Maraqlı - Təhsil Media
ŞƏFQƏTİN NURUNDA
“Bəzən bir həkim gəlir həyatına… və sən onu artıq sadəcə həkim kimi yox, qəlbinin ən doğma yerində saxlayırsan…”
Bəli, bu gün sizlərə AMT klinikasında müalicə alan Sevil Məmmədli qızı Abidli xanımın klinika rəhbərliyinə və xüsusilə oftalmoloq Nuridə xanıma dərin təşəkkürünü paylaşacağıq.
Bakı şəhərində fəaliyyət göstərən AMT Klinikası mənim üçün sadəcə bir tibb müəssisəsi deyil. Bura insanın yalnız bədəninə deyil, ruhuna da toxunan bir məkandır.
Bu klinikanın ruhunu isə ilk növbədə onun baş həkimi İradə xanım formalaşdırır. Onunla söhbətim zamanı öyrəndim ki, bu kollektiv yalnız tibbi xidmətlə kifayətlənmir. 44 günlük Vətən müharibəsi dövründə cəbhəyə edilən yardımlar, Uşaqları Müdafiə Günündə və müqəddəs Ramazan ayında ehtiyacı olan insanlara göstərilən təmənnasız dəstək bu klinikanın necə böyük ürəyə sahib olduğunun sübutudur. Bu, sadəcə iş deyil… bu, vicdandır, mərhəmətdir, insanlıqdır.
Amma mənim bu sətirləri yazmağımın əsl səbəbi başqa bir insandır…
Həyatımda elə bir insan var ki, onu sözlə anlatmaq çətindir. O, mənim üçün sadəcə həkim deyil. O, mənim qəlbimdə çox xüsusi bir yerdədir. Mənim canım qədər sevdiyim həkimim — oftalmoloq Nuridə Məmmədəliyeva.
Onu ilk tanıdığım gündən hiss etdim ki, bu insan fərqlidir. Onun səmimiyyəti süni deyil, gülüşü formal deyil, qayğısı isə vəzifə xatirinə deyil. O, pasientinə elə yanaşır ki, sanki qarşısındakı insan yad biri yox, öz doğmasıdır.
Mən onu bəlkə də öz qızım qədər sevdim… Bunu yazmaq asan deyil, amma bu, mənim ən saf və ən həqiqi hisslərimdir. Onun hər kəlməsi insana təsəlli verir, hər baxışı ümid verir. Bəzən insanın sağalması üçün təkcə dərman kifayət etmir… bir də belə ürəklər lazımdır.
Onun zəhməti, gecə-gündüz çalışması, hər pasientə ayrı-ayrılıqda göstərdiyi diqqət – bunların hamısı mənim yaddaşıma dərin iz salıb. Mənim minnətdarlığım sözlərə sığmır.
Eyni zamanda, bu gözəl kollektivdə mənə qayğı göstərən digər insanları da unutmaq olmaz.
Səmimi münasibəti və diqqəti ilə yadda qalan Ülkər xanım – ona da öz təşəkkürümü bildirirəm. Onun mehribanlığı insanın qəlbində iz qoyur.
Və bir insan var ki, onun adını xüsusi vurğulamaq istəyirəm… Əminə xanım. O, sadəcə bir işçi deyil. O, bu klinikanın görünməyən, amma ən çox hiss olunan qayğısıdır. Onun diqqəti, insanlara yanaşması, səmimiyyəti – bunlar vəzifə ilə ölçülə bilməz. O, əsl mənada qayğıkeş bir insandır.
Onun qızı Simuzər xanım da anasının bu gözəl xüsusiyyətlərini davam etdirir. Gənc yaşına baxmayaraq, pasientlərə olan münasibəti, diqqəti və səmimiyyəti gələcəyin necə gözəl bir mütəxəssisi olacağından xəbər verir.
Bəzən insan bir yerə sadəcə müalicə üçün gedir… amma geri dönəndə ürəyində minnətdarlıq, sevgi və unudulmaz xatirələrlə qayıdır.
Mənim üçün AMT Klinikası məhz belə bir yerdir.
Amma hər şeyin mərkəzində bir ad var…
Nuridə xanım Məmmədəliyeva.
Çünki bəzi insanlar sadəcə həkim olmur…
Onlar insanın qəlbinə şəfa olur.
​Məktəbli avtobusu, yoxsa "təhlükə mərkəzi"? – BRS (Baku Rent Service) özbaşınalığı!
​Valideynlərin səbri daşdı! Övladlarımızın təhlükəsizliyini etibar etdiyimiz məktəb daşınması xidməti, "Baku Rent Service" (BRS) şirkətinin idarəçiliyinə keçəndən bəri əsl kabusa çevrilib. tehsilmedia.info bildirir ki, Bir vaxtlar nizam-intizamlı olan bu sahədə hazırda tam bir qanunsuzluq və xaos hökm sürür.
Təhlükə saçan "xidmət": Qanunlar hara baxır?
​Şirkətin fəaliyyəti nəqliyyat və əmək qanunvericiliyinə aşkar meydan oxumaqdır. Ortadakı mənzərə dəhşətlidir:
​Sənədsiz sürücülər: Sükan arxasında əyləşən 60-65 yaşlı şəxslərin nə əmək müqaviləsi var, nə də gündəlik tibbi yoxlanışdan keçdiklərini təsdiq edən Kartları. Üstəlik sürücülərin bəzilərinin 74 yaşı var. Bu uşaqlar üçün ciddi təhlükədir.
Sığortasız canlar: Uşaqlarımızın sərnişin sığortası yoxdur! Hər hansı qəza baş verərsə, məsuliyyəti kim daşıyacaq?
Xarici dövlət nömrə nişanları: Paytaxtın mərkəzində, məktəb xidmətində xarici dövlət nömrə nişanlı avtobusların işləməsi hansı hüquqi çərçivəyə sığır?
Avtobus deyil, "buzxana" və "təhqir yuvası"
​Maddi tərəfi bir kənara, uşaqlara qarşı olan münasibət insanlıqdan uzaqdır:
​Antisanitariya və Soyuq: Avtobusların içi bərbad vəziyyətdədir, təmizlik sıfırdır. Qışın oğlan çağında istilik sistemi işləmir, uşaqlar "buzxana"da dərsə gedib-gəlirlər.
Ayaqüstü daşınma: Uşaqlar salonda üst-üstə oturdulur, çoxu ayaq üstə gedir. Sürücünün kobud manevrləri və qəfil tormoz verməsi nəticəsində uşaqlar avtobusun içində yıxılır, xəsarət alırlar.
Psixoloji zorakılıq: Sürücülər uşaqlarla daxili bazarda yük daşıyırmış kimi davranırlar. Onların ayaqqabısına, geyiminə irad tutan, ağzına gələni deyən, uşaqları təhqir edən bir "heyət"lə üz-üzəyik.
​Valideynlərin tələbi qətidir!
Uşaqlar artıq qorxudan avtobusa minmək istəmirlər. Seçdiyiniz şirkət hesabına övladlarımızı təhqir etdirmək və ya onların canını təhlükəyə atmaq istəmirik!
