Mədəniyyət - Təhsil Media
Ramil Səfərovun xanımına vəzifə verildi
Azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova “Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Study in Azerbaijan” layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda, məsuliyyətli bir mərhələnin başlanğıcıdır.
AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Study in Azerbaijan”, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.
Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.
Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram”, - o qeyd edib.
"Uşaq Avroviziya": Azərbaycan 15-ci oldu
“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsinin yekun nəticələrinə görə, Azərbaycanı yarışmada təmsil edən Yağmur Nəsrullayeva 15-ci yeri tutub.
Modern.az xəbər verir ki, səsvermənin mərhələləri maraqlı və diqqətəlayiq məqamları üzə çıxarıb. Onlayn tamaşaçı səsverməsinə (televoting) görə Azərbaycan təmsilçisi 54 xal toplayaraq 8-ci yeri İspaniya ilə paylaşdı. Bu, ifanın canlılığı, pozitiv ruhu və uşaq auditoriyasına xitab edən üslubunun tamaşaçılar tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Eyni zamanda, peşəkar münsiflər heyətinin verdiyi xallar ilə tamaşaçı səsverməsi arasında müəyyən fərqlər müşahidə olunub. Münsiflər heyətindən Azərbaycan 12 xal qazanıb: Albaniya münsif heyətindən 2 xal, Malta münsif heyətindən 7 xal, Niderland münsif heyətindən isə 3 xal alınıb.
Səhnəni Yağmurla birlikdə paylaşan Əli Ocaqverdi, Melisa Soltanova və Nərgiz Nəsibova da parlaq çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar. Xoreoqrafiya Emin Useynov tərəfindən hazırlanıb, səhnə quruluşu danimarkalı mütəxəssis Mads Enggaard-a, səhnə geyimləri isə dizayner Leyli Polayevaya məxsusdur.
Beynəlxalq müsabiqələrdə səsvermə mexanizmlərinin müxtəlifliyi və fərqli baxış bucaqları nəticələrin rəngarəng olmasını təmin edir. Bu kontekstdə tamaşaçıların yüksək dəstəyi göstərir ki, Azərbaycan təmsilçisi müsabiqənin ruhuna uyğun olaraq geniş auditoriyaya çata bilib və öz missiyasını uğurla yerinə yetirib.
Polad Bülbüloğlunun oğluna yeni VƏZİFƏ VERİLDİ
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.
Modern.az-ın məlumatına görə, bu posta Murtuza Bülbül təyin edilib.
O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur.
2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.
2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovdur.
“Mehdiyev–Kərimli şəbəkəsi tam şəkildə ifşa olunmalıdır” - Adəm İsmayıl Bakuvi
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Ramiz Mehdiyev və Əli Kərimlinin illərlə formalaşdırdığı iddia edilən gizli şəbəkə ilə bağlı sərt açıqlama verib.
Partiya sədri Yenicag.az-a açıqlamasında bunu “Azərbaycan dövlətinə qarşı qurulmuş sistemli xəyanət mexanizmi” adlandırıb və bu şəbəkənin bütün həlqələrinin tam ifşa olunmasının vacibliyini vurğulayıb.
Adəm İsmayıl Bakuvi bildirib ki, Mehdiyevin dövlət strukturlarında topladığı korrupsiya resursları və Əli Kərimlinin radikal şəbəkələri eyni məqsədə – hakimiyyəti qanunsuz yolla ələ keçirmək, konstitusiya quruluşunu sarsıtmaq və ölkədə xaos yaratmağa yönəlib:
“Ramiz Mehdiyev və Əli Kərimlinin illərlə qurduqları gizli əməkdaşlıq, dövlət strukturunda və radikal müxalifət daxilində yaratdıqları şəbəkə, cəmiyyətə yönəltdikləri psixoloji təzyiq, manipulyasiya və xaos planları artıq hüquqi şəkildə üzə çıxır. Bu proses təkcə bir cinayət işinin istintaqı deyil, bu, Azərbaycan dövlətinə qarşı qurulmuş sistemli xəyanət mexanizminin dağıdılmasıdır”.Vəhdət Partiyasının sədrinin fikrincə, sözügedən şəbəkənin fəaliyyəti Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid xarakteri daşıyıb:
“Onların xarici xüsusi xidmətlərlə əlaqələri, gizli maliyyə kanalları, bağ evlərində keçirilən görüşləri, cəmiyyətə davamlı şəkildə ‘çevriliş olacaq’ mesajları ötürməkləri ölkənin milli təhlükəsizliyinə açıq təhdid idi”.
