Məktəblər - Təhsil Media
Ana hüquqları və uşaq təhsili: Bir məhkəmə çəkişməsinin acı gerçəkləri
Biləsuvar məktəbinin direktoru uşağın şəxsi işini vermir- Təhsil Nazirliyi isə susur.
Azərbaycanın bir çox bölgəsində ailə mübahisələri yalnız ailə üzvlərinin deyil, uşaqların da taleyini müəyyənləşdirir. Səringül Hüseynovanın hekayəsi də belə bir hadisədir. O, illərdir ki, keçmiş həyat yoldaşı Şamxal Həziyev ilə bağlı həm məhkəmə, həm də idarəetmə orqanları qarşısında ədalət axtarır.
Səringül xanımın iki övladı var. Boşanma qərarından sonra uşaqların ananın himayəsində qalması barədə məhkəmə qərarı çıxarılıb. Lakin sonradan Şamxal Həziyev cinayət məsuliyyətinə cəlb olunarkən, məhkəməni aldatmaqla, uşaqları öz himayəsinə götürməyə nail olub. Məqsədi isə, uşaqların atalıq himayəsində olduğunu göstərərək daha yüngül cəza almaq idi. Nəticədə, ana uşaqlarından məhrum olub, uşaqlar isə illərlə psixoloji və fiziki təzyiq altında yaşayıblar.
Səringül Hüseynovanın iddialarına görə, Şamxal Həziyev uşaqlara qarşı fiziki və mənəvi zorakılıq edib, qızını evdə məişət işlərinə və ikinci arvadından olan uşaqlara baxmağa məcbur edib, oğlunu isə azyaşlı olmasına baxmayaraq nənəsinin işlədiyi kafedə işləməyə göndərib, həmçinin özü ilə aparıb onu tarlada işlədib. Bu şiddət və təhqir halları barədə dəfələrlə polis orqanlarına və yerli icra hakimiyyətinə müraciətlər edilsə də, nəticə gecikib, uşaqlar uzun müddət psixoloji və sosial təzyiq altında qalıb.
2025-ci ilin yayında ana ata evində stres keçirtmiş 11 yaşlı qızını Biləsuvar rayonundan Bakıya gətirərək müalicə etdirmiş, həmçinin Sabunçu rayonunda məktəbə yerləşdirib. Lakin burada da böyük bir hüquqi baryerlə qarşılaşıb: Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli məktəbin direktoru avqust ayından bu günədək uşağın şəxsi işini təqdim etməkdən imtina edib. Direktorun arqumenti belə olub ki, “uşaqların atanın himayəsində olması barədə məhkəmə qərarı var” və “atanın icazəsi olmadan sənədi verə bilmərik.” Halbuki Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu və Təhsil Nazirliyinin 13.07.2022-ci il tarixli F-438 nömrəli əmri açıq şəkildə bildirir ki: “Şagirdin yaşayış yeri və məktəbi dəyişdikdə, onun şəxsi işi valideynin və ya qanuni nümayəndənin müraciəti əsasında yeni məktəbə verilməlidir.” Bu norma uşağın təhsil hüququnun toxunulmaz olduğunu təsdiqləyir.
Heç bir məktəb direktoru və ya icra hakimiyyəti əməkdaşı valideynlər arasındakı mübahisəyə əsaslanaraq uşağın təhsil sənədlərini saxlaya bilməz. Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli məktəbin direktoru isə özünü sanki məhkəmə icraçısı kimi apararaq, 2020-ci ildə uşağın atada qalmasına dair məhkəmə qətnaməsinə istinad edib, heç bir tədbir görmədən vəziyyəti dondurub, qanun pozuntusuna yol verərək, uşağın təhsil prosesini süni şəkildə əngəlləmişdir.
Direktor qanunla müəyyən edilmiş vəzifəsini yerinə yetirmək əvəzinə, məhkəmə qərarının icrasını bəhanə gətirərək, uşağın təhsil hüququnun pozulmasına bilavasitə şərait yaradıb. Uşağın artıq iki aydan çoxdur Bakı şəhərində təhsil almasına baxmayaraq, direktor bu barədə nə Təhsil Nazirliyinə, nə də Şirvan-Salyan Regional Təhsil İdarəsinə məlumat verməmiş, öz rəhbərlik etdiyi məktəbdə uşağın faktiki olaraq təhsildən kənarda qalmasına göz yummuşdur. Bu, həm Təhsil haqqında Qanunun 5.4 və 30.1-ci maddələrinin, həm də Konstitusiyada təsbit edilmiş təhsil hüququnun açıq pozuntusudur.