Ədalət Gecikəndə: Susqunluğun Cəzası
Hər gün gözümüzün önündə insanlar ölür. Kimi qəfil xəstəlikdən, kimi yol qəzasında, kimi güllədən, kimi bıçaqdan... Ölüm formaları dəyişir, amma həqiqət dəyişmir: hər kəs ölümlə üz-üzədir.
Amma biz elə yaşayırıq ki, sanki əbədi yaşayacağıq. Haqsızlıq baş verəndə susanlar var. Onlar “mənə toxunmur” deyib başlarını aşağı salır. Amma bilsələr, bu susqunluq sükut deyil, şərin böyüməsinə verdikləri fürsətdir. Hər susan insan bir gün özünə dönən zərbənin yolunu açır.
Ədalət gecikəndə susanlar cəzasını daha ağır çəkir. Dünən sükut edən, bu gün haqsızlıq qarşısında səsini qaldırmaq istəyən adamın qarşısında qınaq durur:
"Amma niyə dünən danışmadın?"
Cəmiyyətin paradoksu budur: danışanı lağa qoyur, susanı isə günahlandırır. İkisini də məhv edir. Çünki çoxluq qorxu ilə idarə olunur, vicdan nadir hallarda danışır.
Ölümü çox görmüşük, amma öyrənməmişik. Faniliyi bilirik, amma heç bir şey etməmişik. Susmaq rahatlıq gətirir, amma bu rahatlıq zəhərli və borcludur. Gec də olsa, hər susan həmin borcu ödəyir.
Ədalət gecikirsə, səbəb sadədir: çox susan var, az danışan var. Susanlar zəifdir, az danışan isə vicdanla yaşayır. Gec də olsa, susqunluğun cəzası gəlib çatacaq.
Seçimin nə olacaq?
Ya susacaqsan və bir gün ödəyəcəksən,
Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir
Slovakiyanın son illərdə göstərdiyi inkişaf Azərbaycanda da böyük məmnunluqla qarşılanır. Bu ölkənin Mərkəzi Avropada həm siyasi sabitliyi qoruması, həm də iqtisadiyyatda sürətli irəliləyiş əldə etməsi onu bölgənin diqqət çəkən dövlətlərindən birinə çevirib. Slovakiyanın bu uğurları Azərbaycanla münasibətlərin daha da genişlənməsi üçün əlverişli şərait yaradır və iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri açır.Slovakiyada həyata keçirilən iqtisadi islahatlar, sənayenin modernləşdirilməsi və texnologiya sektorundakı yeniliklər ölkənin ümumi inkişafına ciddi təsir göstərir. Bu dinamika həm Slovakiya iqtisadiyyatını gücləndirir, həm də Azərbaycanla birgə layihələrin reallaşdırılması üçün yaxşı imkanlar yaradır. Xüsusilə avtomobil sənayesi və innovativ istehsal sahələrində əldə olunan nailiyyətlər Azərbaycanın da hazırda inkişaf etdirdiyi sahələrlə üst-üstə düşür.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Slovakiya ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir. Onun görüşlərində və çıxışlarında bu əməkdaşlığın qarşılıqlı etimada və real maraqlara əsaslandığı vurğulanır. Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı yalnız ikitərəfli deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyətli sayılır.Enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri xüsusilə diqqət çəkir. Azərbaycanın enerji layihələri və tranzit imkanları Slovakiyanın Avropadakı rolu ilə tamamlanır və bu uyğunluq həm iqtisadi, həm də strateji baxımdan yeni imkanlar yaradır.Bundan başqa, Slovakiyanın təhsil və mədəniyyət sahəsində inkişafı Azərbaycanla humanitar əlaqələrin artmasına kömək edir. Slovakiya universitetləri, Avropa standartlarına uyğun təhsil mühiti və əlçatan imkanları ilə azərbaycanlı tələbələrin marağına səbəb olur. Bu da iki xalq arasında daha yaxın münasibətlər qurmağa şərait yaradır.
Ümumilikdə, Slovakiyanın uğurlu inkişafı Azərbaycanla münasibətlərin möhkəmlənməsinə ciddi təkan verir. Bu əməkdaşlıq təkcə iqtisadi maraqlara yox, həm də qarşılıqlı hörmətə və səmimi siyasi iradəyə əsaslanır. Azərbaycan daim etibarlı tərəfdaş kimi çıxış edir və dost ölkələrlə əlaqələrin genişlənməsi dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır.Slovakiya ilə münasibətlərin inkişafı Azərbaycanın güclü və müstəqil siyasətinin bir göstəricisidir. Bu gün ölkəmiz öz yolunu özü müəyyən edir və tərəfdaşlarının sayını artıraraq regionda sabitlik və tərəqqiyə mühüm töhfə verir. Slovakiya ilə əməkdaşlığın davam etməsi isə həm dövlətimizin gücünə güc qatır, həm də xalqımızın rifahına xidmət edir.
Bu münasibətlərin gələcəkdə daha da genişlənməsi Azərbaycanın parlaq, güclü və inamlı inkişaf yolunun davamı olacaq. Vətənimizin mənafeyinə xidmət edən hər addım kimi, bu əməkdaşlıq da ölkəmizin daha möhkəm sabahına verilən dəyərli töhfədir.
Mədinə Sofiyeva
YAP Xocalı rayon təşkilatının fəal gənci, Xocalı rayon sakini,Azərbaycan Dillər Universiteti Filologiya fakültəsinin 4-cü kurs tələbəsi
Bir dəfə satan min dəfə satar, ikiüzlülər dövrü bitir - TƏHLİL
Azərbaycan son aylarda dərin, sistemli və geri dönüşü olmayan bir dəyişiklik mərhələsindən keçir. Bu dəyişiklik tək siyasi strukturda özünü göstərmir.
İctimai davranışlarda, media mühitində, idarəçilikdə və ümumən düşüncə tərzində hiss edilir. Reallıq budur ki, ölkə daxilində yeni bir era başlayıb.
Və bu era bütün köhnə stereotipləri, şəxsi maraqları, köhnə təfəkkürün diktəsini alt-üst edir.
Heç yerdə “süd gölü” vədi yoxdur, olmayacaq da. Çünki yeni dövrün fəlsəfəsi rahatlıq, yaltaqlıq və qeyri-şəffaflıq üzərində qurulmur.
Yeni mərhələ milli kimliyi, milli marağı, milli mövqeni önə çəkir. Hər yer milli olmalıdır. Hər qərar milli olmalıdır. Hər addım ölkənin gələcəyinə xidmət etməlidir.
Bu fonda satqınlıqla başda oturanların dövr də tarixə qovuşur. Kim bilmir ki, bir dəfə satılan adam min dəfə satılmağa hazır olur. Dövlət isə belə insanların çiynində dura bilməz. Cəmiyyət bunu daha aydın görür və daha sərt qiymətləndirir.
Bu gün baş verənlər Azərbaycan toplumunun özünü Zəfərin nəticəsinə uyğunlaşdırması prosesidir. Bu proses siyasi idarəçiliklə məhdudlaşmır. Mediada da özünü göstərəcək. Hətta artıq göstərməyə başlayıb.