Adəm İsmayıl Bakuvi qeyd edib ki, bu şəbəkə illər boyu cəmiyyətin həssas təbəqələrini – tələbələri, işsizləri, sosial çətinlik yaşayan insanları – öz siyasi məqsədləri üçün alətə çevirib:
“Bu şəxslər illərlə xalqın ən həssas təbəqələrini – tələbələri, işsizləri, sosial çətinlik yaşayan insanları manipulyasiya edib, onları öz siyasi ambisiyalarının alətinə çeviriblər. Cəmiyyətə qorxu, gərginlik və təxribat toxumu səpiblər. Bu, artıq siyasi fəaliyyət deyil, bu, xalis xəyanətdir”.
Vəhdət Partiyasının sədri hesab edir ki, dövlətin bu istiqamətdə apardığı proseslər özünü təmizləmə mərhələsidir və heç kimə toxunulmazlıq imtiyazı tanınmamalıdır:Azərbaycan dövləti bu gün özünü təmizləyir. Şəbəkənin bir qolu Mehdiyevin iç çevrəsi, digər qolu Əli Kərimlinin radikal strukturları idi. Onlar birlikdə Azərbaycan dövlətçiliyinə zərbə vurmağa cəhd ediblər. Bu cəhdin qarşısı alınıb və alındıqca da alınacaq”.
O həmçinin vurğulayıb ki, istər keçmiş yüksək vəzifəli məmurlar, istərsə də radikal müxalifət təmsilçiləri qanun qarşısında bərabər olmalıdır:
“Hesab edirəm ki, bu şəbəkənin bütün həlqələri tam açılmalı, iştirak edən hər kəs – istər yüksək vəzifəli keçmiş məmur, istərsə də radikal müxalifət lideri qanun qarşısında cavab verməlidir. Azərbaycan dövləti heç kəsə imtiyaz tanımamalıdır”.
Adəm İsmayıl Bakuvi bu prosesin Azərbaycanın gələcəyi və dövlətçiliyin möhkəmlənməsi baxımından həlledici rol oynadığını deyib: “Bu proses Azərbaycanın gələcəyi üçün vacibdir. Dövlət daxilindəki qalıq strukturlar, köhnə şəbəkələr, illərlə toxunulmaz görünən qruplar tamamilə təmizlənməlidir. Azərbaycanın bu günkü gücü və sabitliyi belə təhlükələri kökündən məhv etməyi tələb edir. Azərbaycan dövləti güclüdür və bütün gizli şəbəkələri ifşa etməkdə qətiyyətlidir”.
Vəhdət Partiyasında gənclərlə görüş - Elmi Gənclər Klubu təsis edildi
Bu gün Vəhdət Partiyasında sədr Adəm İsmayıl Bakuvi ilə bir qrup fəal gənc arasında görüş keçirilib. Görüşün əsas məqsədi gənclərin partiya həyatında iştirakının genişləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi, təşkilat daxilində gənclərlə əməkdaşlığın gücləndirilməsi, eləcə də gənclərin yeni siyasi, elmi və ictimai sektorda aktivliyinin artırılması olub.