Direktor bu qanuni normanı bilərəkdən və məqsədli şəkildə pozaraq, uşağın şəxsi işinin təqdim edilməsini əsassız şəkildə ləngidir. O, öz vəzifə səlahiyyətlərindən kənara çıxaraq, qanunla müəyyən edilməmiş və şəxsi mülahizələrə əsaslanan bəhanələrlə prosesi süni şəkildə uzadır. Hər dəfə müxtəlif və bir-birinə zidd bəhanələr gətirir- guya atanın icazəsi yoxdur, guya məhkəmə qərarı var, hətta “uşağın atası deyib ki, sənəd verilsə, məktəbi dağıdacağam” kimi əsassız iddiaları irəli sürür. Bu davranışlar qanunvericilikdə nəzərdə tutulmayıb və tamamilə özbaşına, subyektiv qərar kimi qiymətləndirilməlidir.  Nəticədə uşağın təhsil hüququ kobud şəkildə pozulub, onun yeni məktəbdə sənədlərinin rəsmiləşdirilməsi mümkünsüz hala gətirilib. Bu həm uşağın, həm də ananın hüquqlarına qarşı açıq sayğısızlıqdır.
Məktəb direktoru nəzərə almır ki, artıq Səringülün qızının 11 yaşı var və Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, bu yaşda uşaq özü qərar verə bilər ki, hansı valideynin yanında yaşamaq istəyir, Səringülün qızı isə anası ilə yaşamaq istəyini artıbildiribdir. Həmçinin Səringülün məhkəmədə qaldırdığı iddianın təmin olunma ehtimalı da yüksəkdir, çünki qəyyumluq komissiyasının mövqeyi və faktiki yaşayış şəraiti bu qərarı dəstəkləyir. Bundan əlavə, müvafiq elektron təhsil sisteminə daxil olmuş məlumatlardan da aydın görünür ki, uşaq artıq Bakı şəhərində yerləşən ümumi təhsil məktəbində oxuyur. Bütün bu faktları görə-görə sənədin verilməsini ləngitmək yalnız qanunsuz deyil, həm də uşağın təhsil hüququnun pozulmasının davam etdirilməsidir.
Bu məsələnin həlli üçün Səringül Hüseynova dəfələrlə Bakıdan Biləsuvar şəhərinə gələrək məktəb direktoru ilə şəxsən görüşmüş, vəziyyəti izah etmiş və uşağın şəxsi işinin verilməsini xahiş etmişdir. Lakin məktəb direktoru problemi həll etmək əvəzinə sanki uşağın atasının vəkili kimi davranmış, onun mövqeyini müdafiə edərək sənədləri təqdim etməkdən imtina etmişdir.
Belə davranış məktəb rəhbərliyinə yaraşmayan, həm pedaqoji etika, həm də “Təhsil haqqında” Qanunun müddəalarının tələblərinə zidd bir haldır. Məlum deyil ki, dövlət təhsil müəssisəsinin rəhbəri hansı motivlərlə və ya kiminsə təsiri altında uşağın atasının açıq-aşkar qanunsuz tələblərini yerinə yetirməyə üstünlük verir. Bu hərəkət həm uşağın, həm də ananın hüquqlarının pozulmasının davam etməsinə səbəb olmuşdur.
Sənədlərin verilməməsi səbəbindən uşaqda psixoloji gərginlik yaranıb, o, təhsil prosesində qeyri-müəyyənlik və stress içində qalıb. Direktorun bu davranışı uşağın sosial uyğunlaşmasına və tədris davamlılığına zərbə vurub. Belə hərəkətlər “Təhsil haqqında” Qanunun 5.1, 5.4, 14.17-1, 14.19, 30.1 və 30.9-cu maddələrinin, həmçinin Ailə Məcəlləsinin 49 və 51-ci maddələrinin tələblərinin açıq şəkildə pozulmasıdır. Direktorun bu mövqeyi həm hüquqi, həm də etik baxımdan yolverilməzdir, çünki o, bir dövlət təhsil müəssisəsinin rəhbəri olaraq uşağın təhsil hüququnun qorunması əvəzinə onun qarşısında əsas maneəyə çevrilib.
Maraqlıdır ki, Səringül Hüseynova bu məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə də müraciət edib. Hətta idarənin hüquqşünası ilə dəfələrlə əlaqə saxlanılıb, lakin bu günə qədər heç bir real tədbir görülməyib. Nəticədə, məktəb rəhbərliyinin qanunsuz hərəkətləri davam edir, uşaq isə sənədlərin verilməməsi səbəbindən təhsil prosesində rəsmi qeydiyyatsız vəziyyətdə qalır.
Ana, həmçinin əvvəllər AR CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş keçmiş həyat yoldaşının barəsində böhtan və təhqir cinayəti ilə bağlı xüsusi ittiham qaydasında şikayət verib. Şamxal Həziyevin AR CM-nin 147 və 148-ci maddələri (böhtan və təhqir) üzrə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Eyni zamanda, uşaqların atadan alınaraq anaya verilməsi tələbi üzrə mülki qaydada məhkəmə baxışı da davam edir. Artıq qəyyumluq və himayəçilik komissiyasının da mövqeyi bəllidir.