İllərlə “Ramiz Mehdiyevin adamı olmaq” bir çox sahələrdə üstünlük, bəzən də “toxunulmazlıq” kimi qəbul olunurdu. Bu statusu qazananlar həmişə o çevrənin adamı kimi qaldı və özlərinə süni üstünlük formalaşdırdılar. Amma yeni dövrdə bu “köhnə şifrələr” artıq işləmir. Cəmiyyət onları tanıyır, anlayır və arxaik düşüncəni qəbul etmir.
Cəmiyyətdə elə insanlar vardı ki, iştirak etdikləri hər bir tədbirdə özlərini ön sırada görməli olduqlarına inandırmışdılar. İndi də varlar. Bu siyasətdə də belə idi, deputatlıqda da belə idi, mediada, yazıçılıqda, incəsənətdə də belə idi. Elə bil ön cərgəyə pul verib yer bron etmişdilər. Amma reallıq dəyişdi.Oyun dövrü bitdi. Hər kəs öz yerini bilməlidir. Qaranlıq dövr artıq tarixə qovuşub. İşıqlar yandı və hər şey görünür. Kim nə edib, kim nə qədər səmimi olub, kim maska taxıb, toplum indi bunları daha tez sezə bilir. Artistlik dövrü keçmişdə qaldı. İndi iş görənlərin, sözünü əməli ilə sübut edənlərin zamanıdır.
Yeni nəsillərin örnək götürəcəyi şəxslər mütləq dürüst olmalıdır. Onlar hansısa ölkəyə pərəstiş etməməli, hansısa xarici ideologiyanın təzyiqinə düşməməlidirlər. Dünyada baş verənlərin fonunda Azərbaycanın öz qəhrəmanları var və yeni nəsil öz örnəklərini milli mühitdə tapmalıdır.
Uzun illər müxalif düşərgə Əli Kərimlinin monopoliyasında idi. “Bomba oğlan” yalnız o və onun ətrafı hesab edilirdi. Fərqli təfəkkürə malik olanlara yer verilmirdi. Bu monopolizm 1990-cı illərdən bəri müxalifətin tam formalaşmasına imkan vermədi. Sadəcə inanmış insanların ömrü, enerjisi və illəri tükəndi. Cəmiyyət isə dəyişmədi.
Eyni vəziyyət digər siyasi dairələrdə də yaşandı. Ramiz Mehdiyevin “bığının altından keçməyənlərə” də yer verilmirdi. Bu gün isə həmin gizlədilmiş, üstü örtülmüş faktlar üzə çıxır. Azərbaycanda ikiüzlülüyün, yaltaqlığın, satqınlığın pərdəsi qopub və hər şey daha aydın görünür.
Bilmək lazımdır, üzdə bir obraz, arxada tam başqa sifət olmaq dövrü yoxa çıxıb. Oyunbazlıq dövrü bitib. Üzdə “millət fədaisi”, arxada “millət düşməni” olanların əfsanəsi çöküb. Azərbaycanda artıq tam yeni dövr başlayıb və hər şey bu dövlətə xidmət etməlidir. Bu, yeni mərhələnin fəlsəfəsidir, buna şüar kimi bazmayın.
Bu səbəbdən yeni kadrları hədəf alırlar. Onları gözdən salmağa çalışırlar. İşləməyə imkan vermirlər. Çünki bilirlər ki, yeni sistemin hakimiyyəti gücləndikcə köhnə struktur tamamilə sıradan çıxacaq. Köhnə düşüncə sahibləri cəmiyyətin yenilənməsinə mane olur, çünki yeni dövrdə onların özlərinə yer tapılmayacağını yaxşı bilirlər.
Amma bu prosesi saxlamaq mümkün deyil. Cəmiyyət dəyişir. Gənclik dəyişir. Ölkənin öz gücünə inamı dəyişir. Zəfərlə başlayan yeni psixoloji mərhələ indi bütün sahələrə yayılır. Necə ki, ordu sahəsində özünü göstərdi, diplomatiyada göstərdi, iqtisadiyyatda göstərməyə başlayıb, ictimai şüurda da özünü büruzə verir.
Zəfər yalnız torpaqların azad olunması deyil. Zəfər həm də düşüncənin azad olunmasıdır. Zəfər həm də cəmiyyətin öz kimliyini yenidən dərk etməsidir. Bu gün Azərbaycan yeni düşüncə modelinə keçir və bu proses dayandırıla bilməz.
İndi məsələ təkcə idarəetmənin yenilənməsi ilə bitmir, bütün sahələrin yenidən qurulması vacibdir. Media daha milli və peşəkar olmalıdır. Siyasət daha şəffaf olmalıdır. Yazıçılıq daha səmimi olmalıdır. Deputat daha məsuliyyətli olmalıdır. Məmur daha xalqla bir olmalıdır.Azərbaycan yeni mərhələdədir. Bu mərhələnin əsas şərti milli birliyə, milli inkişaf strategiyasına və milli özünüdərkə xidmət etməkdir. Köhnə sistemin daşıyıcıları indi bunu istəsələr də, istəməsələr də qəbul etməyə məcburdurlar. Çünki tarixin təkəri bizim üçün artıq yaxşıya sari dönüb.
Yeni dövrün mahiyyəti budur: Azərbaycan artıq öz gələcəyini özü müəyyən edir. Bu yolda heç kim köhnə oyunlarla prosesə mane ola bilməyəcək. Cəmiyyət daha ayıqdır. Dövlət daha güclüdür. Gənclik daha iddialıdır. Zəfər isə bütün sahələrdə öz təsirini göstərməyə davam edir.
Və bu proses davam edəcək. Çünki Azərbaycan artıq öz tarixinin ən güclü mərhələsinə qədəm qoyub.
Yağış, qar yağacaq - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
ONA ÖLÜM YOXDUR
Bu hekayə II Qarabağ müharibəsi şəhidi Adəm Əliyevin həyatından ilhamlanaraq qələmə alınmışdır.
Ağdamın üzərinə enən payızın ilıq nəfəsi, yandırmayan isti günəşi evlərin pəncərəsindən içəri boylanırdı. Günəş elə düşünürdü ki, həmin gün o bütün evlərə şaxələnən istiliyi ilə nəfəs verəcək. Amma bir ev həmin gün elə bir şeylə isinəcəkdi ki, günəşin istiliyi yanında sönük qalacaqdı…Ağdamın-bu yaralı şəhərin yarasına dərman olacaqdı...
Ağdam... 18 noyabr 2000-ci il...
Arif təlaşla pəncərəyə yaxınlaşıb pərdəni elə çəkdi ki, karnizdən pərdəni saxlayan ağ sancaqların bir neçəsi qopub yerə düşdü. Pəncərəni açıb, gözlərini qamaşdıran günəş şüalarına əhəmiyyət vermədən yola tərəf boylandı. Həvəslə anasının qucağında qardaşı ilə içəri girməsini gözləyirdi. Axı Arifin neçə illərdir balaca əllərindən göylərə uzanan “qardaş istəyirəm” duası qəbul olmuşdu. Bəlkə də o evdə hamıdan çox Arif sevinirdi. Çünki qəlbindən qopan dua göyün yeddinci qatına qədər çıxmış, Allaha çatmışdı.
