Elm və təhsil - Təhsil Media
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim–rəhbər münasibətlərini tənzimləyən mövcud qaydalar müəllimlərin vəzifə öhdəliklərini və etik davranış prinsiplərini müəyyən edir.
Təhsilverənlərin iş zamanı rəhbər göstərişlərinə necə yanaşmalı olduqları, həmçinin hüquq və vəzifələri aydın şəkildə göstərilir. Burada həm qanuni tapşırıqların yerinə yetirilməsi, həm də etik normalara əməl edilməsi əsas prinsip kimi qeyd olunur.
Bəs bu qaydalar müəllim-rəhbər münasibətlərində praktikada necə tətbiq olunur və hansı hallarda fərqli yanaşma ortaya çıxa bilər?
AzEdu.az-ın “Müəllimlərin etik davranış Qaydaları”na istinadən verdiyi xəbərə görə, müəllimlər rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və şifahi tapşırıqlarını yerinə yetirməyə borcludurlar.
Bu, onların əsas vəzifə öhdəliklərindən biri kimi müəyyən edilir.
Qanunsuz tapşırıq verildikdə nə baş verir?
Müəllim ona verilən göstərişin qanuna və ya normativ hüquqi akta zidd olduğuna əmindirsə, həmin tapşırığı yerinə yetirməkdən imtina edə bilər.
Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
Qanuni göstərişlərə əməl olunmamasının nəticəsi nədir?
Qanuni rəhbər göstərişlərinin yerinə yetirilməməsi müəllim üçün intizam məsuliyyəti yaradır.
Müəllimlə rəhbər arasında münasibətlər qarşılıqlı hörmət və peşə etikası əsasında qurulmalıdır.
Müəllim məlumat verərkən nəyə diqqət etməlidir?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Son illərdə bir çox ölkələrdə təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərin sertifikasiyası əsas vasitələrdən birinə çevrilib. Lakin bu prosesin təşkili, qiymətləndirmə meyarları və hədəfləri ölkələr arasında fərqli yanaşmalarla tətbiq olunur.
Bir sıra ölkələrdə sertifikasiya yalnız nəzəri biliklərin yoxlanılması ilə məhdudlaşmır, müəllimin sinifdaxili fəaliyyəti, pedaqoji bacarıqları və peşəkar inkişafı da qiymətləndirilən kompleks sistem kimi qurulur. Digər ölkələrdə isə bu proses daha çox imtahan əsaslı və formal qiymətləndirmə xarakteri daşıyır.
Bu fərqli modellər fonunda sual yaranır: dünya təcrübəsində hansı sertifikasiya yanaşmaları daha effektiv hesab olunur və bu təcrübələrin hansı elementləri Azərbaycanda tətbiq oluna bilər?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.
Ekspert, dünya təcrübəsində sertifikatlaşdırma prosesinin necə həyata keçirildiyinə dair örnəklər verib:
Rəqəmsallaşmada məktəblər hələ gecikir - “Müəllimlərin İKT bacarıqları kritikdir”
“Sertifikatlaşdırma ilə bağlı dünyada fərqli modellər mövcuddur. Hazırda sertifikatlaşdırmanın əsas məqsədinə baxsaq, burada məqsəd daha yaxşı və daha keyfiyyətli müəllimləri təhsil sisteminə cəlb etməkdir. Buna görə də bəzi ölkələr bu məqsədə sertifikatlaşdırma tətbiq etmədən nail olurlar.
Finlandiyada magistratura dərəcəsi olan şəxslər müəllim kimi fəaliyyət göstərə bilirlər. Yəni seçim prosesi özü kifayət qədər keyfiyyətli qurulduğu üçün nəticədə müəllimlər də yüksək keyfiyyətli olur. Artıq onları əlavə imtahanlara cəlb edib, aralarından zəif olanları ayırmaq kimi bir yanaşma yoxdur. Çünki müəllimlik sisteminə qəbul mərhələsində çox güclü bir filtr, yəni ciddi seçim mexanizmi tətbiq olunur. Həmin süzgəc də ən yaxşı müəllimlərin seçilməsini təmin edir.
Məsələn, Sinqapurda yanaşma bir qədər fərqlidir. Orada lider olmaq, mütəxəssis kimi inkişaf etmək və ya müəllim olmaq istəyən şəxslər uzunmüddətli tədris və təlim prosesindən keçirlər. Buna görə də həmin ölkədə hazırda fəaliyyət göstərən müəllimlərin ayrıca sertifikatlaşdırılması anlayışı yoxdur.
