamətində praktiki biliklər əldə edəcəklər.
Proqram çərçivəsində ilk təlim Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara təhsil sistemi və idarəetmə strukturu, ümumtəhsil müəssisələrində idarəetmənin əsas prinsipləri, həmçinin “Dövlət ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı barədə ətraflı məlumat verilib.
Bundan əlavə, təlim çərçivəsində məktəbdaxili idarəetmənin səmərəli təşkili, təhsil müəssisələrində planlaşdırma və hesabatlılıq mexanizmləri, müəllim və şagird kontingentinin düzgün idarə olunması, eləcə də rəhbərlik fəaliyyətində şəffaflıq və məsuliyyət prinsiplərinin tətbiqi ilə bağlı müzakirələr aparılıb. İştirakçılar həmçinin praktiki situasiyalar üzərində fikir mübadiləsi apararaq qarşılaşa biləcəkləri idarəetmə məsələlərinin həlli yolları barədə məlumat əldə ediblər.
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
Süni intellekt təkcə Azərbaycanda deyil, bütün dünya üçün vacibdir. Bu, hər kəs üçün yeni bir şeydir. Biz hamımız birlikdə nələr edə biləcəyimizi araşdırmağa çalışırıq.
Aztəhsil.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin direktoru Yasser Alaki deyib.
​"Biz bu sahədə hər hansı təşəbbüsü dəstəkləyirik. Beləliklə, əgər Azərbaycan şirkətləri süni intellektlə bağlı bəzi təşəbbüslər və ya proqramlar üzərində işləyirlərsə, biz maliyyə nöqteyi-nəzərindən dəstək verməyə hazırıq”, - deyə o əlavə edib.
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində Bakı, Mingəçevir, Ağdam və Xankəndidə yerləşən məktəblərdə təlimlər təşkil
Aztəhsil.azxəbər verir ki, məktəblərdə layihəyə cəlb olunan şagirdlər üçün “Etiket qaydaları”, “Məktəbdənkənar sosial fəaliyyətlərin təşkili və effektiv idarə olunması”, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi”, “Uşaqların zərərli informasiyadan qorunması və təhlükəsiz informasiya mühitinin formalaşdırılması”, “Milli geyim və moda mədəniyyəti”, “Milli xalq oyunları və şagirdlər arasında keçirilməsi” mövzularında maarifləndirici təlimlər keçirilib.
Təlimlər çərçivəsində şagirdlər arasında müxtəlif milli oyunlar təşkil olunub, onların asudə vaxtlarının səmərəli təşkili və milli irsin təbliği istiqamətində praktiki fəaliyyətlər həyata keçirilib.
Təlimlər Bakı şəhərində 156 və 199 nömrəli tam orta məktəblərdə, Mingəçevir şəhərində Səməd Vurğun adına 16 nömrəli və Noel Ahəngari adına 13 nömrəli tam orta məktəblərdə, Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində, Xankəndi şəhərində isə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə keçirilib.
Universitetlərdə dərslər DAYANDIRILIR
Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrində tədris distant formada keçiriləcək. Elm və təhsil naziri Emin Əmrullayev Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı Əmr imzalayıb.
Redaktor.az-ın xəbərinə görə, Lakin bəzi tələbələr “Qafqazinfo”ya müraciət edərək təhsil aldıqları universitetlərdə tədrisin ənənəvi qaydada davam etdiriləcəyini bildiriblər. Onların sözlərinə görə, rəhbərlik tərəfindən bu qaydanın paytaxtın kənarda yerləşən ali məktəblərinə şamil edilməyəcəyi barədə xəbərdarlıq edilib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bu gün “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Redaktor.az “Qafqazinfo”ya istinadla verir ki, əvvəlcə dövlət himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin 20 ildən artıqdır Azərbaycanda Heydər Əliyev irsinin gənclər arasında təbliği və öyrənilməsində xüsusi rol oynadığını vurğulayıb.
O bildirib ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən və Azərbaycan dövlətini böyük inkişaf mərhələsinə çatdıran Prezident İlham Əliyevin də gənclərə tövsiyəsi Ulu Öndərin vəsiyyətinə əməl edərək ən müasir biliklərə yiyələnməkdir.
Elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin Azərbaycanın köklü və ənənəvi təhsil müsabiqələrindən birinə çevrildiyini deyib. Nazir qeyd edib ki, Heydər Əliyevin irsinin öyrənilməsi, onun fikir və ideyalarının yeni nəsil arasında təbliği olduqca vacibdir.
YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sözlərinə görə, ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi və vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Unutmayaq ki, insan kapitalının formalaşmasında, təhsil və əmək bazarı münasibətlərinin formalaşmasında ilkin və ən vacib addım  səmərəli  peşəyönümü işi, düzgün  peşə seçimidir...”
“İndi Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin Məşğulluq Agentliyi qismən həmin işlə məşğuldur,  amma bu, kifayət deyil...”
“ETN 10 il ərzində bizim QHT-nin  heç bir təşəbbüsünü  dəstəkləmədi, layihələrə  kömək etmədi, amma  dövlət  büdcəsi  hesabına verilən qrantları da ənənəvi olaraq dost-tanışın mənasız layihələrinə hədiyyə etdi...”
“Xəbər verildiyi kimi, DİM sədri  Məleykə Abbaszadə "ASAN Radio"ya belə bir açıqlama verib:
“Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər...”
DİM sədrinin sözlərinə görə, gülməli, bəlkə də ağlamalı vəziyyətdir ki, riyaziyyat üzrə ilkin imtahanda aşağı nəticə göstərənlər belə birinci ixtisas qrupunu seçirlər. Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir...”
Siz bu məsələyə necə baxırsız, probelmin səbəblərini və çıxış yolunu nədə görürsüz?”
Bu sualla müraciət etdiyimiz  tanınmış təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti,  “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin rəhbəri İlham Əhmədov Moderator.az-a açıqlamasında Azərbaycanda  abituriyentlərin ixtisas seçimi  problemləri ilə bağlı aşağıdakı fikir və mülahizələri ifadə edib:
“Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi və bunun nəticələri səmərəsizdir, çox  bərbad haldadır. Çünki uzun illərdir ki, məktəblərdə peşəyönümü, peşə maatiflənməsi, peşə seçimi üzrə uşaqlarla, demək olar ki, heç bir  iş  aparılmır. Uşaqlar sanki gözübağlı şəkildə peşə və ixtisas seçirlər. Bu işlə peşəkar  məşğul olan mərkəzlər yox həddindədir.
Sovet vaxtı bu məsələlər daha yaxşı təşkil edilmişdi. İndi Əmək və Əhalinin Sosiaı Müdafiəsi Nazirliyinin(ƏƏSMN) Məşğulluq Agentliyi qismən həmin işlə məşğuldur,  amma bu, kifayət deyil, həm də bu iş elmi səviyyədən çox uzaqdır. Onlar əsasən işsiz vətəndaşlar və yenidən peşə seçənlərıə işləyirlər. Məktəb şagirdləri onları çox da maraqlandırmır.   Elm və Təhsil Nazirliyi isə həmişəki kimi,  kənardan baxır problemlərə... Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) yaradılana qədər, yəni sovet dönəmində abituriyentlər hökmən sənəd verdikləri ali məktəbdə  peşəyönümü müsahibəsindən keçməli idilər. Bu yaxşı ideya idi, amma bizdə  çox  pis təşkil edilmişdi. Belə müsahibəni psixoloq və peşəyönümü üzrə mütəxəssislər,  xüsusi metodika ilə aparmalı idilər. Bizim reallıqda isə bunu fakultə dekanları  edirdi, çox narazılıqlar yaranırdı.  Belə narazılıqları həll etmək üçün 1992-ci ildə, bu məsələlərlə məşğul olan bir firma açdım.  Təşəbbüs mənim idi. Təsisçi isə işlədiyim universiteti seçdim. Çünki o vaxt Nazirlər Kabinetinin qərarı var idi, ali məktəblərdə  elm-təhsil yönümlü  şirkətlər yaratmaq tövsiyə edilirdi (indi buna “spin- off”  və ya “kiçik innovativ firma” da deyilir). Bizim firma peşə diaqnostikası işiləri aparırdı. Bu məqsədlə xüsusi  “elektron psixodiaqnostika testləri” hazırlamışdıq.  Abituriyent kompüter testinə cavab verməklə, hansı peşələrə nə dərəcədə meyl və marağının olmasını təyin edə bilirdi, cavab printerdə çap edilirdi. Daha sonra abituriyent bu cavabla dekanla peşəyönümü müsahibəsinə gedirdi...