Axır ki, anası Akifə xanım uzaqdan göründü. Arif hamıdan qabaq külək kimi şığıyıb anasının qucağındakı balaca qardaşına tərəf qaçdı. Anasının qollarından tutub özünə doğru çəkdi. Qardaşının üzünə elə baxırdı ki, sanki dünyanın bütün nuru, işığı onun gözlərində əks olunmuşdu.
Arif əllərini sinəsində birləşdirib, diqqətlə beşiyə baxdı. Uşaq gözlərini yumub uyuyurdu…
Arif bir addım da anasına yaxınlaşıb pıçıltı ilə dedi:
- Mən ona bir ad vermək istəyirəm…
Anası gülümsəyərək, eyni pıçıltı ilə:
Yaxşı... De görək, adı nə olsun?
Arif körpənin yanağına baxdı, əllərini qardaşının üzündə gəzdirərək:
-Adı… Mmm…Adı Adəm olsun.
Sanki həmin an beşiyin içindəki uşaq bir anda daha ağır nəfəs aldı. Elə bil ad onu oyatdı.
Ana təəccüblə fısıldadı:
- Niyə “Adəm”, quzum?
Arif gülümsədi:
-İkimizin adı da “A” ilə başlayır, ona görə.
Anası Arifin başını sığalladı. İkisi də balaca Adəmi izləyirdi.
Kürdəmir... 2004-cü il…Akifə ana iki qanadına çevrilən oğulları ilə Kürdəmirə köçmək qərarı verdi. Ağdam işğalda deyildi, amma həyat işğala bənzəyirdi -işsizlik, yarımçıq evlər, dözülməz sükut. Beləcə, bir yaz axşamı yurdlarını ürəklərində daşıyaraq Kürdəmirə yollandılar.
Yeni, sıfırdan bir həyat onları gözləyirdi.
Adəm böyüdükcə elə bil həyat onu daim sınayırdı. Körpə vaxtı tez-tez xəstələnər, hər dəfə də sanki ölümün kənarında dayanıb geri qayıdardı. Elə Kürdəmirə köçdükləri il dörd yaşı olanda kirayə qaldıqları evin həyətindəki lil dolu quyunun yanından keçərkən qonşu uşağın itələməsi ilə başıaşağı o zülmət suya düşmüşdü. Amma o balaca uşaq, o balaca əllər…Quyu divarına sürtünə-sürtünə pillələri tapıb, palçığa bulaşmış halda, əsə-əsə o quyudan öz-özünə çıxdı.
Ev sahibi o gün Akifə ananın yanında Adəmə:
-Bala, daha sənə ölüm yoxdur, - dedi.
O cümlə ilə sanki anası oğlunun “ölümsüzlük” şərbəti içdiyinə inandı. Ona nəsə olar deyə narahat olsa da, bir tərəfdən də bu cümlə narahatlıqdan alışıb-yanan ürəyinə su kimi sərinlik verirdi.
Yetkinləşdikcə içindəki alov da böyüyürdü. Arif sakitliyi sevirdisə, Adəm dalğaları, coşğunu, meydanı sevirdi. Damarlarında sanki külək dolaşırdı, dayanmaq bilmirdi. Rep yazırdı, şeir yazırdı. Hər misrasında içində olanları deyirdi, amma çoxlarına göstərmirdi. O gündəlik... o gizli dəftər.... Adəmin ruhunun güzgüsü idi.
Hərdən pəncərənin önündə oturub payızda düşən yarpaqlara baxırdı. Payız fəsli gələndə onun da ruhu yenidən doğulurdu.
Anası bilirdi: Adəm o anlarda susursa, demək ki, daxilində nəsə danışır.
Zaman keçdikcə Adəmin içində başqa fırtınalar oyandı. Hər bir uşağın arzusu olur, amma onun arzuları sanki sinəsinə yerləşmirdi - daşırdı, daşıb sözə çevrilirdi.
Dəqiqələr keçdikcə divardakı saatın çıqqıltısı elə bil Adəmin evə gəlməsinə az qaldığını xəbərləyirdi.
Akifə ana saata baxa-baxa, tələsik qaynar suya saldığı tənək yarpaqlarını ayırırdı. Bəzən yarpaqlar barmaqlarının arasında cırılırdı, amma o buna fikir vermirdi. Tək istəyi dolmanı tez büküb qazın üstünə qoymaq idi. Adəm içəri girəndə onu ən sevdiyi yeməyin - yarpaq dolmasının qoxusu qarşılamalıydı.
Nəhayət, işini bitirib dincəlmək üçün yenicə oturmuşdu ki, qapı açıldı. Adəm içəri daxil oldu.
Akifə ana gözucu ona baxaraq dolmanın qoxusuna verəcəyi reaksiyanı səbirsizliklə gözlədi. Amma bu dəfə Adəm heç nə deməyib birbaşa təlaşla mətbəxə keçdi.
Tələsik bir stul çəkib oturdu, hələ nəfəsini belə dərməmiş dedi:
- Ana… Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbubəkir İsmayılov şəhid olub.
Cümlə sanki mətbəxin havasını ağırlaşdırdı. Bu xəbər Adəmə gözlənilməz dərəcədə təsir etmişdi. Gözlərindəki dərin kədər hər şeyi danışırdı.
Akifə ana nə deyəcəyini bilmədi. O da sadəcə oğlunu qucaqlayıb susaraq təskinlik verdi.Sükutu Adəm pozdu:
- Ana… Mən ona şeir yazmışam…
Səsi titrəməsə də, içindəki yanğı gözlərindən oxunurdu.
Anası ürəklənib:
- Şeiri oxumayacaqsan?-deyə soruşdu.
Adəm isə başını yellədi:
-Yox, ana. İndi yox, yaxşı deyiləm… Bir gün oxuyaram.
Necə şeir yazdığını Akifə ana bilməsə də, onu hansı dərin hisslərlə, yanğı ilə yazdığını bilmək belə bəs edirdi oğlunun gizlətdiyi misraların ruhunu anlamağa.
Artıq iyunun istisindən nəfəs almaq olmurdu. Adəm isə o istilərə əhəmiyyət vermədən studiyaya gedib-gəlirdi. Son zəng tədbiri üçün yazdığı repi həvəslə aranjeman etdirirdi. Qəlbində o günü düşünəndə qəribə qıdıqlanmalar yaranırdı. Bu, onun ilk ciddi işi idi. Öz sözlərindən yaratdığı ahəngi məktəbdəki hər kəsə göstərmək istəyirdi.
Saçını, üst-başını səliqəyə salıb məktəbə yola düşdü. Qapıdan çıxmamış anası və Arifə bərk-bərk tapşırdı:
- Son zəngimə gecikməyin ha, rep deyəcəm. Siz də orda olun, mən çıxış edəndə video çəkərsiniz.
Bunu deyib tələsik yola düzəldi.
Həyətdə şənlik, səs-küy, foto flaşları… Hamı “son zəngi” bayram kimi yaşayırdı. Amma Adəmin içində qaynayan başqa bir şey vardı. O gün o, bütün susduğu illəri bir dəqiqəyə sığdırıb rep ilə danışacaqdı. Nəhayət ki, öz sözünü deyəcəkdi.