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi tədbir iştirakçılarına təşkilatın tarixi, fəaliyyəti, məqsədləri və mövqeyi barədə məlumat verib. O, çıxışında ölkənin ictimai-siyasi həyatında gənclərin rolunun xüsusi önəm daşıdığını vurğulayıb. Gənclərin müxtəlif sahələr üzrə təşəbbüslərinin və sosial layihələrdə iştirakının yüksək qiymətləndirildiyini bildirib, onları həm yaradıcı, həm də elmi-tədqiqat istiqamətlərində daha fəal olmağa çağırıb. Xüsusilə qeyd olunub ki, bu gün elmi yanaşma və analitik düşüncə siyasi prosesləri düzgün dəyərləndirmək üçün çox vacibdir:
_“Vəhdət Partiyası sizlərin ideya və təşəbbüslərinizin reallaşmasına hər zaman dəstək göstərməyə hazırdır. Hər zaman sizin yanınızdayıq. Sizlərin enerjisi, yenilikçi və elmi düşüncəniz partiyamızın inkişafına böyük töhfə olacaq.”_
Sədr Adəm İsmayıl Bakuvi, həmçinin, ölkədə siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar yaradıldığını, siyasi dialoqun gücləndiyini qeyd edərək gənclərin bu şəraitdən maksimum yararlanmasının vacib olduğunu bildirib. O, gənclərin inkişafında elmə əsaslanan maarifçilik və elmi təhlilin mühüm rol oynadığını qeyd edib.
Partiyanın Aparat rəhbəri Əbdülvahab Manafov təşkilatın bölgələrdə gənclərlə apardığı işlərdən danışıb. Partiyanın Gənclər Təşkilatının sədri Aynurə Ələkbərova son dövrdə həyata keçirilən layihələr, qurumun ictimai-sosial fəaliyyətləri və qarşıda planlaşdırılan təşəbbüslər barədə məlumat verib.
Görüşdə gənclərin müxtəlif sahələrdə liderlik bacarıqlarının gücləndirilməsi, sosial problemlərlə bağlı aktiv mövqe sərgiləməsi istiqamətində fikir mübadiləsi aparılıb. Çıxış edən gənc idmançı Zeynəb İbrahimova, karate məşqçisi İlqar Abdullazadə, gimnast Məryəm İbrahimova, həkim-cərrah Rəşad Quliyev gənclər üçün yaradılan şəraitin onların inkişafına ciddi töhfə verdiyini bildiriblər.
Yazar Kamran Orucov və dilçi alim Mətanət Xudiyeva mədəniyyət, milli kimlik və maarifləndirici layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Səmimi dialoq şəraitində keçən görüş zamanı tərəflər yeni sosial təşəbbüslərin həyata keçirilməsi, elmi biliklərin təşviqi və gənclər arasında siyasi fəallığın artırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Görüşün sonunda Vəhdət Partiyasında Elmi Gənclər Klubunun yaradılması barədə qərar qəbul olunub.
Dünyada uşaqlar arasında allergik xəstəliklərin sayı artır - ARAŞDIRMA
Son illərdə uşaqlar arasında allergik xəstəliklərin artması narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, qida allergiyası, ekzema, allergik burun tutulması və astma kimi xəstəliklərin yayılması əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb.
AzEdu.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda uşaqların təxminən 20%-i müxtəlif allergik xəstəliklərdən əziyyət çəkir. Bu göstərici, xüsusilə şəhər yerlərində yaşayan uşaqlarda daha yüksəkdir.
Allergik xəstəliklərin artmasının əsas səbəblərindən biri müasir həyat tərzidir. Uşaqlar əvvəllər olduğundan daha təmiz və steril mühitdə böyüyür, bu da onların immun sisteminin zəifləməsinə səbəb olur. Bundan başqa, hazır və emal olunmuş qidaların istifadəsi, hava çirkliliyi və uzun müddət qapalı yerlərdə qalmaq da allergiyaların yaranmasına şərait yaradır.