Amerika Birləşmiş Ştatlarında isə sertifikatlaşdırma könüllü xarakter daşıyır. Yəni istəyən müəllimlər sertifikatlaşdırma imtahanında iştirak edir və uğur qazandıqda onların maaşı artır, peşəkar nüfuzu yüksəlir, həmçinin vəzifədə irəliləmələri daha asan olur. Onlar hər yerdə “sertifikatlaşdırılmış müəllim” kimi təqdim olunurlar.
Bununla belə, sertifikatlaşdırmadan keçməyən müəllimlər də əmək fəaliyyətlərini davam etdirə bilirlər. Sadəcə, sertifikatlaşdırılmış müəllimlərlə digərləri arasında illik maaş fərqi təxminən 3-5 min dollar civarında olur və bu fərq çox böyük hesab edilmir.
Cənubi Koreyada isə müəllimliyə qəbul yenə də olduqca rəqabətlidir və bizim müəllimlərin işə qəbulu imtahanına bənzər şəkildə imtahan vasitəsilə həyata keçirilir. Buna görə də orada da fəaliyyət göstərən müəllimlərin ayrıca sertifikatlaşdırılması anlayışı mövcud deyil”.
Müəllimlərin hər hansı kursa ödəniş edib hazırlaşmaq məcburiyyətində qalması ciddi bir problemdir:
“Azərbaycanda sertifikatlaşdırma imtahanının tətbiq edilməsinin əsas səbəblərindən biri müəllim sayının ehtiyacdan artıq olmasıdır. Azərbaycan Elm və Təhsil Nazirliyi diaqnostik qiymətləndirmələrdən başlayaraq müşahidə edir ki, sistem daxilində öz peşəsini yetərincə bilməyən, həmçinin düzgün yollarla məzun olmamış çoxlu müəllimlər mövcuddur. Buna görə də həmin müəllimləri müəyyənləşdirib sistemdən kənarlaşdırmaq məqsədilə belə bir mexanizm tətbiq olunub. Hazırkı vəziyyət ümumilikdə bundan ibarətdir.
Bu modellərdən hansı Azərbaycana tətbiq oluna bilər? Hazırda mövcud olan model əslində pis model deyil. Sadəcə, sualların tipi əzbərçiliyə əsaslanmamalıdır, oxşar və çaşdırıcı cavab variantları üzərində qurulmamalıdır. Eyni zamanda müəllimləri repetitorlara və ya kurslara möhtac vəziyyətə salmamalıdır.
Elm və Təhsil Nazirliyi müəllimlər üçün baza video resursları və təlim materialları hazırlamalıdır ki, onlar həmin mənbələrdən istifadə edərək sərbəst şəkildə hazırlaşa və sertifikatlaşdırma imtahanının məzmununu mənimsəyə bilsinlər. Əks halda, müəllimlərin hər hansı kursa ödəniş edib hazırlaşmaq məcburiyyətində qalması ciddi bir problemdir. Bu, həm iqtisadi, həm sosial, həm də psixoloji baxımdan ciddi bir böhran kimi qiymətləndirilə bilər”.
Sinqapur və Finlandiya modeli bizim üçün nümunə ola bilər:
"Könüllülük məsələsində isə Amerika Birləşmiş Ştatları modeli bizim üçün daha uyğun nümunə ola bilər, çünki orada qeyd etdiyim kimi proses könüllülük əsasında qurulub.
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
6-8 may 2026-cı il tarixlərində Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Bərdə STEAM Mərkəzində hazırlıq keçən “Kraken” komandası Türkiyədə keçirilən 18-ci Beynəlxalq MEB Robot Yarışmasında uğurlu nəticə əldə edib.
Aztəhsil.az xəbər verir ki, komanda yarışın “Su Altı Gəmi” kateqoriyası üzrə final mərhələsində iştirak edən 37 komanda arasında 7-ci yerə layiq görülüb. “Kraken” komandasının heyətində yer alan iştirakçılardan 2 nəfəri Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbəsidir.
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “I MDU Yaşıl Kampus İdman Festivalı” regionda universitet həyatının yalnız auditoriya və tədris prosesi ilə məhdudlaşmadığını, ali təhsil müəssisəsinin şəhərin sosial, ekoloji və ictimai inkişafında mühüm rol oynadığını göstərən fərqli bir təşəbbüs kimi yadda qalıb.