Küncləri qatlanıb-açılmaqdan cırılan kağızı son dəfə oxumaq üçün göz gəzdirəndə məktəb direktoru ağır addımlarla ona yaxınlaşdı. Adəm əvvəlcə sevindi, düşündü ki, bəlkə çıxışa dəstək olacaq, “Hazırsan?” deyəcək.
Amma direktorun səsi bayram səs-küyünü yarıb qulağına bıçaq kimi girdi:
-Rep deməsən, məsləhətdir.
Elə bil bir anda hər şey susdu. Flaşlar sönmüş kimi oldu, musiqi kəsildi, həyətdəki gülüşlər uzaqlaşdı. Adəmin ürəyi bir anlıq dayanıb yenidən, daha sərt ritmlə döyünməyə başladı.
O an Adəmin içində nəsə qırıldı. Kağızı yumruğunun içində daha möhkəm sıxdı.Həyətdə hamı son zəngin şirin həyəcanını yaşayırdı. Adəm isə ona 11 il təhsil verən məktəbin həyətində ilk həyat dərsini aldı. Başa düşdü ki:
Ən çox susduranlar, sözün gücünü yaxşı bilənlərdir.
Evə qayıdanda hələ də udduğu qəzəbi içində idi. Anası və qardaşının arxasından gəlməsini nə eşitdi, nə gördü.
Qapını açıb dərhal otağa keçdi. Masanın üstündə həftələrlə yazdığı cırıq-cırıq dəftərlər, rep mətnləri, qafiyə qaralamaları dağınıq formada idi. O kağızların arasında nə qədər alınmayan cümlələr, düzələn misralar, gecələr yatmayıb yazdığı fikirlər vardı ki… Hamısını götürüb bir-bir yandırmağa başladı.
Akifə ana qolundan tutub yalvardı:
- Ana qurban, etmə belə…
O isə yanandan sonra yerə tökülən kağızların küllərinə baxıb, kəsik-kəsik nəfəs alaraq dedi:
-Ana… Bir gün elə məşhur olacam ki bütün Azərbaycan məndən danışacaq. Hamısı bu günü xatırlayıb peşman olacaq. Görərsən. Hamısı, hamısı peşman olacaq!
Bunu deyib qapını çırpıb çıxdı.
O həmişə harasa tələsərdi. Bəlkə də içindəki o duyğunun nə olduğunu anlamağa çalışır, elə o duyğunu yaradan səbəblərin arxasınca gedirdi.
Payız yenə gəldi. Yarpaqlar yenə bir-bir ağacdan rəqs edərək yerə düşürdü. Yerə düşən yarpaqları külək öz nəfəsi ilə ora-bura dağıdırdı.
Adəmin 18 yaşı tamam olmuşdu. Artıq çağırış vaxtı yetişmişdi. Sanki içində böyüyən xəfif duyğunu anlaması üçün yeni bir qapı açılmışdı. Həm həyəcanlı idi, həm susqun.
Akifə ana Adəmin əşyalarını çantasına yerləşdirərkən, sanki qəlbi də əlində bükdüyü paltarlar kimi sıxışırdı. Özünü toparlayıb dərin nəfəs aldı və başını qaldırıb Adəmə dedi:
-Bala, orda özündən muğayat ol, ha. Ürəyimiz yanındadır.
Arif isə kənarda əllərini qoynunda sıxıb onları izləyirdi.
Adəm qapıdan çıxanda Arif əllərini açıb dedi:Sən gedirsən, amma içim rahat deyil.
Adəm qardaşını qucaqladı:
-Mən qorxmuram, Arif, sən də qorxma.
Adəm xidmətə çağrıldığı gün evdən çıxanda, anası və qardaşı özlərinə tək bir cümlə ilə təskinlik verirdilər:
“Ona ölüm yoxdur.”
O, əvvəlcə Gəncədə, N saylı hərbi hissədə xidmət etməyə başladı. Üç ay idi ki, hər səhər eyni komanda ilə oyanır, eyni sıraya düzülürdü. Amma gündən-günə artıq usanmır, öyrəşir, güclənirdi. Hərbi hissənin monoton həyatı hamını darıxdırsa da, Adəmi özünə çəkirdi. Hər yerə tələsən adam burada artıq heç nə üçün tələsmirdi. Sanki axtardığı nə idisə, ona yaxınlaşdığını hiss edirdi.
Aprel ayı idi… Adəm artıq xidmətini Daşkəsəndə davam etdirirdi. Əsgərlikdə çox şey öyrənmişdi, amma ən çox ona təsir edən, təkcə silahı yox, həm də məsuliyyəti öyrədən insan - komandiri Polad Həşimov olmuşdu.
Onu “komandir” yox, içində “ata” kimi çağırırdı. Elə bil bütün nizam-intizam Polad Həşimovun səsində yaşayırdı:
- Əliyev, əsgər olmaq təkcə silah tutmaq deyil. Silahı çiynində, Vətəni qəlbində daşımaqdır.
O sözlər Adəmin yaddaşında silinməz iz kimi qaldı. Xidməti dövründə bu sözlərin təsiri ilə silaha daha möhkəm sarılırdı.
Həmin ilin Apreli Daşkəsənə yaz kimi yox, elə bil yarımçıq qış kimi gəlmişdi.
Hava hər gün dəyişirdi. Səhərlər günəş çıxırdı, axşama səngərin divarlarına leysan yağırdı.
Kəndin üstündə duman elə dolaşırdı ki, sanki dağlar nəfəs alır, nəfəs verirdi.
Adəm üçünsə Aprel, barıt qoxusu və içində dərinləşən sükut demək idi. O, öz daxili təkliyində yenidən doğulurdu, öz həqiqətinə addım-addım yaxınlaşırdı.
Gecələr hələ də soyuq idi. Səngərdə yalnız iki şey Adəmin qəlbini qızdırırdı: Polad Həşimovun ona öyrətdikləri və içində yanan sözlər.
Bəzən gecə postunda dayananda qulağını dağlara verirdi. Dağlarda sükut da başqa səslənirdi. Elə bil hər daşda kiminsə taleyi gizlənmişdi.
O axşam Adəm qeyd dəftərinə belə yazdı:“Aprel ayı qəribədi… nə qış, nə yaz. Elə mənim kimidi. Nə o tərəfəm, nə bu tərəf… Amma bilirsən, Aprel… İki arada bir dərədə qalmaq çox çətin hissdir.”
2016-cı ilə qədər Aprel Adəm üçün sıradan təqvim aylarından biri idi. Ta ki Aprel döyüşlərinə qədər. Əbubəkir şəhid olandan sonra Adəmin yaddaşında, qəlbində Aprelin havası da dəyişdi. Külək də susdu.
Səngərdə öz-özünə götür-qoy edən Adəmin içindəki səsi daxilindən qulağını batırarcasına yüksəldi.
O gecə Adəm öz-özünə pıçıldadı:
- Bəzən susmaq da döyüşmək qədər çətin imiş…
Aprel keçdikcə Adəmin baxışları daha dərin, addımları daha ağır oldu. Çünki Aprel təkcə bir ay deyildi. Aprel onun içindəki uşağın ölümü, əsgərin doğulması idi.