Pediatrlar valideynlərə evdə toz və allergenlərin azaldılmasını, uşaqların qidalanmasına diqqət yetirilməsini, allergik simptomların erkən mərhələdə müalicə olunmasını tövsiyə edirlər. Məktəblərdə də uşaqların sağlamlığına xüsusi diqqət göstərilməsi vacibdir.
Prezident: Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır
Prezident: Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır
Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarındakı paylaşımında bildirlib.
Mehdiyev FETÖ-sü Təhsildə
Bəzən Emin Əmrullayev FETÖ-çüdür, Elnur Əliyev FETÖ-çüdür deyirdilər. Dəfələrlə fərqli faktlarla sübut olunurdu.
Ramiz Mehdiyevin həbsindən sonra istər-istəməz bu söhbətlər də gündəmə gəldi. Türkiyədə Fetö tədbirləri ilə yanaşı Azərbaycanda da belə bir hal gözlənilirmi, bu da sual altındadır.
Ramiz Mehdiyev uzun illər Azərbaycan elmi və idarəetmə sistemində öz təsir dairəsini qorumuş şəxsiyyət kimi tanınır. Onun hakimiyyətdəki dönəmində formalaşan idarəçilik mədəniyyəti, kadrlara seçmə mexanizmi və loyallığa əsaslanan şəbəkə prinsipi hələ də bir çox dövlət qurumlarında izlərini saxlamaqdadır. Xüsusilə təhsil sistemində – elmi-tədqiqat institutlarında, nazirlikdə və müxtəlif tədris mərkəzlərində – həmin “köhnə düşüncə tərzinin” qalığı kimi qalan şəxslər bu gün də mühüm mövqelərdə görünür.
Bu sistemin mahiyyəti – şəxsi sadiqliyə, fikirə yox, itaətə əsaslanmaq – indi də təhsildə islahatlara mane olan əsas baryerlərdən biri kimi görünür.
Məhz buna görə bir çox ictimai fəallar və ekspertlər qeyd edirlər ki, “Mehdiyev məktəbi” hələ də təhsil idarəçiliyində qərarların necə qəbul olunmasına təsir edir.
Nazirlikdə aparılan islahatlar bəzən formal səciyyə daşıyır, çünki qərarların arxasında eyni ideoloji sistem – Fetö (qapalı şəbəkə düşüncəsi) dayanır.
Əgər təhsil sahəsində şəffaflıq, meritokratiya (bilik və bacarığa əsaslanan seçmə), hesabatlılıq prinsipləri tam bərqərar olmazsa, bu sistemin qalığı ölkənin gələcək intellektual potensialını zədələyəcək.
Cəmiyyət, media və parlament təhsildəki kadr siyasətini, təyinat mexanizmlərini və AR Elm və Təhsil Nazirliyinin strukturundakı qapalı dairələri - ARTİ daha dərindən araşdırmalıdır.
Ədil Əlizadənin Ramiz Mehdiyev haqda düşüncələri
İndi məlum olur ki, Ramiz Mehdiyev sabiq təhsil naziri Misir Mərdanovla niyə yola getmirmiş. Yəqin ki, Misir Mərdanov təhsilin Əli Həsənov və Ramiz Mehdiyevin nəzarətinə keçməsinə bizim görmədiyimiz arxa bağçada qarşı çıxırmış. Elə bu səbəbdəndir ki, Misir Mərdanov gedən kimi, Əli Həsənovun "Kaspi"dəki Elnur Əliyevi sürətlə təhsil sektorunda yüksək vəzifələrə irəli çəkdirə bilir.
Elnur Əliyev hazırkı Təhsil naziri Emin Əmrullayevin ən yaxın dostudur.
O "Kaspi"də olanda Emin Əmrullayevə böyük dəstək olub. İkinci nazir olan kimi onu da əvvəl nazirliyə, daha sonra isə Təhsil İnstitutuna rəhbər göndərib.
Belə çıxır ki, Mehdiyev-Həsənov çütlüyü Elnur Əliyev kimilərin əli ilə Təhsil sektorunda qala bilib.