1992-ci ildə biz  bir neçə texnikum  və ali məktəbdə  belə  elektron peşə diaqnostika  xidmətləri təşkil etmişdik (qiyabi şöbəyə sənəd qəbulu gedirdi həmin aylarda).  2 ay sonra TQDK yarandı,  yeni  qəbul qaydaları tətbiq edildi, qəbul imtahanları testlə aparılmağa başlanıldı.  Yeni qaydalarda  peşəyönümü işi  daha  yox idi.  Sonralar buna bir daha qayıdış olmadı... 2003-cü   ildə ƏƏSMN-nin sifarişi ilə biz bu yöndə daha mükəmməl  bir  ekspert sistemi yaratdıq: “TUSİ_PROFİ”  adlı.  Həqiqətən, hamı çox bəyənmişdi bunu: sifarişçi təçkilat da, istifadəçilər də. Bu sistem ölkəmiz üçün o vaxt bir innovasiya idi, digər ölkələrdə olan analoji sistemlərdən daha mükəmməl və dəqiq idi. Sistem  testlər əsasında gənclərə daha düzgün  peşə seçməyə imkan verirdi.  Bu testlər bir müddət  ƏƏSMN saytında sərbəst istifadə üçün yerləşdirilmişdi. Sonralar sayt yeniləndi və yeni saytda bu  sistem daha olmadı...
Təəssüf ki, heç vaxt, heç bir dövlət qurumu bizə bu məsələlərdə dəstək vermədi, işlərimiz davamlı olmadı. Bu işi elmi əsaslarla, ciddi tədqiqatlara əsaslanaraq qurmaq lazımdır.  Təəssüf  ki, bir çox məsələlər indi  bu sahədə kor-təbii edilir. Bu səbəblərdən də abituriyentlərin ixtisas seçimi obyektiv, sistemli və elmi əsaslarla yox, təsadüfi və ya “təki tələbə olum, sonrasına baxarıq” prinsipi ilə həyata keçirilir... Çox vaxt da  özünü “ekspert” adlandıranlar abituriyentlərə bu məsələdə pullu xidmətlər göstərir, “məsləhət”lər verirlər, amma bu kortəbii olduğu üçün  faydasız olur. Nəticədə abituriyentlər çox vaxt sevmədiyi ixtisasa qəbul olunur və yaxşı mütəxəssis ola bilmir...
Bu sahədə fəaliyyəti 0-dan başlayaraq yenidən qurmaq lazımdır, hələ çox işlər görülməlidir.  Bu işlə sistemli və davamlı məşğul olan qurumlar yaradılmalıdır. Bizim  zaman-zaman müəyyən təkliflərimiz olub bu sahədə. Amma respublikada bu məsələləri müzakirə edib, çıxış yolu tapmaq üçün rəsmi bir  mərkəz, qurum yoxdur ki, onlarla görüşüb ciddi müzakirələr aparaq...
Mən 2016-cı ildə  bu məsələlərlə məşğul olan bir QHT də təsis etdim: “ Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyi adında. İndiki zamanda, təbii ki, ictimai əsaslarla ciddi heç nə etmək mümkün deyil.  Amma ETN 10 il ərzində bizim QHT-nin  heç bir təşəbbüsünü  dəstəkləmədi, layihələrə  kömək etmədi, amma  dövlət  büdcəsi  hesabına verilən qrantları da ənənəvi olaraq dost-tanışın mənasız layihələrinə hədiyyə etdi...
QHT agentliyi isə hərdən cüzi qrantlar verir, amma belə  cüzi maliyyə dəstəyi yalnız  məktəblərdə epizodik olaraq   maarifləndirici söhbətlər aparmağa çatır. Ciddi problemləri dərindən araşdırmağa və  səmərəli, elmi həllər təklif etməyə bunlar kifayət deyil.  Hal –hazırda mövcud elmi  nailiyyətlər əsasında, beynəlxalq təcrübədən də faydalanaraq, süni intellekt əsaslı peşə seçimi sistemi qurmaq  istəyirik. Bu layihəyə dövlət dəstəyi və ya sponsor köməyi olarsa, bu  problem  1-2  ilə yüksək səviyyədə  həll edilə bilər. Bu həm də xüsusi istedadlı uşaqlarla iş üçün əhəmiyyətli olacaqdır.   Yəni, bu iş dövlət səviyyəsində həll edilməli məsələdir...