Aztəhsil.az müəllimi xəbər verir ki, mayın 10-da Mingəçevir Dövlət Universitetinin kampusu və şəhərin müxtəlif idman məkanları bir gün ərzində sağlam həyat tərzinin, gənclik enerjisinin, ekoloji düşüncənin və sosial fəallığın ünvanına çevrilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan festival təkcə idman yarışı deyil, həm də yaşıl gələcək, dayanıqlı həyat və universitet-şəhər həmrəyliyi mesajı daşıyan genişmiqyaslı ictimai platforma kimi diqqət çəkib.
Festival Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Lakin tədbirin əsas mahiyyəti rəsmi təşkilatçılıqdan daha geniş idi: bu festival şəhərin ritminə qoşulan, gəncləri hərəkətə gətirən, ekoloji məsuliyyəti gündəlik həyat davranışına çevirməyə çağıran canlı bir sosial təşəbbüs təsiri bağışlayıb.
Səhər saatlarından universitet ərazisində xüsusi canlanma müşahidə olunurdu. Tələbələr, müəllimlər, məzunlar, idmançılar, tərəfdaş qurumların nümayəndələri və şəhər sakinləri festival ab-havasına qoşularaq Mingəçevirin ictimai həyatında fərqli bir günün iştirakçısına çevrilmişdilər. Ümumilikdə 3000-dən çox iştirakçının qatıldığı tədbir regionda sağlam həyat tərzi və yaşıl düşüncə ideyalarının kütləvi şəkildə təqdim olunduğu mühüm platforma kimi böyük maraq doğurub.
Festivalın ən diqqətçəkən tərəflərindən biri idman fəaliyyətlərinin şəhər mühiti ilə vəhdət təşkil etməsi idi. Marafon və qaçış yürüşləri Mingəçevirin mərkəzi küçələri boyunca təşkil olunub. Yaşıllıq zolaqları, açıq hava məkanları və şəhərin dinamik atmosferi bu yürüşlərə xüsusi ruh qatıb. İştirakçılar yalnız yarışmır, həm də hər addımları ilə sağlam həyat, ekoloji məsuliyyət və aktiv şəhər mədəniyyəti mesajı verirdilər.
Velosiped yürüşü festivalın yaşıl fəlsəfəsini ən aydın ifadə edən hissələrdən biri olub. Gənclər və həvəskar idmançılar velosipedlə şəhər marşrutu boyunca hərəkət edərək təmiz nəqliyyat, karbon izinin azaldılması və dayanıqlı mobillik ideyasına diqqət çəkiblər. Xüsusilə iştirakçıların böyük hissəsinin tədbir məkanına avtomobilsiz — piyada, velosipedlə və ictimai nəqliyyatla gəlməsi festivalın ekoloji mahiyyətini daha da gücləndirib.
Voleybol, futbol, üzgüçülük, stolüstü tennis və eko-yarışlar festivalın idman xəritəsini daha da rəngarəng edib. Hər meydançada fərqli bir enerji hiss olunurdu: komandaların bir-birinə dəstəyi, tamaşaçıların alqışları, gənclərin rəqabət həvəsi və iştirakçıların bayram ovqatı tədbiri klassik idman yarışından çıxararaq ictimai həmrəylik mühitinə çevirib.
Festivalın ekoloji məzmununu tamamlayan təşəbbüslərdən biri “Green Nutrition Zone” – Yaşıl Qidalanma Zonasının yaradılması idi. Burada yerli və mövsümi məhsullar, orqanik qidalar, ekoloji təmiz istehlak nümunələri və plastiksiz qablaşdırma həlləri təqdim olunub. “Zero Waste Food” yanaşması çərçivəsində qida tullantılarının azaldılması, məsuliyyətli istehlak və təkrar istifadə vərdişləri iştirakçılara praktik nümunələrlə nümayiş etdirilib.
Tədbirin musiqili hissəsi isə festivalı daha da canlı və yaddaqalan edib. İdman yarışlarından sonra təqdim olunan konsert proqramı və açıq hava musiqi çıxışları universitet kampusunda bayram əhval-ruhiyyəsi yaradıb. Şəhər sakinlərinin və gənclərin bu hissəyə xüsusi maraq göstərməsi Mingəçevir Dövlət Universitetinin təkcə təhsil ocağı deyil, həm də şəhərin ictimai-mədəni həyatına dinamizm verən mühüm mərkəz olduğunu bir daha göstərib.