Amma bir-birini qovan günlərdən xəbərsiz bilmirdi ki, İyul ayının təsiri Apreldən də ağır olacaq…
İyul ayının qızmar yay günü tozlu təlim meydanında sıraya düzülmüş əsgərlərin arasında dayanarkən, o acı xəbəri eşitdi:
“Polad Həşimov şəhid olub.”
Bir cümlə bütün hərbi hissəni lərzəyə saldı. Sırada nizamla düzülmüş əsgərlər bir anda dağıldı. Hamı bu xəbəri dəqiqləşdirmək üçün məlumatlı birini axtarırdı. Adəm də komandirinin adını eşidən kimi elə bil içindən nəsə qopdu.
O gün Adəm sanki yetim qaldı. Amma buna baxmayaraq, iradəsi polad kimi bərkidi və qərar verdi: Hərbi xidmətini başa vuran kimi elə burada -hərbi qulluqçu kimi yenidən xidmətə davam edəcəkdi.Adəmin 1 il 6 aylıq hərbi xidməti başa çatırdı. Akifə ana aylarla günləri saymışdı. Hər tikə çörəyi dua ilə yeyir, hər telefon zəngi gələndə ürəyi yerindən çıxırdı. Hər dəfə “yaxşıyam,ana” deyən səsdə ürəyinin guppultusu dayanırdı.
Nəhayət, xidmətinin bitməsinə sayılı günlər qaldı. Qonşulara “Adəm gəlir” deməyi içində yüz dəfə məşq etmişdi. Sevdiyi yarpaq dolmasını bişirmək, süfrəni təamlarla doldurmaq və onu necə qarşılayacağını planlamışdı.
Adəm evə qayıtsa da, Akifə ananın sevinci Adəmin qərarını eşidənə qədər davam etdi.
-Ana, mən hərbidə qalıb işləməyə qərar verdim.
Akifə ananın sevinc dolu gözləri bir anda yaşla doldu. Qarşısında oturan oğlunun üzü bulanıqlaşdı. Gözündən yanağına düşən damlanı əliylə itələyərək dedi:
- Bir il yarım ürəyim min tikə oldu… Yenə başlayır, Adəm?
Adəm başını qaldırıb, sanki alacağı cavaba uyğun deyəcəklərini çoxdan hazırlamışdı. Həyəcanla:Ana, mən orada yarımçıq qalmış bir şey gördüm. Mən içimdə olan alovun közərdiyini gördüm. Mən dumanlı dağlara, yüksəklikdə yerləşən postlara aidəm. Əlimdəki silaha, həmişə eyni paltardan yorulmayacağım hərbi geyimə aidəm, ana. Mən təkcə əsgərliyimi bitirib getmədim oradan. Mən borc qoyub gəldim. Mənim dağlara sözüm var. Mən qayıtmalıyam. Şəhid olan komandirimin dediyi kimi, silahı çiynimdə, Vətəni qəlbimdə daşımalıyam. Verdiyim sözə xilaf çıxmağımı məndən istəmə, ana, istəmə!
Akifə ananın səsi titrədi. Gözlərində həm qürur, həm də ana fəryadı vardı:
-Mən səni qorumaq üçün böyütmüşəm, bala... Təkcə böyütmüşəm...Sən isə özünü oda atmaqdan danışırsan.
Bu dəfə Adəm susmadı. Məktəbdə repinə icazə verilmədiyi gün susduğu kimi susmadı. Bu dəfə danışdı.
- Ana, mən qorxmuram.
Akifə ana yalnız pıçıldaya bildi:
-Bilirəm…
Söz otağa sükut kimi yayıldı. Sonra Adəm çantasını götürdü. Qapıya doğru addımladı. Qardaşı Arif qapıda dayanıb onu izləyirdi. Bu dəfə “getmə” deyə bilmədi.Bilirəm…
Söz otağa sükut kimi yayıldı. Sonra Adəm çantasını götürdü. Qapıya doğru addımladı. Qardaşı Arif qapıda dayanıb onu izləyirdi. Bu dəfə “getmə” deyə bilmədi.
Adəm pilləkənlərdən düşərkən, ana pıçıltı ilə, heç kimin eşitmədiyi, amma Tanrının mütləq eşitdiyi səslə dedi:
-Ayağına daş dəyməsin, bala. Nə olursa olsun, salamat ol.
Və hekayə o gün bir daha başladı.
Çünki bu dəfə Adəm sadəcə hərbiyə yox  müharibəyə gedirdi.
2020-ci il, 27 sentyabr…
Səhər tezdən hamı oyandı. Adəti üzrə hər kəsin əli telefona uzansa da, internet şəbəkəsi yox idi. Facebookda, Instagramda xəbər lenti yenilənmirdi. Akifə ana təkrar-təkrar Wi-Fi şəbəkəsini söndürüb-yandırırdı. Yəqin telefonunda nəsə problem olduğunu düşünüb Arifi səslədi:
-Arif, bala, bax gör bu niyə WhatsApp-a girmir?
Arif telefonu götürüb ekrana baxdı. Bir neçə saniyə susdu. Gözlərini anasından qaçıraraq sakit səslə dedi:
-İnternet yoxdur, ana… Hamıda belədir.
Elə bu vaxt qapı döyüldü. Qonşuluqda yaşayan bacısı Afər xala həyəcandan təngnəfəs içəri girdi:Ay Akifə, sizdə də internet yoxdur? Nə olub belə? Bütün məhlə danışır ki, nəsə başlayıb…
Akifə ananın ürəyi birdən sıxıldı. Heç nə eşitməsə də, içində qəribə bir titrəyiş vardı. Pəncərəyə yaxınlaşıb bayıra baxdı. Küçə adamla dolu idi, hamı pıçıldaşırdı.
Arif təlaşla televizoru açdı. Kanalların əksəriyyəti susqun idi, amma birdən ekranda xəbər başlığı göründü: cəbhə xətti, təcili məlumat, əməliyyatların başladığı barədə elan…
Akifə ana əllərini bir-birinə vurdu:
- Ay Allah… başladı?
Afər xala iki əlini göyə qaldırıb dua etdi:
-Allahım, balaları qoru…
Arif isə donub qalmışdı. Gözləri tək bir nöqtəyə zillənmişdi. Sanki içindən nəsə qopub yerə düşmüşdü.
- O… ordadır… - deyə pıçıldadı. - Adəm… ordadır…
Akifə ana özünü güclə saxlayıb divara söykəndi. Səsi titrədi:
-Balama bir şey olsa… mən... mən necə yaşayaram?
Evin içinə qəribə bir sükut çökdü. Sanki nəfəs almaq belə çətin idi. Sükutu Arifin qapıya doğru gedən ayaq səsləri pozdu.
Akifə ana təlaşla:
-Hara gedirsən, Arif? Hara gedirsən?!
Arif, çənəsi əsə-əsə:Ay Akifə, sizdə də internet yoxdur? Nə olub belə? Bütün məhlə danışır ki, nəsə başlayıb…
Akifə ananın ürəyi birdən sıxıldı. Heç nə eşitməsə də, içində qəribə bir titrəyiş vardı. Pəncərəyə yaxınlaşıb bayıra baxdı. Küçə adamla dolu idi, hamı pıçıldaşırdı.