Elnur Əliyevin bir neçə Təhsil şirkəti var və bu şirkətlər ən böyük məbləğli layihələri qazanırlar.
Belə çıxır ki, Emin Əmrullayev də Elnur Əliyevin əli ilə bəlkə də özü də bilmədən Ramiz-Əli çütlüyünün "Təhsil maraqları"na dəstək vermiş olub.
Hər halda bu şəxslərin sürətlə təhsil sektorunda  irəliləmələri böyük sual doğurur.
Sağlamlıq ocağında şou və xaos: “Kurort” QSC-də nə baş verir?
Nazir səhnədə - tamaşa arxada
İki gün öncə Səhiyyə naziri Teymur Musayev “Abşeron” sanatoriyasında olub. Baxış keçirib, vəziyyətlə tanış olub. Amma dərhal sonra sanatoriyanı tərifləyib. Bu tərif nə məntiqə, nə vicdana sığır. Çünki elə həmin baxış zamanı onun özü də görmüşdü: tibbi avadanlıqlarla bağlı problemlər mövcuddur, ozonoterapiya və digər aparatlarının ştativləri yoxdur, kardiogramma otağına isə heç girmədi - çünki çatışmazlıqlar qapıdan belə görünürdü.
Nazirin mövqeyi isə hələ də anlaşılmaz qalır - o, gördüyü çatışmazlıqları niyə dilə gətirmədi və ya niyə susdu - bu sual açıq qalır.
Rəqəmlərin dili
Ötən il payız aylarında sanatoriyada 250 nəfərə qədər pasiyent müalicə alırdı. Bu gün isə cəmi 20 nəfər qalıb. Bunun əvəzində isə 90 işçi maaş alır, təkcə müalicə korpusunda 50 nəfər var. Suallar çoxdur: bu qədər maaş hansı pulla ödənilir? Sanatoriya niyə bu günə düşüb? Cavab sadədir: putyovkaların qiyməti qanunsuz şəkildə günü 200-300 manata qaldırılıb.
Mənbələrin iddiasına görə, sanatoriyanın 3-cü mərtəbəsini təmir ediblər, Türkiyə üslubunda VIP otaqlar düzəldiblər və 300 manata satırlar. Amma o pulla zəhmətkeşlərdən heç kim ora gedə bilməz. Zəhmətkeşin cibində bu qədər pul hardan olsun? İmkanlı isə heç vaxt gəlib şəraitsiz “Abşeron” sanatoriyasında qalmaz - gedər beşulduzlu SPA oteldə, həm də daha ucuz qiymətə.
“İslahat” adı ilə talan
Bir neçə ayda “Kurort” QSC-də ştatın 19 nəfərdən 120 nəfərə qədər süni şəkildə artırılması, bəzi mənbələrin dediyinə görə “ölü canlar”ın yaradılması, eyni vaxtda bir neçə sanatoriyada təmir işlərinin başlanması və ehtiyacdan kənar avadanlıqların alınması ciddi suallar doğurur.
Nəticədə həm üzvlük haqları, həm də dövlət büdcəsindən ayrılan vəsaitlərin milyonlarla manatın səmərəsiz xərcləndiyi bildirilir. Zəhmətkeşin sağlamlığı üçün toplanan pulların VIP otaq dekorasiyasına, şou təmirlərə yönəldilməsi səbəbindən sanatoriyalarda əməkhaqqı ödəməkdə çətinliklərin yarandığı qeyd olunur.
Əslində, bu proseslər “islahat” adı ilə təqdim edilsə də, faktiki olaraq səmərəsiz idarəçilik, məsuliyyətsizlik və üzvlərin maraqlarına zidd fəaliyyət təəssüratı yaradır.
“Buzovna” sanatoriyası – ümumi mənzərədə ən yaxşısı?