Festivalın strateji əhəmiyyətini dəyərləndirən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib ki, müasir universitet modeli artıq yalnız auditoriya, dərs prosesi və akademik göstəricilərlə ölçülmür. Onun fikrincə, ali təhsil müəssisələri bu gün cəmiyyətin intellektual, sosial, ekoloji və mədəni inkişafına istiqamət verən çoxfunksiyalı inkişaf mərkəzlərinə çevrilməlidir.
Rektor qeyd edib ki, dünyada baş verən sürətli elmi-texnoloji dəyişikliklər, rəqəmsal transformasiya və ekoloji çağırışlar universitetlərin missiyasını daha da genişləndirir. Bu baxımdan Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyası da yalnız kadr hazırlığına deyil, həm də insan kapitalının gücləndirilməsinə, innovativ düşüncənin formalaşdırılmasına, sosial məsuliyyətin artırılmasına və ekoloji şüurun inkişafına əsaslanır.
Anar Eminovun sözlərinə görə, “I MDU Yaşıl Kampus İdman Festivalı” universitetin “Yaşıl Kampus” strategiyasının praktik ifadəsidir. Festival sağlam həyat tərzi, ekoloji düşüncə, sosial həmrəylik və dayanıqlı inkişaf dəyərlərini bir araya gətirərək universitetin gələcək inkişaf baxışını cəmiyyətə açıq formada təqdim edib.
Rektor bildirib ki, gələcəyin universiteti yalnız bilik ötürən və mütəxəssis hazırlayan qurum deyil, həm də gənclərin sağlam həyat vərdişləri qazandığı, ekoloji məsuliyyət hissinin formalaşdığı, sosial iştirakçılığın gücləndiyi və şəhərlə qarşılıqlı inkişaf əlaqələrinin qurulduğu canlı akademik platformadır.
Onun sözlərinə görə, Mingəçevir Dövlət Universiteti regionda dayanıqlı inkişaf düşüncəsinin formalaşmasına töhfə verməyi öz strateji prioritetlərindən biri hesab edir. Universitetdə həyata keçirilən yaşıl təşəbbüslər, enerji səmərəliliyi, rəqəmsal idarəetmə, kağızsız kommunikasiya, ekoloji maarifləndirmə və sosial məsuliyyət layihələri bu yanaşmanın ardıcıl davamıdır.
Anar Eminov vurğulayıb ki, belə təşəbbüslər universitetin akademik nüfuzunu gücləndirməklə yanaşı, onun şəhər və region üçün sosial təsir gücünü də artırır:
“Bu festival göstərdi ki, universitet cəmiyyətin inkişafında fəal rol oynayan, gəncləri sağlam həyat tərzinə, ekoloji düşüncəyə və məsuliyyətli vətəndaşlığa təşviq edən strateji mərkəz ola bilər. Mingəçevir Dövlət Universiteti üçün yaşıl kampus yanaşması sadəcə ekoloji layihə deyil, bu, bütövlükdə müasir universitet fəlsəfəsidir. Burada təhsil, idman, ekologiya, sosial məsuliyyət və şəhər həyatı bir-birini tamamlayan vahid inkişaf xəttində birləşir”.
Rektorun fikrincə, festivalın ən mühüm nəticələrindən biri universitetlə şəhər arasında yeni sosial körpünün qurulmasıdır. Tədbirdə şəhər sakinlərinin, gənclərin, tələbələrin və müxtəlif qurumların bir araya gəlməsi göstərib ki, universitet açıq, iştirakçı və cəmiyyətlə nəfəs alan bir inkişaf məkanına çevrilir.
“I MDU Yaşıl Kampus İdman Festivalı” Mingəçevir üçün yalnız bir günlük tədbir deyil, şəhərin gələcək sosial və ekoloji inkişafına verilən mühüm mesaj kimi yadda qalıb. Festival sağlam həyat tərzinin təşviqi, gənclərin ictimai fəallığının artırılması, ekoloji məsuliyyətin gücləndirilməsi və universitet-şəhər əməkdaşlığının inkişafı baxımından yeni bir model təqdim edib.