Arif təlaşla televizoru açdı. Kanalların əksəriyyəti susqun idi, amma birdən ekranda xəbər başlığı göründü: cəbhə xətti, təcili məlumat, əməliyyatların başladığı barədə elan…
Akifə ana əllərini bir-birinə vurdu:
- Ay Allah… başladı?
Afər xala iki əlini göyə qaldırıb dua etdi:
-Allahım, balaları qoru…
Arif isə donub qalmışdı. Gözləri tək bir nöqtəyə zillənmişdi. Sanki içindən nəsə qopub yerə düşmüşdü.
- O… ordadır… - deyə pıçıldadı. - Adəm… ordadır…
Akifə ana özünü güclə saxlayıb divara söykəndi. Səsi titrədi:
-Balama bir şey olsa… mən... mən necə yaşayaram?
Evin içinə qəribə bir sükut çökdü. Sanki nəfəs almaq belə çətin idi. Sükutu Arifin qapıya doğru gedən ayaq səsləri pozdu.
Akifə ana təlaşla:
-Hara gedirsən, Arif? Hara gedirsən?!
Arif, çənəsi əsə-əsə:Gedib gözləyəcəm, ana. Komissarlığın qabağında duracam. Gözləyəcəm ki, çağırış açılsın. Mən evdə necə oturum?
Akifə ana:
- Bir evdən iki oğul gedər?! Mən tək başıma bu evdə havalanaram, ay bala… Heç olmasa sən qal…
Arif dayanıb anasına baxdı. O baxışda qorxu yox idi. Sadəcə qərar vardı.
-Mənim qardaşım orda döyüşür… Mən burda necə nəfəs alım, ana.?
Bir anlıq dodaqlarını sıxdı, sonra sakitcə əlavə etdi:
-Mən onun tək döyüşməsinə icazə verməyəcəm. Qoy yan-yana dayanıb vuruşaq. Qoy Adəm bilsin ki, tək deyil.
Akifə ana gücsüzcə kresloya çökmüş vəziyyətdə pıçıldadı:
- Bala… heç olmasa bircə mesajını gözlə… Bəlkə yazdı…
Arif sakitcə:
- Narahat olma, ana. Xəbər edəcəm, narahat olma.
Günorta saatları idi. Artıq bir neçə eyvandan asılan Azərbaycan bayraqları görünürdü. Komissarlığın qarşısında uzun bir növbə yaranmışdı. Arif qapının önündə sıraya düzülən könüllülərin arasına daxil oldu. Çoxu tanış simalar idi. Məhlədən, məktəbdən…
Səslər eşidilirdi:
- Adımı siyahıya salın.
-Qardaşım ordadadı, məni də aparın!Yaşın nə dəxli var, ay kişi?! Mən təcrübəliyəm, məni də yaz!
Arif isə gözünü səmaya dikdi. Səmaya baxa-baxa pıçıldadı:
-Gəlirəm, Adəm. Sən hardasansa, mən də orda olacam… Gəlirəm.
Sentyabrın 27-si, Murovdağ…
Həmin gün Murovun zirvəsində külək başqa cür əsirdi. Sanki ordakı hava da bir insana, döyüşçüyə çevrilmişdi. Dağ nəfəs alır, qar nəfəs verirdi. Səhər Murov dumanla örtülü idi. Səngərin üstündən keçən buludlar yerə o qədər yaxın idi ki, əlini uzatsan, toxunardın.
Adəm səngərin başında dayanmışdı. Döyüşçü yoldaşları isə öz aralarında nələrsə danışır, buşlatlarını düzəldir, silahlarına daha möhkəm sarılaraq ətrafa baxırdılar. Amma Adəm qəribə dərəcədə sakit idi. Belə sakitlik yalnız iki yerdə olurdu: ya dua edəndə, ya da şəhid olmağa bir addım yaxınlaşanda…
Komandirin səsi sükutu pozdu:
- Uşaqlar… Oraya getmək lazımdır. Geciksək, onlar mövqelərini tam möhkəmləndirəcək. Amma ora getmək… ölümlə üz-üzə getmək deməkdir.
Əsgərlər bir-birinə baxırdı. Heç kimin səsi çıxmırdı. Havanın sükutu ağırlaşırdı… Ayaqqabıların altında xırçıldayan qarın səsi belə eşidilirdi. Komandir yenə danışdı, bu dəfə daha yavaş, amma daha ağır səslə:
-Mən sizə “gedin” deyə bilmirəm. Kim mənimlə könüllü gedəcək?
O anda Adəm irəli çıxdı:Komandir… Mən gedirəm.
Komandir onun gözlərinə baxdı. Adəmin baxışında gördüyü o qətiyyətdən əmin olsa da yenə də soruşmaq ehtiyacı hiss etdi:
-Adəm, bilirsən də, bu dönüşü olmayan yoldur?
Adəm əlini silahın üzərinə qoyub, yavaş, amma əminliklə:
- Mən onsuz da bu yola dönmək üçün gəlməmişəm, komandir. Gedək. Vaxt yoxdur.
Onlar Murovun buzla örtülmüş yamacına doğru irəliləyirdilər. Yavaş-yavaş qarın dumanında gözdən itdilər. Birdən uzaqdan minamyotun uğultusu eşidildi, hər kəs səksəndi, nə olduğunu anlamağa çalışdı. Minamyotun səsi səmanı yardı. Torpaq göyə sovruldu. Hər şey bir anlıq titrədi. Komandiri Adəmi qorumaq üçün ağzını açmağa icazə verməyən minamyotun sayısız qəlpəsi onu parça-parça etdi. Eyni anda o amansız qəlpənin biri Adəmi tapıb, bədəninə sancıldı. Adəm son nəfəslərini alıb verərkən ağzından çıxan buxar havada donub yox olurdu. Murovun soyuğu bıçaq kimi içini kəsirdi. Amma o an, qəlbində başqa bir istilik canlandı. Qəfil, izahı olmayan şəkildə ən sevdiyi yeməyin -yarpaq dolmasının qoxusunu hiss etdi.
Elə bil Akifə ana mətbəxin pəncərəsini açmışdı; bişən dolmanın buxarı dağlara dolub oğlu üçün yol tapmışdı.
Adəm gözlərini yumdu. İçində bir anlıq ev sakitliyi yarandı, nəfəsi yumşaldı. İndi yalnız ev, ana nəfəsi və geridə qalanlar var idi… Üşüdüyünü artıq hiss etmirdi.
Adəm gözlərini göyə dikdi. 19 il əvvəl Arifin “qardaş istəyirəm” deyib dua etdiyi o göyə son dəfə baxdı… və elə həmin göyə pıçıldadı:
- A… rif…
Müəllif: Nuray Rəşid
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.
Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.
Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq.
Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.
Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN; xarici ölkə vətəndaşları üçün: uşaqlar - 6 AZN, böyüklər - 15 AZN təşkil edir.