Təbii ki, uşaqların ananın himayəsində qalması onların mənafeyinə daha uyğun hesab edilməlidir. Ana, uşaqların qayğısını və gündəlik ehtiyaclarını təmin etməklə yanaşı, onların psixoloji vəziyyətini də sabitləşdirib, təhsil və sağlamlıq məsələlərinə xüsusi diqqət yetirir. Atanın isə uzun müddətdir uşaqlarla maraqlanmaması, onların tərbiyəsinə və sosial inkişafına biganə qalması bu qərarın zəruriliyini bir daha təsdiqləyir. Bu baxımdan, həm Ailə Məcəlləsi, həm də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəaları tələb edir ki, uşaqlara dair bütün qərarlar onların ali mənafeyi prinsipi əsasında qəbul edilsin.
Bu hadisə tək bir ailənin problemi deyil. Bu, sistemli hüquqi boşluqların, təhsil strukturlarındakı özbaşınalığın və uşaqların hüquqlarının qorunmasında passivliyin bariz nümunəsidir. Bir tərəfdə qanunsuz hərəkət edən ata, digər tərəfdə qanunu tanımayan məktəb rəhbərliyi, üçüncü tərəfdə isə səssiz qalan regional idarə…
Əslində, bu cür hallarda dövlət orqanlarının dərhal müdaxilə etməsi, uşağın hüquqlarını qoruması və təhsilinin fasiləsizliyini təmin etməsi vacibdir.
Səringül Hüseynovanın işi təkcə fərdi ədalət axtarışı deyil- bu, uşaqların və anaların hüquqlarının sistemli şəkildə qorunması zərurətinin səsidir. Uşağın təhsildən məhrum edilməsi, valideynlər arasındakı mübahisələrdən asılı olmamalıdır.
Hər bir dövlət qurumu- məktəb, təhsil idarəsi qanunu icra etməli, şərh etməməlidir.
Redaksiya qeydi: Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə və Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu göndərilib. Cavab daxil olduqda, məlumat yenilənəcək.
Eks-deputatdan Emin Əmrullayevlə bağlı şok yazı: milyonlar mehdiyevçilərə niyə verilib?
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təhsilinə zərrə qədər fayda verməyən “Yuva” Feminist təşkilatına milyonlarla manat qrant vəsaiti bağışlayıb.
Bu təşkilat qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən külli miqdarda maliyyə vəsaitləri əldə ediblər. Həmin dəstəyə cəlb olunan şəxslərin əldə etdikləri iri məbləğlər təxribatçılıq xarakterli materialların hazırlanmasına və tədbirlərin təşkilinə sərf edilib. Təkcə ötən il Elm və təhsil nazirliyi bu Feminist təşkilata qrant layihəsi adı ilə 102 min manat pul verib.
Nəzərə almaq lazımdır ki, nazirlik bu təşkilatı 2016-cı ildən himayə edir. Ötən ilin dekabrında araşdırmalar zamanı məlum dəstənin layihələrlə əlaqəli əldə etdikləri təxmini 700000 manat dəyərində maliyyə vəsaitləri, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib.
Elm və təhsil nazirliyi müəllimlər üçün heç bir əhəmiyyəti olmayan “təlimlər” keçirən “Savad” Məhdud Məsuliyyətli Cəmiyyətə ildə təxminən 1 milyon manatdan çox vəsait ayırır. Bu təşkilatın rəhbəri Məhəbbət Vəliyeva Ramiz Mehdiyevin ən yaxın adamlarından biridir. “Savad” təlimçiləri müəllimlərin istirahət hüququnu kobud şəkildə pozurlar. Belə ki, hər həftənin altıncı və bazar günləri axşam saatlarında müəllimləri nazirliyin adından təhdid edərək lazımsız təlimlərə cəlb edirlər.
2013-cü ilin Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayının gedişatında Ramiz Mehdiyev tanınmış bir professor pedaqoqun adını çıxışçılar siyahısından silərək həmin bu Məhəbbət Vəliyevanın adını yazmışdı. Şübhəsiz ki, Məhəbbət Vəliyeva qurultaya hazır konspektlə gəlmişdi.
Məhəbbət Vəliyeva həm də Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq - Qərb” nəşrriyyatına iri məbləğdə pulların verilməsinə vasitəçilik edir və faktiki olaraq bu nəşriyyatın şəriklərindən biridir.  Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC qalib elan edib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödəyib.
2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb”lə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.
İstər feministlər, istərsə də R.Mehdiyevin oğlu və yaxın adamlarının sümürdüyü milyonların harada və nəyə xərclənməsinin izinə düşülməlidir.
BAĞÇALARDA GƏRGİNLİK ARTIR: SƏNƏD TƏLƏBLƏRİ TƏRBİYƏÇİLƏRİ ÇIXMAZDA SAXLAYIR
Son günlər ölkənin bir çox məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi və müəllimlərdən aldığımız məlumatlar göstərir ki, bağçalarda iş yükü süni şəkildə artırılmaqda davam edir. ARTİ və Təhsil Nazirliyi tərəfindən tez-tez yeni sənədləşmə formaları, gündəlik hesabatlar və əlavə qeydiyyat tələblərinin tətbiqi tərbiyəçilər arasında ciddi narazılığa səbəb olub.