Sanatoriyalardan nisbətən “normal” vəziyyətdə olan yalnız “Buzovna”dır. Amma orada da problem yoxdur demək sadəlövhlük olardı. Keyfiyyətsiz yeməklərin səbəbi aydındır - menyunun dəyəri qəsdən aşağı salınıb. Redaksiyamıza daxil olan məlumatlara görə, bu da bilavasitə “Kurort” QSC-nin baş direktorunun göstərişidir. Yəni “ən yaxşı” sanatoriyada belə, xəstələrin yeməklə bağlı narazılığı qaçılmazdır.
Digər sanatoriyalar - iflic vəziyyətdə
Qalan sanatoriyaların durumu isə “bərbad” ifadəsini də aşır. Avadanlıqların bəziləri  işləmir, işçi qıtlığı var, rüşvət və intriqa gündəlik normaya çevrilib. İnsan sağlamlığı üzərində qurulan bu müəssisələr əslində korrupsiya mənbəyinə çevriliblər.
Bu məqalədə bir daha “Şıx” sanatoriyasının faciəvi mənzərəsinə toxunacağıq. Çünki daxil olan məlumatlara görə, orada baş verənlər təkcə təsadüfi nöqsanlar deyil, məqsədli şəkildə qurulmuş xaos və məsuliyyətsizlikdir.
Növbəti yazılarda isə “Bilgəh”, “Günəşli”, “Naftalan” sanatoriyalarında hökm sürən rüşvət və özbaşınalıqlardan bəhs edəcəyik. Həmçinin “Pirşağı” sanatoriyasının yeməkxanasının icarəyə verildikdən sonra necə “gecə klubuna” çevrilməsi barədə də faktlar açıqlanacaq. Bu artıq sanatoriya deyil, əsl rüsvayçılıqdır - insanların sağlamlığına xidmət etməli ocaq tam dağıdılmış, əyləncə və əxlaqsızlıq məkanına çevrilir.
Eyni zamanda, 30 illik fəaliyyəti olan “Ülfət” qəzetinin bağlanması, işçilərinin işdən çıxarılması və qəzet rəhbərliyinə hörmətsizlik edilməsinə dair redaksiyamıza daxil olan faktlar da açıqlanacaq. Mənbələrin dediyinə görə, qəzet rəhbərliyinə hətta “Abşeron” sanatoriyasında gözətçi işi təklif edilməsi kimi qeyri-adi hallar da baş verib.
“Şıx” sanatoriyasında xaos və təxribat
Redaksiyamıza daxil olan məktublar və fotolar göstərir ki, vəziyyət artıq fəlakət həddindədir. Çünki, avadanlıqlar sıradan çıxıb - darsanval işləmir, zərbə-dalğa aparatı yoxdur, portativ cihaz evdən gətirilir; peşəkarlar sıxışdırılır - təcrübəli işçilərə “köhnə” damğası vurulur, yerlərinə təsadüfi kadrlar gətirilir; pasiyentlərdən gələn şikayətlər arasında massaj faciəsi - Elmira adlı massajçı bir xarici pasiyentin kürəyini qançır edib, digərləri isə evdə hazırladıqları məlhəmləri çəkir, sonra pasiyenti mətbəx streçi ilə bürüyürlər; qiybət idarəçiliyi - rəhbərliyə yaxın bir qrup işçi günün çoxunu şəxsi maraqlara və dedi-qodulara sərf edir, sanatoriyanın idarəçiliyi isə faktiki olaraq “daxili intriqalar üçlüyünün” əlindədir; qidalanma bərbad vəziyyətdədir - Braziliyadan gətirilmiş şübhəli donmuş ətlər, plastik qablarda ucuz bitki yağları, kimyəvi qatqılarla yeməklər hazırlanır, bunun nəticəsində xəstələrin mədə-bağırsağı pozulur; təmizlik və şərait - otaqlar çirk içində, həkim və fizioterapiya otaqları vaxtında təmizlənmir, postellər vaxtında dəyişilmir, “ölü canlar” sistemi - baş aşpazın adı maaş cədvəlində var, amma özü işə çıxmır və daha nələr…nələr…
“Şıx” sanatoriyasında hazırda cəmi 90 nəfərədək qonaq qalır. Halbuki əvvəlki illərdə bu aylar ərzində qonaqların sayı 170 nəfərdən aşağı olmurdu.