Rasim Xudaverdiyevin dələduz əməllərinin Vəhdət Partiyası ilə heç bir bağlılığı yoxdur
Azərbaycan Vəhdət Partiyasının (AVP) Rəsmi Məlumatı
Bir sıra mətbuat orqanlarında, o cümlədən “Azərbaycan Vəhdət Partiyasının Abşeron rayon təşkilatının sədri həbs olunub” başlıqlı xəbər yayımlanmışdır.
Məlumatda qeyd edilən Rasim Xudaverdiyev adlı şəxsin guya partiyamızın Abşeron rayon təşkilatının sədri kimi təqdim olunması tamamilə yanlış, qərəzli və reallığı əks etdirməyən informasiyadır.
Qeyd edirik ki, Rasim Xudaverdiyev 2024-cü il dekabrın 15-də həbs olunub. Həbsindən əvvəl onun barəsində cinayət işi açılmış və o, axtarışda olan şəxs kimi qeydiyyata alınmışdır. Həbs olunmazdan bir ay öncə isə rayin partiya sədrliyindən və partiya sıralarından xaric edilmiş, törətdiyi cinayət əməllərinə görə hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına məlumat verilmişdir.
Rasim Xudaverdiyevin partiyamızın Abşeron rayon təşkilatının sədri və üzvü olmadığı barədə Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə də rəsmi məlumat təqdim olunmuşdur.
Bundan əlavə, 2024-cü ildə parlament seçkiləri ərəfəsində Rasim Xudaverdiyev partiya rəhbərliyindən icazə almadan, özbaşına təbliğat və təşviqat materialları hazırlamış, şəhid və qazi ailələrini, eləcə də seçiciləri aldadıcı şüarlarla çaşdıraraq partiyanın adından sui-istifadə etmişdir. Bu səbəbdən həm Rasim Xudaverdiyev, həm də həmin dövrdə Vəhdət Partiyasının Abşeron rayon təşkilatına nəzarət edən şəxslər partiyadan uzaqlaşdırılmışdır.
2025-cü ilin iyul ayında Abşeron rayonunda 350 nəfərin iştirakı ilə keçirilmiş konfransda yeni rayon sədri seçilmişdir.
Beləliklə, Rasim Xudaverdiyev həbsindən əvvəl – Azərbaycan Vəhdət Partiyasının Ali Məclisinin qərarı ilə partiya sıralarından xaric edilmişdir.
Rasim Xudaverdiyevin bu cür hərəkətləri partiyamızın VI Qurultayından əvvəl baş verdiyi üçün onun nə partiyamıza, nə də yerli təşkilatlara və yeni rəhbərliyə heç bir aidiyyəti yoxdur.
Hazırda Azərbaycan Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvidir.
O, partiyanın 2025-ci ilin 12 iyun ayında keçirilmiş Qurultayında üzvlərin yekdil qərarı ilə sədr seçilmişdir. Yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra ölkə üzrə bütün rayon təşkilatlarının yenidən təşkili, strukturlaşdırılması və şəffaf idarəçilik prinsipləri əsasında formalaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.
Azərbaycan Vəhdət Partiyasının yeni sədri Adəm İsmayıl Bakuvi bu cür xoşagəlməz hallarla davamlı şəkildə mübarizə aparır və aparacaqdır.
Son 4 ay ərzində Vəhdət Partiyası sıralarına 400-dən çox yeni üzv qəbul edilmiş, bu müddət ərzində 12 dəfə yüksək səviyyəli konfranslar, elmi müzakirələr və seminarlar təşkil olunmuşdur.
Hazırda partiyamızın sıraları şəffaflaşdırılaraq, bütün rayon təşkilatlarında konfranslar və iclaslar keçirilir, yeni rəhbərlər dövlətinə sadiq, qanunlara hörmət edən, siyasi və sosial savada malik gənclər arasından seçilir.
Vəhdət Partiyası hər zaman şəhid və qazi ailələrinə hörmətlə və qayğı ilə yanaşır.
Azərbaycan Vəhdət Partiyası 1994-cü ildən fəaliyyət göstərir və partiyanın minlərlə üzvü var. Hər hansı fərdi şəxsin nalayiq hərəkətləri partiyamızın cəmiyyətdəki nüfuzuna xələl gətirə bilməz.
Mətbuatda yayılan bu cür köhnə, təhrif edilmiş və məqsədli xarakter daşıyan məlumatların dövriyyəyə buraxılması partiyamızın nüfuzuna kölgə salmaq və ictimai rəyə yanlış təsir göstərmək cəhdi kimi qiymətləndirilir.
Azərbaycan Vəhdət Partiyası ictimaiyyəti dezinformasiyalara deyil, yalnız rəsmi mənbələrə istinad etməyə çağırır.
Eks-deputatdan Emin Əmrullayevlə bağlı şok yazı: milyonlar mehdiyevçilərə niyə verilib?
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təhsilinə zərrə qədər fayda verməyən “Yuva” Feminist təşkilatına milyonlarla manat qrant vəsaiti bağışlayıb.
Bu təşkilat qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən külli miqdarda maliyyə vəsaitləri əldə ediblər. Həmin dəstəyə cəlb olunan şəxslərin əldə etdikləri iri məbləğlər təxribatçılıq xarakterli materialların hazırlanmasına və tədbirlərin təşkilinə sərf edilib. Təkcə ötən il Elm və təhsil nazirliyi bu Feminist təşkilata qrant layihəsi adı ilə 102 min manat pul verib.
Nəzərə almaq lazımdır ki, nazirlik bu təşkilatı 2016-cı ildən himayə edir. Ötən ilin dekabrında araşdırmalar zamanı məlum dəstənin layihələrlə əlaqəli əldə etdikləri təxmini 700000 manat dəyərində maliyyə vəsaitləri, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib.
Elm və təhsil nazirliyi müəllimlər üçün heç bir əhəmiyyəti olmayan “təlimlər” keçirən “Savad” Məhdud Məsuliyyətli Cəmiyyətə ildə təxminən 1 milyon manatdan çox vəsait ayırır. Bu təşkilatın rəhbəri Məhəbbət Vəliyeva Ramiz Mehdiyevin ən yaxın adamlarından biridir. “Savad” təlimçiləri müəllimlərin istirahət hüququnu kobud şəkildə pozurlar. Belə ki, hər həftənin altıncı və bazar günləri axşam saatlarında müəllimləri nazirliyin adından təhdid edərək lazımsız təlimlərə cəlb edirlər.
2013-cü ilin Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayının gedişatında Ramiz Mehdiyev tanınmış bir professor pedaqoqun adını çıxışçılar siyahısından silərək həmin bu Məhəbbət Vəliyevanın adını yazmışdı. Şübhəsiz ki, Məhəbbət Vəliyeva qurultaya hazır konspektlə gəlmişdi.
Məhəbbət Vəliyeva həm də Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq - Qərb” nəşrriyyatına iri məbləğdə pulların verilməsinə vasitəçilik edir və faktiki olaraq bu nəşriyyatın şəriklərindən biridir.  Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC qalib elan edib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödəyib.
2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb”lə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq.
İstər feministlər, istərsə də R.Mehdiyevin oğlu və yaxın adamlarının sümürdüyü milyonların harada və nəyə xərclənməsinin izinə düşülməlidir.