Tərbiyəçilər bildirirlər ki, tələblər təqdim olunur, lakin həmin sənədlərin necə hazırlanmalı olduğuna dair heç bir aydın təlimat, nümunə və ya təlim verilmədən onların icrası tələb edilir.
“Sənəd var, izah yoxdur”
Müəssisələrdən daxil olan şikayətlərə əsasən, hər gün fərqli formada yeni sənədlər tələb olunur. Lakin bir çox hallarda yerli idarəedici qurumların özləri də həmin sənədlərin necə hazırlanmalı olduğuna dair dəqiq məlumat vermirlər. Bu isə tərbiyəçi və müəllimlərin iş mühitində çaşqınlıq, psixoloji gərginlik və əlavə vaxt itkisinə səbəb olur.
Tərbiyəçilər qeyd edir:
“Nəyi necə yazmalı olduğumuzu öyrədən yoxdur. Sadəcə tələb edirlər.”
Əlavə yükə əlavə əməkhaqqı verilmir
Tədris prosesi davam etdiyi halda sənədləşmə yükünün artması tərbiyəçiləri işdən sonra evdə belə uzun müddət sənəd hazırlamağa məcbur edir. Bütün bunlar isə əlavə iş kimi qiymətləndirilsə də, heç bir maddi qarşılıq təmin edilmir.
Sahə üzrə mütəxəssislər bildirir ki, dövlət standartları və əmək qanunvericiliyinə görə əlavə iş yükü əməkhaqqında əks olunmalıdır.
Təlimlər formal xarakter daşıyır
Son illərdə ARTİ tərəfindən keçirilən təlimlərin çoxluğu ilə yanaşı, onların praktik tətbiq baxımından səmərəsizliyi də qeyd olunur. Tərbiyəçilər deyirlər ki, keçilən təlimlərin heç biri real tələb olunan sənədləşmə prosedurları ilə üst-üstə düşmür.
“Təlim var, amma tətbiq yoxdur. Öyrətmədən tələb etmək düzgün deyil.” – deyə tərbiyəçilər bildirir.
Tehsilmedia.az olaraq təklif edirik ki,
1. Hər tələb olunan sənədlə bağlı rəsmi nümunə forması hazırlanmalı, bütün bağçalara təqdim olunmalıdır;
2. Qısa və aydın video-təlimatlar hazırlanıb paylaşılmalıdır;
3. Təlimlər formal şəkildə deyil, praktiki yönümlü və tətbiqə əsaslanan formatda təşkil olunmalıdır;
4. Əlavə sənəd işi əlavə əməkhaqqı ilə təmin edilməlidir.
Əsas məsələ: Uşağın inkişafı arxa plana keçməməlidir
Təhsil mütəxəssisləri xəbərdarlıq edirlər ki, bağçalarda sənəd yükünün artması uşaqla işin keyfiyyətini azaldır, tərbiyəçinin bütün vaxtını kağız işləri alır və nəticədə məktəbəqədər təhsilin mahiyyəti – uşağın sosial, emosional və yaradıcı inkişafı – arxa plana keçir.
Nəticə
Uşaq bağçası sənəd dövriyyəsi mərkəzi deyil. Tərbiyəçilərin əsas işi uşaqdır. Buna görə də, hər hansı yeni sənəd və ya hesabat tələb olunmazdan əvvəl:
Əvvəl öyrədilməli, sonra tələb edilməlidir.
MÜƏLLİMİ YAŞA GÖRƏ DƏYƏRLƏNDİRMƏK DÜZGÜN DEYİL
Son zamanlar sosial mediada və bəzi müzakirələrdə belə fikirlər səslənir ki, guya yaşlı müəllimlər daha çox şiddətə meyilli olurlar və onların gənc müəllimlərlə müqayisədə pedaqoji davranışları geri qalır. Halbuki bu yanaşma həm reallığa uyğun deyil, həm də təhsildə doğru istiqamət deyil.
Tehsilmedia.az qeyd edir ki, əvvəla, gənc müəllimlərin və ümumiyyətlə bu günkü gənclərin yaşadığı sosial, psixoloji, iqtisadi təzyiqləri nəzərə alsaq, onların da bəzən daha aqressiv, daha həssas və daha tez yorulan olması təəccüblü deyil. Gənc müəllimlərlə cəmiyyətdəki gənclər arasında fərq yoxdur – onlar eyni sosial mühitdən gəlirlər, eyni çətinlikləri yaşayırlar. Sadəcə universitetdə müəllimlik ixtisası oxumaları onları avtomatik olaraq daha səbirli və ya daha metodik etmir.
Digər tərəfdən, dünya təcrübəsində tez-tez vurğulanan “gənclər daha çox metod bilir” fikri də bizim reallığımıza tam uyğun gəlmir. Çünki ölkəmizdə universitetlərdə metodika fənni, demək olar ki, formal xarakter daşıyır. Bu sahədə dərin elmi yanaşma, təcrübəli mentor dəstəyi və sistemli praktik hazırlıq zəifdir. Daha sonra isə ARTİ-nin qısa müddətli kurslarla “metodist” yetişdirmə prosesi metodikanı daha da səthi və mexaniki bir formaya salır.