Bu rəqəmlər göstərir ki, sanatoriyanın nüfuzu və insanların etimadı getdikcə azalır. Əsas səbəblərdən biri də göndərişlərin əvvəlki kimi təmin edilməməsi, qiymətlərin süni şəkildə qaldırılması, müalicə və qidanın keyfiyyətsizliyi və sanatoriyadakı vəziyyətlə bağlı yayılan narazılıqlardır.
Sanatoriyanın direktorunun faktiki fəaliyyəti demək olar ki, görünmür. İşçilərin sözlərinə görə, o, gündəlik problemlərin həllinə, xəstələrin müalicəsinə və şəraitin yaxşılaşdırılmasına diqqət yetirmir, vaxtını başqa işlərə sərf edir. Nəticədə həm 90 nəfərlik kollektivdə ciddi narazılıq yaranır, həm də idarəçilik xaos və nizamsızlığa çevrilir.
Deyilənlərə görə, sanatoriyanın işçiləri artıq AHİK və “Kurort” QSC vəzifəlilərinə  dəfələrlə izahat verməkdən yorulublar. Onların sözlərinə görə, ard-arda gələn yoxlamaların əsas hədəfi təcrübəli və ya narazılıqlarını ifadə edən işçilərdir. İddialara görə, belə işçilərin işdən uzaqlaşdırılması, onların yerinə isə müxtəlif yollarla yeni əməkdaşların gətirilməsi halları müşahidə olunur.
Ən acınacaqlısı odur ki, mənbələrin bildirdiyinə görə, rəhbər vəzifə sahiblərinin yaxınları da sanatoriyalarda müxtəlif vəzifələrə gətirilir. Bu isə işçilər arasında həm ədalətsizlik təəssüratı yaradır, həm də kollektivdə narazılığa səbəb olur.
Ən dəhşətli məqam – saxta “müalicə”
Xəstələr vannalarda verilən suyun keyfiyyətsizliyindən şikayətlənəndə rəhbərlik deyir: “Əgər bu su pis olsaydı, yüksək vəzifəlilər burada vanna qəbul etməzdilər.” Amma fakt odur ki, bu lay suları hələ də “termal su” adı ilə xalqa sırınır. Bu, sadəcə məsuliyyətsizlik deyil - bu, insanların sağlamlığı ilə oynamaqdır.
Ən dəhşətlisi odur ki, neft quyularından çıxan həmin lay sularına Səhiyyə Nazirliyi tərəfindən guya “müalicəvi mineral su” statusu verilib. Bu, sadəcə səhv deyil - faciəvi bir yanlışlıqdır. Çünki belə bir rəy verilməklə xəstələrin sağlamlığı birbaşa təhlükə altına atılır.
Sanatoriyanın divarına isə həmin saxta rəy çərçivəyə salınıb asılır - guya ki, bu, pasiyentlərə etibar aşılayan “elmi sənəd”dir. Əslində isə bu, xəstələrin gözünə kül üfürmək, onları aldatmaqdan başqa bir şey deyil.
Əgər Nazirlik doğrudan da belə bir rəyi təsdiqləyibsə, deməli məsuliyyət ikiqat artır: həm saxta “müalicə” təşkil edənlər günahkardır, həm də buna rəsmi möhür qoyan qurum.
Belə bir rəyin Səhiyyə Nazirliyi tərəfindən verilməsi özü-özlüyündə açıq korrupsiya əlamətidir. Əslində isə burada məqsəd qanunsuz əməllərə hüquqi don geyindirməkdir. İddialara görə, məsələ bununla da bitmir - QSC rəhbərliyi hətta “Azərsu” qurumundan da oxşar rəy almağa cəhd göstərib, yəni lay sularını guya “təhlükəsiz” və “müalicəvi” göstərmək üçün bütün yollar sınanıb.