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib. Müasir texnoloji tələblər və istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanmış //qu.edu.az platforması universitetin fəaliyyəti barədə məlumatların daha operativ, əlçatan və sistemli şəkildə təqdim olunmasını təmin edir.
Bu, dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi "Drupal" platformasında qurulmuş ilk yerli universitet veb-saytıdır. Veb-sayt yenilənmiş dizaynı, təkmilləşdirilmiş strukturu və funksionallığı ilə seçilir. Platformada universitetin fakültələri, ixtisasları, tədris imkanları, elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, eləcə də son xəbərlər və elanlar barədə ətraflı məlumatlar yer alır. Bununla yanaşı, sayt tələbələr, abituriyentlər, universitetin akademik və inzibati heyəti üçün vacib məlumatlara daha sürətli çıxış imkanı yaradır.
Saytın hazırlanmasında əsas məqsəd istifadəçilərə daha rahat naviqasiya imkanı təqdim etmək, informasiya əlçatanlığını artırmaq və universitetin rəqəmsal kommunikasiya imkanlarını genişləndirmək olub. Yeni platforma vasitəsilə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər daha geniş auditoriyaya çatdırılacaq.
Eyni zamanda, veb-sayt universitetin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi və müasir rəqəmsal mühitə inteqrasiyanın təmin edilməsi baxımından mühüm rol oynayacaq.
Qarabağ Universiteti hər kəsi yeni rəsmi veb-saytı izləməyə dəvət edir:
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
Azərbaycan dili (dövlət dili) imtahanın ikinci cəhdində iştirak etmək üçün qeydiyyat tarixi açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Aztəhsil.az-a verilən məlumata görə, qeydiyyat 25 may-2 iyun tarixində keçiriləcək.
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində 6 paytaxt məktəblisi fərqlənib.
Aztəhsil.az xəbər verir ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 2 nəfər I, 1 nəfər II, 3 nəfər III yerə layiq görülüb.
Belə ki, 26 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Ayan Əliyeva, Heydər Əliyev adına liseyin X sinif şagirdi Zəhra Cabbarlı I, Bakı şəhəri 121 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Canbaba Heydərov II, 299 nömrəli məktəb-liseyin X sinif şagirdi Əli Şükürlü, 216 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Zəhranur Babazadə, 264 nömrəli məktəb-liseyin XI sinif şagirdi Zəhra Hacıbabayeva III yeri tutublar.
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
AI Azərbaycan – Azərbaycan Süni İntellekt Olimpiadasının final mərhələsi keçirilib. Azərbaycan Fransız Universitetində təşkil olunan final mərhələsində 144 şagird IOAI 2026-da ölkəmizi təmsil etmək uğrunda mübarizə aparıb.
Aztəhsil.az xəbər verir ki, final mərhələsində iştirakçılar 6 saat ərzində 3 fərqli tapşırıq üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. TASK A mərhələsində şagirdlərin süni intellekt üzrə nəzəri bilikləri qiymətləndirilib. Bu hissədə iştirakçılara 25 sualdan ibarət nəzəri tapşırıqlar təqdim olunub. TASK B mərhələsində iştirakçıların texniki və praktiki bacarıqları yoxlanılıb. Şagirdlər data ilə işləmə, ilkin emal, kəşfedici analiz, model qurma və nəticələrin qiymətləndirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. TASK C mərhələsi isə Kaggle əsaslı tətbiqi tapşırıq formatında keçirilib. Bu mərhələdə iştirakçılar data təmizləmə, xüsusiyyət mühəndisliyi, model seçimi və model performansının yaxşılaşdırılması istiqamətində praktik problem üzərində çalışıblar.
Nəticələrə əsasən, Azərbaycanı beynəlxalq final mərhələsində təmsil edəcək milli komandanın üzvləri aşağıdakılardır:
* Xırdalan şəhər B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Kənan Kərimzadə — 93,85 bal
* S.C. Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Şəhla Əhmədzadə — 93,7 bal
* 85 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tunar Əhmədzadə — 93,35 bal
* 328 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirmehdi Əzizli — 93,23 bal
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 13-ü paytaxtdakı Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçiriləcək.
Aztəhsil.az xəbər verir ki, layihənin budəfəki qonağı tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə qısamüddətli təlimlər davam edir.
Aztəhsil.az xəbər verir ki, təlimi uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.