Tehsilmedia.az bildirir ki, ən böyük problem isə budur: metodika anlayışı sadəcə yeni təqdim olunan və bəzən xarici adlarla bizə tanıdılan metodlarla məhdudlaşdırılır. Halbuki Azərbaycan və dünya pedaqogikasında yüz illik elmi yanaşmalar, klassik metodik irs və dəyərli müəllim məktəbləri var. Bu biliklər çox zaman ya öyrədilmir, ya da dəyərsizləşdirilir.
Bu səbəbdən “yaşlı müəllim pisdir, gənc müəllim yaxşıdır” və ya əksinə yanaşma tamamilə yanlış və mənasızdır. Müəllimi müəllim edən nə doğum tarixi, nə də diplomun üzərindəki il deyil. Müəllimi müəllim edən:
Öyrənməyə həvəs
Özünü inkişaf etdirmək istəyi
Şagirdə sevgi və məsuliyyət hissi
Pedaqoji takt və səbir
Dəyərlər və insanlıq
Əgər bu xüsusiyyətlər varsa – o müəllim istənilən yaşda dəyərli və qiymətlidir. Yoxdursa – heç bir yaş, heç bir kurs, heç bir titul onu yaxşı müəllim etmir.
İnkişaf etmək istəyənə yol açmaq, təcrübəlini qiymətləndirmək, gənci dəstəkləmək, hər kəsdən öyrənmək – sağlam təhsil sisteminin yeganə yoludur.
İnklüziv təhsil nə əlil uşaq deməkdir, nə də “hamımız inklüzivik” şüarı
Bu gün məktəblərdə bir absurd vəziyyət yaşanır: Direktor bilməyib idarə edir, zavod müavini bilməyib yönləndirir, müəllim bilməyib dərs keçir. İnklüziv təhsil sözünü eşidən kimi ya qorxurlar, ya da laqeyd yanaşırlar. Çünki bilmirlər. Bilmədikləri üçün də yanlış tətbiqlər edilir.
Tehsilmedia.az qeyd edir ki, hamı elə bilir ki, inklüziv təhsil = əlil uşaq.
Halbuki inklüziv təhsil təkcə fiziki məhdudiyyətli uşaqlara aid deyil.
İnklüziv şagird həssas ola bilər,
xüsusi qayğıya ehtiyacı olan ola bilər,
emosional uyğunlaşma və adaptasiya problemi yaşayan ola bilər.
Tehsilmedia.az bildirir ki, Bir uşaq məktəb mühitinə uyğunlaşa bilmirsə, sinifə daxil olanda həyəcan keçirirsə, dərsdən qaçırsa və ya kənara çəkilib susursa — bu da inklüziv haldır. Biz bu uşağa necə “Əşşş, sakit ol, keçəcək” deyə bilərik? Deyə bilmərik. Amma deyirlər. Çünki anlayış yoxdur.
Digər bir tərəfdən də tam tərsi yaşanır:
Bəzi məktəblər hamıya “biz inklüzivik” deyir.
Nədir inklüzivlik? Sadəcə uşağı sinfə oturtmaq?
Yox. Bu, inklüzivlik yox, adi yerləşdirmədir.
Məktəbin rəhbərliyi və müəllim heyəti bilmirsə inklüziv təhsil mühitdir, münasibətdir, dəstəkdir, fərdi yanaşmadır – o zaman bu proses necə işləsin?
Günah kimdədir?
Birinci növbədə ARTİ-də.
Çünki normal kadr hazırlığı yoxdur. Normal təlim sistemi yoxdur. Təlim keçənlərin özünün bilik bazası sual altındadır. Savadlı mütəxəssis yetişdirilsəydi, məktəblərdə bu qədər yanlış yanaşma olmazdı. Bu qədər savadsız idarəçilik, bu qədər məsuliyyətsiz müəllim yanaşması olmazdı.
Belə məktəb idarə edərlər?
Belə sinif idarə edərlər?
Təhsil sistemində bir dənə anlayışın belə mahiyyəti bilinmir, amma layihə üstündə layihə edilir.
Papka dolur, sənəd yazılır, tədbir keçirilir – amma real uşağın problemi həll olunmur.
İnklüzivlik, şəkil çəkilib göndərilən hesabat deyil.
Bu insan taleyidir.
Uşaqdır. Duyğudur. Həyatın başlanğıcıdır.
Əgər məktəbdə işləyənlərin özü bu anlayışı bilmirsə,
o məktəbdə inklüziv təhsil yoxdur. Adı var, özü yox.