Bu isə artıq təkcə vəzifə səlahiyyətlərindən sui-istifadə deyil, həm də insanların sağlamlığı ilə açıq-aşkar alverdir. Belə ki, ekspertlərin fikrincə, belə suların istifadəsi ilə bağlı elmi əsaslandırmaların, müstəqil laborator yoxlamaların aparılması vacibdir. Əks halda, pasiyentlərin sağlamlığı ilə bağlı risklər aradan qaldırılmamış qalır.
Dünən dərc etdiyimiz fotolardan sonra sualımız budur: Düz demirik, cənab Səhiyyə naziri? Axı, neft quyusundan çıxarılan lay sularını “müalicəvi” adı ilə xəstə insanların qarşısına çıxarmaq nə dərəcədə doğrudur? Bu insanlığa və həkim andına sığarmı?
Siz özünüz həmin su ilə dolu vannaya bir yaxınınızı salardınızmı? Əgər yoxsa, onda niyə vətəndaşların həyatını təhlükəyə atmağa göz yumursunuz?
Qorxu atmosferi yox, həll yolları gərəkdir
Redaksiyamıza daxil olan məlumatlara görə, son vaxtlar “Kurort” QSC-nin baş direktoru diqqətini əsasən mətbuata məlumat ötürən işçiləri tapmağa yönəldib. İşçilərə qarşı hədə-qorxular səsləndirildiyi, hətta onları müxtəlif qohum əlaqələri ilə qorxutmağa cəhdlər olduğu barədə iddialar dolaşır.
Halbuki, rəhbərliyin enerjisi və diqqəti başqa istiqamətə yönəlməlidir: sanatoriyalarda yığılıb qalan problemlərin aradan qaldırılmasına. Çünki əsas vəzifə - işçilərin əmək hüquqlarının qorunması, xəstələrin sağlamlığı üçün təhlükəsiz və keyfiyyətli şəraitin yaradılmasıdır.
Əgər rəhbərlik gücünü məhz bu sahələrə sərf etsə, həm işçilərin, həm də xəstələrin inamı bərpa olunacaq, sanatoriyalar isə öz profilinə uyğun olaraq həqiqi sağlamlıq mərkəzlərinə çevriləcəkdir. Bu, həm də “Kurort” QSC-nin nüfuzunu artıracaq, ictimaiyyət qarşısında etimadı möhkəmləndirəcəkdir.
Son söz əvəzinə
Sanatoriyalarda baş verənlər ayrı-ayrı təsadüfi hallar kimi deyil, daha çox sistemli problemlər kimi qiymətləndirilir. Ən vacib məsələ isə şəffaflıq, səmərəli idarəçilik və ictimai etimadın bərpasıdır.
Burada müalicə əvəzinə kommersiya maraqlarının üstünlük təşkil etdiyi, “islahat” adı ilə səmərəsiz xərclərin aparıldığı, idarəçilikdə isə xaos elementlərinin müşahidə olunduğu barədə çoxsaylı iddialar səsləndirilir.
Ən diqqətçəkən məqam odur ki, bu proseslərə göz yumulduğu təəssüratı yaranır. İctimaiyyət arasında yayılan fikirlərə görə, yalnız AHİK və “Kurort” QSC rəhbərliyinin deyil, həm də Səhiyyə Nazirliyinin daha açıq mövqeyinə ehtiyac var. Çünki görülən nöqsanlara münasibət bildirilmədikdə, ictimai inamın zədələnməsi qaçılmaz olur.
P.S.  Redaksiya Səhiyyə Nazirliyi, AHİK, “Kurort» QSC və digər dövlət orqanları, müəssisə və təşkilatlara, həmçinin məqalədə adları hallanan şəxslərin məsələyə münasibətlərinə yer ayırmağa hazırdır.