Astaranın “Əjdaha” Direktor və Müavini (Sarkastik məqalə)
“Astara 4 saylı”dan gələn xəbərlərdən belə anlamaq olar ki, məktəbi, əcaib canlılar, “əjdahalar” idarə edir. Təcili, tədbir görülməsə, məktəbin kontingentini təhlükə gözləyir!
Yox, zarafat etmirik. Nağıllarda əjdahalar suyun yolunu kəsdikləri kimi, məktəbin direktoru və “zavuç”u da, yolkəsənliklə məşğuldurlar!
Belə ki, məktəbin psixoloqunun mediaya ötürdüyü faktlar, deməyə əsas verir ki, bura, bir təhsil ocağından çox, qorxulu film setinə oxşayır: direktor və zavuç, qışqırırlar, döyürlər, atlanıb-düşərək qorxu saçırlar....
Onlar, psixoloqun kamerasını görüb, deyəsən, özlərini doğrudan da, film setində zənn edir və psixoloqu isə operator bilirlər...
Bəlkə də, heç dərinə getməyə ehtiyac yoxdur. Ola bilsin, Rəna və Nigar “bacılar”ı, nağılları çox sevirlər və nağıllarda gördükləri əcaib canlıların vahiməsindən çox təsirləniblər, buna görə də əjdaha olmaq istəyirlər. Hər halda, əjdahalar suyun qabağını kəsdiyi kimi, bunlar da, nəinki suyun, ümumiyyətlə, hər şeyin qabağını kəsiblər....
Məktəbdə, az qala hər şey darmadağın vəziyyətdədir; işıqlar xarab, pəncərə qırıq, ayaqyolunda bəzən su belə, gəlmir; lakin heç, görün, veclərinədir?...
Sabah, Allah eləməmiş, bir zəlzələ baş versə və məktəb çöksə, dağıntıların arasında axtaracaqları ilk şey, yəqin ki, məktəbin açarı olar...
Amma, gəlin, pozitivlik üzrə nazirimiz Emin Əmrullayev kimi, hər şeyə optimist baxaq: məktəbin görünüşü, işıqların bərq vurması, pəncərələrin fərqli quruluşu, lap elə suyun gəlməməsi, çox ekzotik görünür və insana nostaljik duyğular yaşadır!
Həəə, bəlkə də, Əmrullayev haqlıdır. Ola bilsin ki, bu kreativ xanımlar, məqsədli olaraq, məktəbi, qədim dövrə, texnikanın olmadığı keçmişə aparmaq istəyirlər, “Sehrli Xalat” filmindəki kimi....
Onlar, şagirdlərin diqqətini cəlb etmək və əyləndirmək üçün, “Sehrli Xalat” filmini, reallıqda yaşatmaq qərarına gəliblər! Sadəcə, filmdən bir fərq var ki, bunlar, keçmişə getsələr də, hələ də ordan qayıtmayıblar...
Amma, eyb etməz. Əsas odur ki, bu işgüzar xanımlar, şagirdlərin və müəllimlərin daha məsuliyyətli olması üçün, necə deyərlər, “dəhşətli dəyişikliklər” ya da “əjdaha islahatlar” həyata keçirmək istəyiblər! Elə məhz bunun üçün də, şagirdləri döyməklə, müəllimləri qorxutmaqla, özlərindən əjdaha obrazı yaradıblar!...
Lakin, hörmətli direktor və zavuça bir vacib məlumatı bildirək ki, əjdaha, real varlıq deyil və tarixdə uzaqbaşı dinozavrlar yaşayıbdır. Ki, onların da indi ancaq sümükləri qalıbdır...
Bir də ki, Əjdaha xanım... Rəna xanım unutmasın ki, əjdaha, cin kimi əcaib varlıqlar, uşaqlarda ancaq və ancaq qorxu və dəhşət hissi yaradır!
O ki, qaldı “Sehrli Xalat” filminə; kreativ məktəb rəhbərliyinə xatırlatmaq istərdik ki, orda, təkcə keçmişə yox, gələcəyə səyahət də var... Əgər filmi realda yaşamaq istəyirlərsə, keçmişə yox, gələcəyə səyahəti seçmək, daha məqbuldur... Onsuz da Astara təhsili, elə başdan-ayağa keçmişdə, XX əsrdə qalıb, bundan daha qədimə getməyə ehtiyac yoxdu...
Qeyd; ola bilər ki, bu çılğın bacılar, regional müdir Bəhruz Mehdiyevə verdikləri töycü müqabilində, kefləri istəyən hər şeyi etməyi təmin ediblər. Hətta, əjdaha olmağı da... Ya da keçmişə səyahət etməyi də...
Lakin... Necə deyərlər, əjdahanın ömrü, nağıl bitənə qədərdir. İctimaiyyət, onların, saxta əjdaha olduğunu biləndə, axıra qədər qovacaq!
Uşaqlar, xanı qovduqları kimi!...
METODİST ADINI MƏHV ETMƏK – TƏHSİLİ MƏHV ETMƏKDİR
Bu gün təhsil sistemimizin ən böyük problemlərindən biri – metodikanın kökündən zədələnməsi və məqsədli şəkildə dəyərdən salınmasıdır. Əgər indi ARTİ-yə, MDPİM-ə, İTE-yə yönəlib soruşsaq:
“Azərbaycan pedaqogikasının böyük simaları hansı metodları, hansı yanaşmaları irəli sürüb? Keçmiş pedaqoqlarımızın metodik məktəbləri nədir? Onların təməl nəzəri dayaqları hansılardır?”
– bu sualların qarşılığında kimsə tutarlı cavab verə bilməyəcək.
Çünki əsl metodist nədir, metodikanın mahiyyəti nədir – bunu bilən yoxdur.
Tehsilmedia.az bildirir ki, bu gün təhsilimizə vurulan ən böyük zərbə: metodikanın səviyyədən salınmasıdır.
Metodikanı aradan qaldırmaq – təhsilə zəhər qatmaqdır. Şagirdin, müəllimin, məktəbin, gələcəyin ruhunu korlamaqdır. Dünənini bilməyən insanın sabah qurmaq şansı yoxdur.
Amma bizdə nə edirlər?
Gündə bir “yeni metod” adı ilə boş, tərcümə mətnləri stolun üstünə qoyub, adına “dünya təcrübəsi” deyirlər.
Halbuki nə araşdırma var, nə elmi baza, nə də məşq prosesində tətbiq nümunəsi.
Və nəticə?
10 illərlə zəhmət çəkərək formalaşan metodist anlayışını 15 günlük kurslarla “metodistcik” səviyyəsinə salırlar.
Seçimlər qeyri-şəffaf.
Təlimlər səthi.
Yekun sertifikat – formal.
Bilik – sıfır.
Fəaliyyət isə – yalnız sənəd dövriyyəsi və illik plan yazmaqdan ibarət.
TəhsilMedia.az qeyd edir ki, bu gün 1-2 ay içində “metodist” adına sahib olanların çoxu heç bir pedaqoji, psixoloji, metodiki ədəbiyyat oxumayıb.
Tarixi bilməyən, klassik təməlləri anlamayan, məktəbin içində real dərs yükü daşımayan insanlar necə olur ki, birdən-birə “dərsə rəhbər” olur?
Bu, təhsil deyil. Bu, ideoloji şəkildə peşəkarlığın sıradan çıxarılmasıdır.
Əgər ARTİ-də və ona bağlı strukturlarda normal, dərin, araşdırmaçı, məktəb təcrübəsini tanıyan təhsil adamları olsaydı, biz bu gün qəribə xarici adların arxasına sığınmazdıq.
Biz öz alimlərimizi, öz metodik irsimizi, öz elmi mühitimizi tanıyardıq. Onu inkişaf etdirərdik.
Amma nə etdilər?
Oxumaqdansa – tərcümə etdilər.
Dəyərləndirməkdənsə – silib atdılar.
İradəcə zəifləri deyil – daydaylıları seçdilər.
Pedaqogikanı elm kimi yaşatmaq əvəzinə – kağız üzərində imitasiya etdilər.
Və bu gün nəticə göz önündədir:
Müəllim yorğun.
Şagird çaşqın.
Məktəb mexaniki.
Təhsil isə şəklən var, mahiyyətcə yoxdur.
Təhsili qorumağın yolu yaşdan, kursdan, tituldan keçmir.
Təhsili qorumağın yolu – pedaqogikanı, metodikanı, elmi düşüncə ənənəsini yaşatmaqdan keçir.
Əgər bunu etməsək, gələcək nəsil boşluğun içində böyüyəcək.
ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir - FOTO
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə  silsilə görüşlərə başlayıb.
“İki sahil” xəbər verir ki,  görüşlər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının ilk həmkarlar ittifaqları təşkilatlarının sədrləri ilə keçirilib.
Tədbirlərdə AHİK-in məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin rəhbər şəxsləri və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşlərdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev  üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Həmçinin həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri müzakirə olunub.
Tədbirlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.
İnkluziv Təhsil Layihəsi: Maarifləndirmə adı ilə Formal İcra
ARTİ tərəfindən inkluziv təhsilin genişləndirilməsi məqsədilə yeni layihə həyata keçirilir və bu çərçivədə məktəblərə “kölgə müəllim”lərin cəlb olunacağı bildirilir. Məqsəd müsbətdir – xüsusi qayğıya ehtiyacı olan şagirdlərin tədrisə uyğunlaşmasına dəstək göstərmək. Lakin prosesin necə icra olunması haqqında yaranan suallar layihənin mahiyyətini kölgədə qoyur.
Əsas problem – seçim mexanizminin qeyri-şəffaf olmasıdır. Kölgə müəllimlərin kim tərəfindən, hansı meyarlarla və nə cür hazırlanacağı barədə aydınlıq yoxdur. Təhsil ictimaiyyəti haqlı olaraq düşünür ki, yenə də seçimlər şəxsi əlaqələrə əsaslana, peşəkar meyarlar ikinci planda qala bilər.
TəhsilMedia.az qeyd edir ki, daha narahatedici məqam isə maarifləndirmə prosesi ilə bağlıdır. Layihə nümayəndələri məktəblərdə valideynlərlə “maarifləndirici iclaslar” keçirir, lakin bu iclasların müddəti çox zaman 15–20 dəqiqəni keçmir. Təqdimat ümumi xarakter daşıyır, inkluziv təhsilin mahiyyəti, tətbiq qaydaları, valideyn-müəllim əməkdaşlığının rolu kimi əsas məsələlər izah olunmur.
Bunun əvəzində iclas iştirakçılarına “maarifləndirilmədə iştirak etdi” sənədinə qol çəkdirilir. Yəni maarifləndirmə prosesi faktiki olaraq sənədləşdirmə mərhələsinə endirilir. Valideynlərin böyük hissəsi isə iclasdan çıxarkən hələ də ən elementar sualı cavabsız qalır:
“İnkluziv təhsil nədir?”
Üstəlik, məktəblərə qeyri-rəsmi şəkildə tapşırılır ki, layihə haqqında suallar verilməsin, çətinliklərdən danışılmasın, narazılıq bildirilməsin. Bu isə inkluziv təhsilin fəlsəfəsinə tam ziddir. Çünki inkluzivlik – əməkdaşlıq, dialoq və açıq kommunikasiya üzərində qurulur.
Tehsilmedia.az bildirir ki, əgər maarifləndirmə kəmiyyəti üçün yox, keyfiyyəti üçün həyata keçirilmir, əgər kölgə müəllim kağız üzərində var, amma real hazırlıq prosesində yoxdursa, əgər valideyn və müəllim sual verməkdən çəkinirsə,
onda biz inkluziv təhsil qurmuş olmuruq.
Biz sadəcə inkluziyanın formal obrazını yaratmış oluruq.
İnkluziv təhsil sənəd deyil, mədəniyyətdir.
Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... - MÜRACİƏT
Mən, Roza Qarayeva, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektoru üzrə aparıcı məsləhətçisi vəzifəsinə namizəd, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş müsahibənin nəticələri ilə bağlı şəffaflıq və qanunçuluq prinsiplərinin pozulması səbəbilə Dövlət Qulluğunu İdarəetmə Şurasına rəsmi qaydada müraciət etmişəm.
Müraciətimdə qeyd etmişəm ki, dövlət qulluğunun əsas prinsipləri olan obyektivlik, şəffaflıq və ədalətlilik pozulmuş, nəticədə dövlət orqanlarında qanun aliliyi prinsiplərinə zidd hallar müşahidə olunmuşdur.
Müraciətimdə qaldırdığım əsas məsələlər aşağıdakılardır:
1. Prezident Fərmanına riayət olunmaması
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası”nın 4.3 və 4.4-cü maddələrinə zidd olaraq, müsahibə komissiyasının tərkibində yaxın qohumluq və şəxsi münasibət əlaqələri mövcud olmuşdur.
Belə ki, müsahibədə Elm və Təhsil Nazirliyinin sektor müdiri Billurə Hacızadə komissiya üzvü kimi, onunla eyni strukturda artıq 6 ilə yaxındır müqavilə əsasında çalışan Fərizə Əhmədova isə namizəd kimi iştirak etmişdir. Bu hal maraqlar toqquşması yaradır və qeyd olunan qaydalara əsasən, komissiya üzvünün həmin müsahibədə iştirakını istisna edir. Lakin bu tələblərə əməl olunmamış və müsahibə davam etdirilmişdir.
Bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət göndərmişəm, lakin bu günədək müvafiq qərar verilməmiş, nəticə ləğv olunmamışdır.
2. Şəffaflıq və obyektivlik prinsiplərinin pozulması
Müsahibə prosesində şəffaflığın təmin olunmaması nəticəsində qərarların obyektivlikdən uzaq və şəxsi maraqlara əsaslanaraq verildiyi qənaətinə gəlmək üçün əsas yaranmışdır. Komissiya üzvləri arasında şəxsi və peşə əlaqələrinin olması dövlət qulluğunda ədalət prinsipinə və ictimai etimada ciddi zərbə vurur.
Müraciətimlə bağlı sosial mediada yayılan məlumatlardan sonra “Nazirlik nümayəndəsinin mənə yüksək bal vermək istədiyi, lakin Dövlət İmtahan Mərkəzinin nümayəndəsinin buna etiraz etdiyi” fikirləri irəli sürülərək məsuliyyəti üzərlərindən atmağa çalışmışlardır. Halbuki bu, Prezident Fərmanına əməl olunmaması faktını aradan qaldırmır.
Yuxarıda qeyd olunanlara əsasən, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin bu məsələ üzrə Prezidentin fərmanına riayət etməmələri və bu özbaşınalığın ictimaiyyətə çatdırılması məqsədilə məsələni işıqlandırmağınızı xahiş edirəm.
Hörmətlə,
Roza Qarayeva
"DİA-AZ"